Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə167/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   163   164   165   166   167   168   169   170   ...   269
Azərbaycan tarixi mühazirə

Mətbuat və ədəbiyyat. XIX əsrin birinci yarısında Azərbaycan dilində qəzetlər nəşr olunmağa başlanmışdı. 1832-ci ildə Tiflisdə “Tatar­skiye vedomosti” qazeti, 1841- 46-cı illərdə “Zakafkazkiy vest­nik”in Azərbaycan dilində buraxdığı “Qafqazın bu tərəfinin əxbarı” qəzeti nəşr edilirdi. 1832-ci ildə “Tiflisskiye vedomosti” qəzetinə əlavə kimi “Tatarskie vedomosti” (“Tatar xəbərləri” qəzeti) çap olunmağa başladı. 1858-ci ildə Şamaxıda 2 mətbəə fəaliyyət göstərirdi.Bu mətbəə­lərdə azərbaycanca çap olunmurdu.
XIX əsrin birinci yarısında zəngin və çoxəsrlik tarixə malik şifahi xalq ədəbiyyatının aşıq şeri geniş inkişaf etmişdi. Aşıq yaradıcılığında əsas yeri lirik şerlər tuturdu. Azərbaycan ədəbiy­yatının ən mühüm qollarından birini klassik romantik poeziya təşkil edirdi. A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, M.Nadim və başqaları bu janrda xeyli əsərlər yazmışlar. Ədəbiyyatda köhnə ənənələrlə yanaşı, yeni ədəbi cərəyan - realizm meydana gəlir və inkişaf edirdi.
XIX əsrin birinci yarısında Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri A.Bakıxanov, M.Ş.Vazeh, Qasımbəy Zakir, İsmayıl bəy Qutqaşenli idi. A.Bakıxanov Azərbaycan ədəbiyyatında lirik bir şair kimi də tanınmışdı. Onun poetik irsi içərisində “Gürcülər arasında” məzmun məktubu, “Təbriz əleyhinə xitab”, “Surətin aynası” poeması və başqaları diqqəti cəlb edir. O, İ.Krılovun “Eşşək və bülbül” təmsilini Azərbaycan dilinə tərcümə etmişdir. İsmayıl bəy Qutqaşenli 1835-ci ildə Varşavada, fransız dilində “Rəşid bəy və Səadət xanım” əsərini nəşr etdirmişdi. Qasım bəy Zakir satirik poeziyanın nümayəndəsi olmuş, savadsız ruhaniləri, məmurları və ictimai ədalətsizliyi tənqid etmişdir.
İncəsənət. Bu dövrdə incəsənətin ayrı-ayrı sahələrində xeyli irəliləyiş olmuşdur. Musiqidə aşıq sənəti ilə yanaşı, xanən­dəlik də inkişaf etmişdi. Dövrün ən görkəmli xanəndəsi Səttar idi. 1847-ci il fevralın 23-də Tiflis teatr orkestrinin dirijoru, italyan skripkaçısı Malaqollinin xeyriyyə konsertində Səttar muğam oxumuşdu. Həştərxanda “Asiya musiqisi jurnalı”­nın 1817-ci il beşinci sayında “ Dərbəndli Fətəlinin İran mahnısı”, 1834-cü ildə “Qalanın dibində” Azərbaycan xalq mahnıları nota alınmışdır.
Təsviri incəsənətin ən görkəmli nümayəndəsi Mirzə Qədim İrəvani (1825-1879) idi. Əvvəlcə divar rəssamlığı və tikmə sənəti ilə məşğul olan İrəvani, sonra portret janrında əsərlər yaratmışdır. O, İrəvan xanı Hüseynqulu xanın sarayını bərpa etmişdir.
Miniatür rəssamlığının ən gözəl nümunəsi Məhəmməd Rza İrəvaninin çəkdiyi “Şikəstin sağalması” əsəridir. Əsər bu gün də Sankt-Peterburqda Ermitajda nümayiş olunur.Qarabağlı Qənbər 1848-1851-ci illərdə Şəki xan sarayını və onun divar naxışlarını bərpa etmişdi. Əvəz Muğanlı “Kəlilə və Dimnə” əsərinə rəsmlər çəkmişdir.
Memarlıqda əsas diqqət şəhərsalma işlərinə yönəlmişdi. Azərbay­canda Baş memarı olan ilk şəhər Şamaxı olmuşdur



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin