Azərbaycan tarixi


AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ



Yüklə 0,62 Mb.
səhifə37/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   33   34   35   36   37   38   39   40   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN ERKƏN ORTA ƏSRLƏRDƏ
(III -VII ƏSRLƏR)

Plan




  1. Azərbaycan Albaniya dövləti III – VII əsrlərdə.

  2. Atropatena III – VII əsrlərdə.

  3. Sasani imperiyasının Azərbaycan siyasəti, Sasani- Bizans münasibətlərində Albaniyanın yeri.

  4. VII əsrin 30-cu illərində Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi.

  5. III – VII əsrlərdə Azərbaycan mədəniyyəti.



4.1. Azərbaycan Albaniya dövləti III – VII əsrlərdə
Albaniya arşakilər sülaləsi dövründə, alban – sasani müna­sibətləri. Albaniyada arşakilər sülaləsinin hakimiy­yəti III əsrin əvvəllərindən başlayır. Kalankatuklu Musanın “Alban tarixi” əsərində Albaniyanı idarə edən ilk arşaki nümayəndəsi kimi I Cəsur Vaçaqanın adı çəkilir (215-255-ci illər). I Vaçaqanın dövründə Albaniya yenə vahid bir dövlət kimi birləşdirilir və mərkəzi hakimiyyət gücləndirilir. 226-cı ildə İranda arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Bu 224-cü ildə Sasani nəslindən olan I Ərdəşir Babəkanın Parfiya dövlətini devir­mə­sindən sonra baş vermişdir. Sasanilər Parfiyanın yürütdüyü asılı dövlətlər sistemini mərkəzləşdirilmiş dövlət sistemi ilə əvəz etdilər. Sasanilər dövlətinin başında şahənşah dururdu. 227-ci ildə sasanilər Adərbayqanı (Atropatenanı) işğal edib, onun mövcudluğuna son qoy­dular.Arşaki­lərin idarə etdiyi Albaniya ilə sasanilər arasında münasi­bətlər kəskin şəkildə pisləşdi və Albaniya Sasani – Roma qarşı­durmasında birmənalı olaraq Roma­nın tərəfinə keçdi. Albaniyada Roma təsiri artmağa başladı.
260-cı ildə Sasani hökmdarı I Şapur (241-272) Roma ordusunu məğlub etdi, imperator Valerianı əsir aldı. Bu qələbə haqqında bütün ölkələrə məktub göndərildi. Albanlar və iberlər məktubu qəbul etmə­dilər. Alban çarı I Vaçe (255-262) Sasanilərə tabe olmadı. Roma ilə itti­faq­da qaldı. Lakin I Şapurun Nəqş-Rüstəmdəki məbədin divar­larındakı 262-ci ilə aid yazısında bu zaman Albaniya və onun vilayəti Balasakanın sasanilərdən asılı olduğu göstərilir. 272-ci ildə I Şapur öldükdən sonra Albaniya yenidən müstəqilliyinin bərpa etdi və Roma ilə müttəfiqliyini davam etdirməyə başladı. 272-ci ildən 298-ci ilə qədərki dövrdə Albaniyanı idarə etmiş çarların adı haqqında tarixi mənbələrdə məlumat yoxdur.
Sasani şahı II Şapurun (309-379) dövründə Albaniyanın vəziyyəti daha da mürəkkəbləşdi. Ermənilər Albaniya torpaqlarını ələ keçirməyə çalışır və bu məqsədə çatmaqda xristian dinindən bir vasitə kimi istifadə edirdilər. Xristianlıq Albaniyada hələ I əsrdə Fələstindən gəlmiş missionerlər tərəfindən təbliğ edilmişdir. IV əsrin əvvəllərində Ermə­nistan xristianlığı rəsmən qəbul etdikdən sonra onu zor gücünə Albani­yada da yaymaq siyasəti aparırdı. Albaniyada əyanların bir qismi xristi­anlığı qəbul etsə də, geniş əhali kütlələri öz köhnə dini inanclarında qalır, xristianlığa maraq göstərmirdilər.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin