İlham Əliyevin ikinci prezidentlik dövrü (2009-2013-cu illər). 2008-ci ilin 15 oktyabrda İlham Əliyev ikinci muddətə Azərbaycan Respublikasının prezidenti secildi. Regionların inkişaf Proqramının davamı olaraq, Azərbaycan Prezidenti 14 aprel 2009-cu ildə 2009-2013-cu illər ucun “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə yeni Dövlət proqramı” imzaladı. Regionların iqtisadi inkişafını təmin etməklə ümumi iqtisadiyyatı dirçəltmək üçün həyata keçirilən tədbirlər bu günə kimi davam edir. Proqram çərçivəsində müasir infrastrukturlar yaradılmış, regionların su, qaz, işıq və s. kommunal xidmətlərlə təchizatı yaxşılaşdırılmış, bölgələrdə nəqliyyat yolları, təhsil və səhiyyə müəssisələri təmir edilmiş və yenidən qurulmuş, sahibkarlığa dəstək məqsədilə onlara güzəştli şərtlərlə 275 milyon manat kredit verilmiş və s. mühüm işlər görülmüşdür.
Beləliklə, bütün bu göstəricilər Azərbaycan Respublikası iqtisadiyyatının son 13 il ərzində həyata keçirilən tədbirlər nəticəsində nə qədər inkişaf etdiyinin əyani sübutudur.
Xəzərdə hasilatda sürətlənən meyllər respublikanın neft-qaz potensialına yeniliklər gətirmirşdir. Hazırda Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının ümumi həcmi 6-8 milyard ton neftə bərabədir. Quru sahələrində də proqnoz ehtiyatları 1 milyard ton həcmində ehtimal edilir. Azərbaycanın Xəzər şelfində aşkarlanan qaz ehtiyatları dünya ehtiyatlarının 1%-i həcmində qiymətləndirilir.
Ölkədə quru sahələrində neft hasilatını artırmaq üçün xeyli ehtiyat imkanları mövcuddur.Respublika axtarış qazmasının geofiziki üsulları ilə müəyyən edilmiş 32 strukturunda 140 milyon tondan çox neft ehtiyatı vardır. Bununla belə perspektivli sahələrdə 337,3 milyon ton neftin olduğu təsdiqini almışdır. Qaz ehtiyatlarının isə ümumi potensialı 31 milyard kubmetr təşkil edir. Hazırki mərhələdə quru ərazilərində axtarış-kəşfiyyat işləri Quba-Xəzəryanı, Candahar-Zarat, Zeyvə, Şurabad, Aşağı Kür, Pirsəhhət, Yevlax-Ağcəbədi çökəkliyində, Şimali Naftalan sahələrində aparılır. Respublikamızda uğurla həyata keçirilən neft strategiyası xarici sərmayələrin güman edilən məbləğinin 50 milyard dollara çatacağından xəbər verir.
2009-cu il martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum kecirildi.
2009-cu ilin 03 oktyabr tarixində Naxcıvanda turkdilli ölkələrin dövlət başcılarının IX zirvə görüşü yüksək səviyyədə kecirildi. Zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev qatıldılar. Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib.
1992-ci ildəki ilk zirvə görüşündən keçən 17 il ərzində türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin, işbirliyinin möhkəmləndirilməsində əsaslı dəyişikliklər baş vermiş, ötən toplantılarda regional və beynəlxalq məsələlər haqqında faydalı fikir mübadiləsi aparılmış, bərabərlik prinsipinə əsaslanan əlaqələrin gücləndirilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi baxımından böyük irəliləyişlər olmuşdur.
Naxçıvanda keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə dövlət başçıları Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında sənəd imzaladılar.
16 sentyabr 2010-cu ildə İstanbulda, “Çırağan” sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirildi. Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyin strukturunun yaradılması və Şuranın Baş katibinin təyin olunması ilə bağlı qərar qəbul edildi. Şuranın Katibliyinin İstanbulda olacağı qərara alındı. Beləliklə, İstanbul toplantısı 2009-cu ildə Naxçıvanda təməli qoyulan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təşkilatının qurulmasını təmin etdi.
Məlum olduğu kimi, 2009 - cu ilin dekabrında Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyası istifadəyə verildi. 01 sentyabr 2010 - cu il Bakıda Dövlət Bayrağı meydanı acıldı.
2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü secildi və bu ölkəmizin diplomatiya tarixində ən böyük uğurlarından biridir. 2012-ci ilin yanvarından Respublikamız iki il müddətinə BMT-nin Təhlükəsizlik Şurasının ona verdiyi səlahiyyətləri layiqincə yerinə yetirmiş, hətta 2012-ci ilin mayında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etmişdir
2012-ci ilin 26 iyunda İstanbulda Türkiyə və Azərbaycan arasında “Trans Anadolu” (TANAP) boru kəmərinin inşası ilə bağlı müqavilə imzalandı. Müqavilə tarixi, siyasi, iqtisadi əhəmiyətə malikdir. Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ilkin mərhələdə ildə 10 milyard, sonra isə 20 milyard kub metr qazın nəql edilməsi proqnozlaşdırılır. 3 trilyon kub metr qaz ehtiyatına malik olan Azərbaycanın iştirakçı olduğu bu layihəyə 45 milyard dollar məbləğində sərmayə qoyulması və kəmərin keçdiyi ölkələrdə 30 mindən çox iş yerlərinin açılması nəzərdə tutulur.