Azərbaycan tarixi


Atropatenanın xarici siyasəti. Qonşu dövlətlərlə münasi­bətləri



Yüklə 0,62 Mb.
səhifə29/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   25   26   27   28   29   30   31   32   ...   269
Azərbaycan tarixi mühazirə

Atropatenanın xarici siyasəti. Qonşu dövlətlərlə münasi­bətləri. E.ə. 223-cü ildə Selevki dövlətinin çarı III Antiox Atropatenanı işğal etdi . Lakin Roma imperiyası e.ə. 190-cı ildə Maqneziya döyüşündə Selevkiləri məğlub etdi və Atropatena yenə müstəqil oldu.
Roma dövləti Aralıq dənizinin şərq sahillərində işğallarını geniş­ləndirirdi. E.ə. II əsrdə Parfiya və Roma arasında Ön Asi­yada hege­monluq uğrunda mübarizə başlandı. Roma həm Parfiya, həm də Atro­patena üçün təhlükə yaradırdı. Bu səbəbdən, e.ə. II əsrin ikinci yarısında Atropatena və Parfiya ümumi düşmənə qarşı birgə mübarizə aparırdılar. Bu iki dövləti həm də maddi və mənəvi mədəniyyətdə olan yaxınlıq və ilk növbədə zər­düştlük birləşdirirdi.
E.ə. I əsrin birinci yarısında Roma sərkərdələri Lukull və Pom­peyin yürüşləri nəticəsində romalılar Cənubi Qafqazı və bir sıra qonşu ölkələri özlərindən asılı vəziyyətə saldılar. E.ə. 53-cü ildə Parfiya və Roma arasında döyüş baş verdi. Parfiya tərəfində vuru­şan Atropatena Roma ilə döyüşə 40 min piyad, 10 min süvari çıxartdı.Döyüş roma­lıların məğlubiyyəti ilə başa çatdı.
E.ə. 38-ci ildə Roma sərkərdəsi Antoni erməni padşahı ilə ittifaqa girdi, Parfiya və Atropatenaya qarşı 100 min qoşun yeritdi. Fraaspa qalasında Roma qoşunu məğlub edildi və çoxlu qənimət ələ keçirildi. Qənimətin bölüşdürülməsi üstündə Atro­patena və Parfiya arasında mübahisə yarandı və Atropatena Parfiyadan uzaqlaşmağa, Roma ilə yaxın­laşmağa başladı. Atropatena hökmdarı Artabazın qızı Yutbanın Roma sərkərdəsi Antoninin oğlu ilə nişanlanması bu iki dövləti bir - birinə daha da yaxınlaşdırdı. Artobazdan sonra 10 il Romada yaşamış II Ariobazan (e.ə. 20 - e.2) hakimiyyətə gəldi.Mənbələrdə Ermənis­tanın da II Ariobazan tərəfindən idarə olunması haqqında məlumatlar əks olun­muşdur. II Ario­bazanın ölümündən sonra Ariovast (eramızın 2-20-ci illəri) hakimiyyətə keçdi.O, Atro­patenanın atropatlar sülaləsindən sonuncu hökmdarı oldu.
Roma imperatoru Oktavian Avqustun dövründə də Roma ilə Atropatena arasında dostluq əlaqələri davam etdirilmişdi. Oktavian öləndən sonra atropatlar sülaləsinin nüfuzu zəiflədi. Nəticədə I əsrin 20 –ci illərində Parfiyada hakimiyyətdə olan Arşakilər sülaləsi Atro­pate­nanın müstəqilliyinə son qoydu və onu özünə tabe etdi. Atropatena Parfiya dövlətinin süqutunə qədər, yəni 226-cı ilədək Parfiyanın tərkibində qalmışdır.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin