Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə170/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   166   167   168   169   170   171   172   173   ...   269
Azərbaycan tarixi mühazirə

1870-ci il 14 may islahatı. 1861-ci ilin fevralından Rusi­yanın mər­kəzi quberniya­larında başlanan aqrar islahat Şimali Azərbaycanda 1870-ci il 14 may “Əsasnaməsi”ndən sonra həyata keçirilməyə başladı. Bu vaxta qədər çar hökuməti Cənubi Qafqazda aqrar islahatın keçirilmə­sinə hazırlıq tədbirləri həyata keçirmişdir. Bu tədbirlərdən birisi 1861-ci ildə Cənubi Qafqazda Mərkəzi İslahat Komitəsinin yaradılması olmuşdu. 1861-ci ilin iyununda İslahatlar Komitəsi “Əsasnamə” hazır­ladı. Bu “Əsasnamə”yə görə Cənubi Qaf­qazın dövlət, sahibkar torpaqları və kəndlilərin pay torpaqlarının sərhədləri dəqiqləş­dirilməyə başlandı. Bu tədbir aqrar islahata hazırlıq yolunda atılan ilk addım idi. 1866-cı ildə bəy komissiyalarının yaradılması aqrar islahata hazırlığın ikinci ən vacib tədbiri idi və nəhayət 14 may 1870-ci ildə Şimali Azərbaycanda feodal-asılı münasibətlərin ləğvinə yönələn “Əsasnamə” elan edildi. “Əsas­namə”də kəndlilər üçün vacib olan 3 məsələyə toxunulurdu: a) kəndli­lərin feodaldan şəxsi asılılığı məsələsi; b) torpaq məsələsi; c) mükəlləfiyyət məsələsi. “Əsasnamə” yə görə kəndli feodal asılılığından azad olunurdu. Hər sahibkar kəndlisi şəxsi azadlıq əldə etdi. Torpaq məsələsində çar hökuməti Rusiyada həyata keçirilən tədbirləri Azərbay­canda tam şəkildə həyata keçirmədi. Torpaq payı kəndlinin daimi istifadəsinə verilsə də, onun mülkiyyəti sayılmırdı. Bu torpaq sahəsi üzərində yenə də mülkədarın mülkiyyət hüququ sax­lanılırdı. 1847-ci ilin “Kəndli Əsas­naməsi”ndə olduğu kimi, 15 yaşından yuxarı kişilərə 5 desyatin torpaq sahəsi verilirdi ki, bura yaşayış sahəsi, tikililər də daxil idi. Ancaq 1847-ci il “Əsasnaməsi”ndən fərqli olaraq, 1870-ci il “Əsasnamə”sinə görə kəndlinin 5 desyatindən artıq torpaq sahəsi əindən alınıb mülkədara verilirdi. Yeni “Əsasnamə”yə görə meşələr mülkədarın mülkiyyətinə verilirdi və onlardan istifadə üçün kəndli pul ödəməli idi. Kəndli ona verilən pay torpağını mülkədardan satın alaraq öz mülkiy­yətinə keçirə bilərdi. Kəndlinin bir mülkədardan başqasına keçməsi müəyyən olunmuş şərtlər daxilində mümkün idi.
Mükəlləfiyyətlərə gəldikdə, 1847-ci il “Əsasnaməsi” ilə nəzərdə tutulan kəndlilərin bəylər üçün yerinə yetirdiyi biyar mükəlləfiyyəti pul ödəməsi ilə əvəz edildi. Hər desyatin torpağa görə 30 qəpik ödəniş nəzərdə tutulmuşdu.
1870-ci il 14 may tarixindən Azərbaycanda həyata keçirilən aqrar islahat Rusiyanın mərkəzi quberniyalarında keçirilən aqrar islahatlardan fərqlənirdi. Rusiyadan fərqli olaraq, Azərbaycanda mülkədarlar torpaq­larını kəndlilərə satmağa məcbur edilmədilər. Məqsəd isə çarizmin Azərbaycanda sosial dayağı olan mülkədarların kəndlilər üzərində nəza­rətini saxlamaq, Azərbaycan kəndlilərində xüsusi mülkiyyətçiliyin inkişafını əngəlləmək idi. Bundan savayı, Azərbaycan kəndlilərinə torpağı mülkədardan satın almaq üçün hökumət tərəfindən borca maliyyə vəsaiti verilmirdi.
1870-ci il 14 may “Əsasnaməsi”nin müddəaları yalnız sahibkar kəndlilərinə şamil edilirdi ki, onlar da bütün kəndlilərin 20 faizini təşkil edirdilər. Yerdə qalan dövlət kəndli­lərinə (80%) aqrar islahat aid olmadı. Yarımçıq və milli – müstəmləkə xarakteri daşıyan bu islahat Azərbay­canın Quba qəzasında yalnız 1877-ci ildə həyata keçirildi.
Zaqatala dairəsində isə aqrar islahat başlayandan 52 il sonra, yəni 1913-cü ildə tətbiq edilməyə başladı. Çatışmaz­lıqlarına baxmayaraq, 1870-ci il 14 may aqrar islahatı məz­munca burjua islahatı kimi kapitalist münasibətlərinin inkişafına əlverişli şərait yaratdı, Şimali Azərbaycanda feodal – asılı münasibətlərə güclü zərbə endirdi.
Rusiyada keçirilən məhkəmə, inzibati idarə, şəhər və hərbi islahatlar da Azərbay­canda öz xüsusiyyətləri ilə həyata keçirildi. Azər­bay­canda 1866 - ci ildə həyata keçi­rilən məhkəmə islahatları nəticə­sində silki məhkəmələr ləğv edildi, bütün silklər üçün vahid məhkəmə təşkil edildi. Məhkəmə iclasları açıq keçirilməyə başladı. Əgər Rusiyada məhkəmə hakimləri seçki yolu ilə təyin olunurdusa, Azərbaycana hakimlər çar hökuməti tərəfində təyin edilirdilər. Məhkəmə iclasları yalnız rus dilində aparılırdı.
1870-ci il 16 iyun tarixdə şəhər islahatı haqqında “Əsasnamə” qəbul edildi. Azərbaycanda şəhər islahatı 1878-ci ildən həyata keçirildi və ilk dəfə Bakı şəhərində tətbiq edildi. Bu islahata görə şəhərlərdə özünüidarə sistemi tətbiq olunurdu. Şəhərin qərarverici orqanı şəhər Duması seçki yolu ilə formalaşırdı. Qadınlar və 25 yaşına çatmayan kişilər seçki hüqu­qun­dan məhrum edilmişdilər. Vergi ödəməyən fəhlələr, qulluqçular və ziyalılar bələdiyyə üzvlüyünə seçkilərdə iştirak edə bilməzdi. Şəhər dumalarında üzvlərin milli və dini mənsu­biyyətinə də senz qoyulmuşdu. Belə ki, Azərbaycanda seçilən deputatların sayında müsəlmanlar 50% dən artıq təşkil edə bilməzdi. XIX əsrin sonuna Azərbaycanın Yeliza­vetpol (Gəncə), Nuxa (Şəki), Naxçıvan, Şuşa və Ordubad şəhərlərində məhdud şəkildə olsa da, şəhər dumaları fəaliyyət göstərirdi.
XIX əsrin ikinci yarısında Rusiya imperiyasında bir sıra inzibati islahatlar da keçirildi və onların bəziləri Azərbaycanın da inzibati quruluşunda dəyişikliklərə səbəb oldu. Əvvəla, 1859-cu ildə Şamaxıda zəlzələ nəticəsində şəhər dağıldı və quberniya mər­kəzi Bakıya köçü­rüldü. Yeni quberniya – Bakı quberniyası adlandırıldı. 1860-cı ildə Dər­bənd quberniyası ləğv edildi və elə o vaxtdan Dərbəndin Azərbay­candan qoparılması siyasəti həyata keçirilməyə başladı. Belə ki, Dərbənd quberniyasının cənub hissəsini təşkil edən Quba qəzası Bakı quberniya­sına verildi. Dərbənd şəhərindən Yalamaya qədər Azərbaycan torpaqları isə yeni yaradılan Dağıstan vilayətinə qatıldı. 1868-ci ildə Bakı, Tiflis və İrəvan quberniyalarının əsasən azərbaycanlılar yaşayan qəzalarının birləşdirilməsi ilə yeni – Yelizavetpol (Gəncə) quberni­yası yaradıldı. Quberni­ya­ya Nuxa (Şəki), Şuşa, Yeliza­vetpol və Zəngəzur qəzaları daxil idi. Sonralar bu quberniyanın ərazilərində Ərəş (1874), Cəbrayıl və Cavanşir (1883) qəzaları da yaradıldı. 1870-ci ildə əhalinin mütləq çoxunu azərbaycanlılar təşkil edən Şərur-Dərələyəz və Naxçıvan qəzaları yaradıldı və onlar İrəvan quberniyasına verildi. 1883-cü ildə Qafqaz canişinliyi ləğv edildi, Cənubi Qafqaz Baş hərbi rəis tərəfindən idarə olunmağa başlandı.
1874-cü ildə Rusiyada hərbi islahat keçirildi. I Pyotr tərəfindən yaradılan rekrut sistemi ləğv edildi, ümumi hərbi mükəlləfiyyət qəbul olundu. 19 yaşına çatmış hər bir Rusiya təbəəsi quru qoşunlarında 6 il, hərbi dəniz donanmasında 7 il hərbi xidmət etməli idi. Müsəlman xalqlarına inamsızlıq nümayiş etdirən çar hökuməti onları hərbi xidmətdən azad etmişdi. Əvəzində 1887-ci ildən başlayaraq car höku­məti müsəlman əhalisindən hərbi vergi alırdı.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin