Azərbaycan tarixi


AZƏRBAYCAN IX ƏSRİN İKİNCİ YARISI-XI ƏSRİN ORTALARINDA



Yüklə 0,62 Mb.
səhifə58/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   54   55   56   57   58   59   60   61   ...   269
Azərbaycan tarixi mühazirə

AZƏRBAYCAN IX ƏSRİN İKİNCİ YARISI-XI ƏSRİN ORTALARINDA
Plan



  1. IX əsrin ortalarında Azərbay­can­da qədim döv­lət­çilik ənənə­lərinin yenidən dirçəlməsi, Şirvanşah Məzyə­di­lər dövləti.

  2. Sacilər və Salarilər dövlətləri.

  3. Şəddadilər və Rəvvadilər dövlət­ləri.

  4. Şəki hakimliyi, Dərbənd və Tiflis əmirlikləri

  5. Slavyanların (rusların) Azərbay­cana basqınları

  6. Azərbaycan Səlcuq imperiyasının tərkibində. Səlcuq türklərinin Azərbaycan xalqının və dilinin formalaş­masına təsiri

7.1. IX əsrin ortalarında Azərbay­can­da qədim dövlətçilik ənənələrinin yenidən dirçəlməsi, Şirvanşah Məzyə­di­lər dövləti.


Siyasi oyanış. IX əsrin II yarısında Şirvanşahlar və Sacilər dövlət­lərinin yaranması. VIII əsrin ikinci yarısı – IX əsrin birinci yarı­sında baş verən üsyanlar, xalq azadlıq hərəkatları, xüsusən xürrəmilər hərəkatı Ərəb xilafətinin iqtisadi, siyasi qüdrətini sarsıtdı. Xilafətin ucqarlarında müstəqillik meylləri gücləndi, daxili çəkişmələr artdı. Fürsətdən istifadə edən vilayət başçıları mərkəzə vergi verməkdən imtina edir, öz vila­yətlərində dövlətə xas olan bütün atributları bərpa edirdilər. Beləliklə, IX əsrin ortalarında Xilafətin ucqar ərazilərində, o cümlədən Azərbaycanda kiçik dövlətlər – Bərdə, Qəbələ, Şəki, Tiflis, Dərbənd və sair əmirliklər yarandı.
IX əsrin ikinci yarısından başlayaraq Azərbaycan ərazi­lərində Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər kimi feodal dövlətləri mövcud olmuşdur.
Şirvanşahlar dövləti. Şirvanda dövlət hələ VI əsrdə formalaş­mışdı. İqtisadi və siyasi cəhətdən hələ təşəkkül dövrünü yaşayan Şirvan dövləti 642-643-cü illərdə Ərəb xilafətindən asılı vəziyyətə düşmüşdü. Bu dövrdə Şirvan həm də xəzərlərin və sair türk tayfalarının hücumlarına məruz qaldığından dövlət quruluşunu qoruyub saxlamaq mümkün olmamışdı.
Ərəblər Azərbaycandan qovulduqdan sonra yaranan ilk dövlət Şirvansahlar dövləti oldu. Bu dövlət Azərbaycan tarixində ən uzun­ömürlü feodal dövləti olmuşdur. Belə ki, əsası 861-ci ildə qoyulan Şirvansahlar dövləti 1538-ci ilə qədər, yəni 677 il mövcud olmuşdur. Şirvansahlar dövləti bütün tarixi boyu 3 sülalə tərəfindən idarə olun­muşdur: 861-1027-ci illər ərzində Məzyə­dilər, 1027-1382-ci illərdə Kəsra­nilər və 1382-1538-ci illərdə Dərbəndilər sülalələri Şirvanda haki­miyyətdə olmuşdur. Aka­demik Z.M.Bünya­dovun tədqiqatlarına əsasən, 861-ci ildən 1538-ci ilədək, yəni Səfəvilər tərəfindən süquta uğradıl­masına qədər Şirvanşahlar dövlətini 44 Şirvanşah idarə etmişdir ki, onların da sülalələri müxtəlif cür adlansa da, hamısı Heysəm İbn Xalidin nəslindən törəmələrdir.
Şirvansah Məzyədilər dövlətini mənşəcə ərəb olan, lakin IX əsrin ortalarına tam türkləşmiş məzyədilər nəsli yaratmışdır. Məzyədilər tarixi mənbələrdə Yezidilər və Şeybanilər kimi də adlandırılmışlar. Sülalənin banisi Yezid ibn Məzyəd adlı bir ərəb məmuru olmuşdur. O, xəlifə Harun ər - Rəşid (786-809) tərə­findən Cənubi Qafqazın canişini təyin edilmişdi. Canişinin iqamətgahı Bərdədə yerləşirdi. 801-ci ildə Yəzid ibn Məzyəd vəfat etmişdir və onun oğulları Əsəd, Xalid və Məhəmməd müxtəlif dövrlərdə Cənubi Qafqazın canişini olmuşlar.
859-cu ildə Yəzidin oğlu Məhəmməd canişinliyin iqa­mətgahını Bərdədən Gəncəyə köçürdü. Sonralar Bərdə və Gəncəyə sacilərin təzyiq­ləri artdığından məzyədilər paytaxtı Şirvan şəhərinə köçürdülər. Bu şəhər təqribən indiki Siyəzən şəhərinə yaxın ərazilərdə yerləşmişdir. 861-ci ildə Heysəm ibn Xalid Şirvansah Məzyədilər dövlətinin müstəqilliyini məhz Şirvan şəhərində elan etdi və özünə “şirvansah” titulu götürdü. Beləliklə, 861-ci ildə türkləşmiş məzyədilər ərəb sülaləsi Şirvansahlar dövlətinin əsasını qoydu.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin