İlham Əliyevin ücüncü prezidentlik dövrünün (2014-2018-ci illər) başlanması və baş verən ən muhum tarixi hadisələr. 09 oktyabr 2013- cu il tarixdə İlham Əliyev ücüncü müddətə Azərbaycan Respublikasının prezidenti secildi. Azərbaycanın beynəlxalq təşkilatlarda rolu və nüfuzu artmaqda idi. 2014-cü ilin yarım ili ərzində Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdi.2014 - cü ilin 28 iyundan 2 iyula qədər Bakıda ATƏT Parlament Assambleyasının sessiyası kecirildi.
Azərbaycan beynəlxalq əlaqələrdə Turkiyə ilə münasibətlərin daha da yaxınlaşmasına xüsusi diqqət verir. Belə ki, 2014-cü ildə 13-20 sentyabrda genişmiqyaslı Azərbaycan – Turkiyə hərbi təlimləri kecirildi. 2014 – cü il 20 sentyabrda Cənub Qaz Dəhlizinin əsası qoyuldu (“Əsrin Qaz Kontraktı” adlandırıldı). 2015-ci ilin 17 martda Qars şəhərində TANAP layihəsinin təməli qoyuldu. 15 mart 2016-cı il tarixdə prezident İlham Əliyevin Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutdu. Prezidentlər iki ölkə arasındakı bir sıra məsələləri, xüsusilə TANAP qaz boru kəməri layihəsini müzakirə etdilər. TANAP layihəsi bəzi beynəlxalq qüvvələri narahat edir.TANAP Türkiyə və Azərbaycan üçün nə qədər önəmli layihədirsə, Qərb üçün bir o qədər narahatedicidir. Qərbi əsas narahat edən məsələlərdən biri Türkiyənin TANAP-dakı pay hissəsidir. Tam adı Trans-Anadolu qaz boru kəməri layihəsidir. Baş rolda Azərbaycan ilə Türkiyədir. Bakı-Tbilisi-Ceyhan boru xəttində 6,5 faiz paya sahib olan Türkiyə TANAP-da 30 faiz paya malikdir. Böyük Britaniya isə 12 faiz paya sahibdir. Trans-Anadolu Qaz Boru Kəməri - təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhəddinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır.
Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaqdır.
Dövlət Neft Fondunun 2013-cü ildə maliyyə aktivləri 36 milyardı ötmüşdür. Ümumi Daxili Məhsul istehsalı (ÜDM) 2003-2013-cü ilərdə 3 dəfədən çox artmışdır. Belə ki, 2012-ci ildə ÜDM-un adambaşına düşən həcmi 5800 manatdan (7500 ABŞ dollarına yaxın) çox, 2013-cü ildə ÜDM-un həcmi 73,5 milyard ABŞ dollarına çatmış və adambaşına düşən ÜDM istehsalı 8392 manata (10700 ABŞ dolları) yüksəlmişdi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin davamı olaraq Bakı-Tbilisi-Qars dəmir yolunun tikilib başa çatdırılması 2016-cı ilin sonuna nəzərdə tutulmuşdur. Bu dəmiryolu xətti Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətə malikdir. Yeni neft strategiyası Azərbaycanın möhkəmlənməsi və inkişafına xidmət edir.