Azərbaycan tarixi


Cənubi Azərbaycan mədəniyyəti



Yüklə 0,62 Mb.
səhifə269/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   261   262   263   264   265   266   267   268   269
Azərbaycan tarixi mühazirə

Cənubi Azərbaycan mədəniyyəti. Cənubi Azərbaycanda ilk radio stansiyanın əsası hələ 1946-cı ildə Azərbaycan Milli hökuməti tərəfindən qoyulmuşdur. 1980-ci illərdən radio şəbəkələrində türk dilində verilişlərin sayı xeyli azalmışdır. Yalnız Təbriz, Urmiya və Ərdəbil radio şəbəkələrindən türk dilində qısa verilişlər verilir.
Cənubi Azərbaycanda ilk televiziya stansiyası 1972-ci ildə yaradılıb. Veri­liş­lər ciddi nəzarətlə yalnız farsca aparılır. İnqilabdan bugünə kimi keçən müddətdə Güney Azərbaycanın radio və televiziya sistemində edilmiş bütün texnoloji yeniləşmə və keyfiyyət dəyişik­liklərinə baxmayaraq, verilişlərin məz­mununda əsaslı dəyişik­liklər baş verməmişdir.
Teatr sənəti.1978-1979-cu illər inqilabından dərhal sonra türk dilində tamaşa­ların yüksək səviyyədə səhnəyə gətirilməsinə başlandı. Nəticədə, bu gün İranın bir sıra iri şəhərlərində, eləcə də Güney Azərbaycanın teatr salonlarında azərbaycanlı aktyorlar tərəfindən türk dilində dram əsərləri səhnəyə gətirilir. Bir sıra komik əsərlərdə baş rolda çıxış edən azərbaycanlı Haşım Çavuşi bütün İranda tanınır. Azərbaycanlı teatr aktyoru sırasında Səid Xeyirxah, Yaqub Xeyrulla və onlarca başqalarının adını çəkmək olar. 1994-cü ildə gənc azərbay­canlı rejissor Hüseyn Lələ türkcədə "Alın yazısı" adlı tamaşa və sonra dahi sənətkar M.Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında eyni adlı musiqili-ədəbi kompozisiya yaradaraq Tehranın "Vəhdət" adlı ən böyük konsert və teatr salonunda səhnəyə çıxarmışdır. Sonuncu səhnə əsərinə Tehranda min­lərcə tamaşaçı baxmış və sonralar bu əsər həmin rejissorun səyi nəticəsində Bakı teatr salonlarında da səhnəyə çıxarılmışdır.
Azərbaycan türkcəsindəki radio verilişlərinin proqramına, əsasən Şimali Azər­baycanda bəstələnmiş və Cənubi Azərbaycanda yayılmış bir sıra xalq mahnıları və havaları "məhəlli nəğmə" adı altında daxil edilirdi. Bu yolla Azərbaycan musiqisi xalq arasında yayılır və qorunurdu. Tanınmış bəstəkar Əli Səliminin bəstələdiyi mahnılar 1990-cı illərədək Şimali Azərbaycanda da anonim qalmışdı. 1979-cu ildən sonra Cənubi Azərbaycan musiqisində bir sıra irəliləyişlər baş vermişdir. Daim sənətkar kimi forma­laşmış bəstəkar Əli Səliminin bu illərdə "Fantaziya", "Elim, günüm, şövkətim", "Ceyran sevgilim" və s. filmlər üçün bəstələdiyi musiqi əsərləri nəinki İranda, eləcə də bütün dün­yada sevilir. Onun "Aman, ayrılıq", "Sizə salam gətirmişəm" mahnıları bütün dünya azər­bay­canlıları arasında çox məşhurdur. Orta musiqi təhsilini Bakıda alan Ə.Səlimi sonralar Tehran radiosunda işləmiş, Təbrizdə orkestr rəhbəri və musiqişünas olmuşdur. O, 1988-ci ildə İslam Mədəniyyəti və İrşad Nazirliyi tərəfindən İranın ən yaxşı bəstəkarı kimi tanınmış, qızıl lövhəyə və medala layiq görülmüşdür.
Güneyli Həsən Ənami Bülbül adına Uluslararası Musiqi Festivalının qalib­lərindən biri olub. O, 1999-cu ildə Bakı Musiqi Akademiyasının III kurs tələbəsi ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevil" operasında baş rolda çıxış edib. Vətənpərvər muğənni Araz Elsəs, Almaniyada yaşayan və gözəl səsi olan Yaqub Zurufçu azərbaycanlılar arasında çox populyardır. Ququş (Faiqə Atəşin) Cənubi Azərbaycan türklərindən olan ən məşhur müğənnilərdən biridir.
Avropa və Amerikanın bir çox şəhərlərində mühacirət həyatı yaşayan çoxlu cənublu fırça ustaları vardır. Onların arasında Ə.Bekkalam, İ.Əhrari bu gün dünyanın sayılan rəssamlarındandır.
Cənubi Azərbaycan türkləri tarixinin mürəkkəb dövrünü yaşayırlar.Faşizmin ideoloji əsaslarından sayılan ariyaçılıq ideyası 60 ildir Avropada etibarını itirdiyinə rəğmən hələ də fars toplumunun gündəmində qalmaqdadır. Fars millətçiləri oktyabr ayının 29-nu Böyük Kuroş (Kir) Günü adlandırır və hər il Şiraz şəhərinin yaxınlığında yerləşən Şah Kirin (Kuroş) məqbərəsi kimi tanınan Pasarqadda İranda yaşayan qeyri-farslara qarşı irqçi şüarlar səsləndirirlər. Fars şovinizminin təzyiqlərinə baxmayaraq Cənubi Azərbaycan mədəniyyəti yaşayır, mübarizə aparır.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin