Azərbaycan tarixi


XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın sənayesində kapitalizmin inkişafı



Yüklə 0,62 Mb.
səhifə172/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   168   169   170   171   172   173   174   175   ...   269
Azərbaycan tarixi mühazirə

XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın sənayesində kapitalizmin inkişafı. XIX əsrin ikinci yarısında Rusiyada kapitalist münasibətlərinin inkişafi öz təsirini ucqarlara da göstərirdi.Mərkəzi Rusiya ilə ucqarlardaki müstəmləkələr arasında əlaqalər ikitərəfli xarakter daşıyırdi.
Rusiya üçün bu əlaqələr satış bazarı və xammal mənbələri əldə etmək idisə, müstəmləkəmələr üçün əmtəə-pul münasi­bətlərinin inkişafi yeni sənaye mərkəzlərinin yaranması, şəhər əhalisinin artması, muzdlu əməyin tətbiqi demək idi. Müstəm­ləkələr tədricən Ümumrusiya bazarına cəlb edilirdi. 1860-cı illərdən başlayaraq Azərbaycanda muzdlu əməyə və buxar gücünə əsaslanan iri fabrik - zavod istehsalı meydana cıxdı. İslahatdan sonra sənayenin inkişafı ilə əlaqədər olaraq Rusiyada kapi­talizm qəti təşəkkül tapdı. Bu öz növbəsində ucqarları dünya kapitalist əmtəə dövriyyəsinə cəlb etdi.Azərbay­canda da kapitalist münasibətləri tədricən inkişaf etməkdə idi.Ümumrusiya bazarının təsiri altında Azərbaycanda neft dağ - mədən və emaledici sənayenin bir sıra sahələri inkişaf edirdi.
Neft sənayesinin inkişafı. Ölkənin təbii sərvətləri içərisində neft əsas yer tuturdu. Duru yanacağa olan ehtiyacın artması neft sənayesinin inkişafına təkan verdi. Lakin iltizam sistemi məcburi kəndli əməyindən istifadə bu sahənin inkişafına ciddi maneələr törədirdi.1864 - cü ildə neft mədənlərində Balaxanı kəndlilərinin məcburi əməyi ləğv edildi. Sonra isə digər sahələrdə kəndlilərin məcburi əməyi aradan qaldırıldı və bun­dan sonra azad işçi əməyindən istifadə edilməyə başlandı. İltizam sistemi yeni texnikanin iri kapitalın neft istehsalına daxil olmasına mane olurdu. 1872 - ci il fevralın 17-də iltizam sistemi də ləğv edildi. Torpaqlar hər­raca qoyularaq sərbəst surətdə satılmağa başlandı.
1871-ci ildə Balaxanıda buruqla qazılan quyu neft verməyə başladı. 1873-cü ildə Balaxanıda ilk dəfə neft quyusu fontan vurdu. Neftin qiyməti xeyli ucuzlaşdı və neftə maraq artdı. Neft istehsalı ilə məşğul olan şirkətlərin sayı çoxaldı. 1870-ci illərə qədər neft işində əsas yeri yerli kapitalistlər tuturdu. Hərrac yolu ilə neftli torpaq alanlar içərisində Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədul­layev, Murtuza Muxtarov və başqaları var idı. Lakin neft sənayesini inkişaf etdirmək üçün çoxlu kapital lazım idi. Zəif olan yerli kapital bunun öhtəsindən gələ bilmirdi. Bu isə xarici kapitalın Bakı neftinə soxulmasına şərait yaratdı.
Azərbaycan neftinə İsveç, ingilis, fransız, alman kapitalı nüfuz etməyə başladı.1879-cu ildə İsveç təbəəsi, Nobel qardaşları “Nobel qardaşları” şirkətini yaratdılar. 1880-ci illərdə Bakı neftinə Rotşildin simasında fransız kapitalı nüfuz etdi. 1890-cı illərdə Vişau şirkəti başda olmaqla ingilis kapitalı Bakı neft sənayesində mühüm yer tutdu. Bakı neftinə ABŞ kapitalı can atsa da, müvəffəqiyyət qazana bilmədi. Azər­baycan neftinə iri kapitalın qoyulması neft sənayesində texniki çevrilişə səbəb oldu. 1873-cü ildə neft quyularının qazılmasında ilk dəfə buxar mühərriklərindən istifadə olundu.
Abşeronda neft quyularının sayı sürətlə artırdı. 1873-cü ildə burada cəmi 9 quyu olmuşdusa, 1900-cü ildə onların sayı 1710-a çat­mışdı. Əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Neftin anbarlara və zavodlara vurulmasında 1878-ci ildən neft kəmər­lərindən istifadə edilməyə başlandı.
1894-cü ildə Bakı neft istehsalına görə ABŞ-a çatdı və 1901-ci ildə onu ötüb keçdi. Neft istehsalının artması ilə neft elmalı sənayesi də inkişaf etməyə başladı. Ağ neft, sürtkü yağları, mazut və başqa mallara təlabatın artması emaledici sahələrin genişlənməsinə təkan verdi. 1859-cu ildə Suraxanıda Kokorev və Qubonin qardaşlarının ağ neft zavodu, 1861-ci ildə Pirallahıda Vittenin parafin zavodu, 1863-cü ildə Cavad Məlikovun öz layihəsi əsasında ağ neft zavodu tikildi. 1873-cü ildən sonra Qara şəhər zavod rayonu, sonra isə Ağ şəhər zavod rayonu meydana gəldi.
XIX əsrin sonlarında Rusiyada neft sənayesi ağır sənayenin ən çox təmərküzləşən sahəsi idi. Neft sənayesində səhmdar cəmiyyətlər şəkilində iri kapitalist müəssisələri yarandı. 1884-cü ildə Bakı kapitalist­lərin xüsusi təşkilatı olan Neft sənayeçilərinin Qurul­tayı meydana çıxdı. Bu təşkilatın başında rəhbər mərkəz olan Qurultay Şurası durur­du.Onun məqsədi neft sənayeçilərinin mənafeyini müdafiə etmək, fəhlə hərəkatına qarşı mübarizə aparmaqdan ibarət idi. 1894-cü ildə dövlətin fəal yardımı ilə “Bakı ağ neft zavod sahiblərinin ittifaqı” yaradıldı və o 92 iri və xırda şirkəti birləşdirirdi.”İttifaq” dünya bazar­larında ağ neft satışını tənzim etməli idi. Lakin Amerikanın “Standart Oyl” şirkəti ilə dünya bazarını bölmək haqqında apardığı danışıqlar müsbət nəticə vermədi.
“İttifaq” 1897-ci ildə daxili çəkişmələr nəticəsində dağıldı. Bir çox istehsal sahələri neft hasılatı və emalı ilə sıx surətdə bağlı idi. Neft sənayesində ağalıq edən Nobel qardaşları inhisar birliyi ölkənin qərbin­dəki dağ-mədən sənayesi ilə əlaqə yaratdı. 1893-cü ildə “Simens qardaşları və K” səhmdar cəmiyyəti ilə bağlanmış müqaviləyə görə Nobel qardaşları inhisarının zavodları üçün hər il 80-200 min pud kükürd kolçedanı verilməli idi. Bundan neft emalında son dərəcə vacib olan kükürd turşusu alınırdı.
Neft istehsalının əsas rayonları Sabunçu, Bibiheybət, Suraxanı idi. Neft məhsul­larının ixracında da ciddi irəliləyişlər oldu. Bakı-Tiflis dəmiryolu xəttinin çəkilməsi (1883) və Xəzər dənizi vasitəsilə yük daşınmasının genişlənməsi neft sənayesinin gələcək inkişafında böyük rol oynadı. Bakı nefti Avropa ölkələrinin bazarlarında da öz mövqeyini möhkəmlədirdi. Tikintisi 1896-cı ildə başlanıb 1906-cı ildə başa çatan Bakı-Batum neft kəməri neft ixracatında mühüm rol oynayırdı. Bakı ağ nefti təkcə Rusiyaya deyil, xarici ölkələrə - Çinə, Hindistana, Avstraliyaya ixrac olunurdu.
Azərbaycan milli burjuaziyası qazanılmış kapitalın bir hissəsini iqtisadiyyatın başqa sahələrinə sərf edirdi. Bu sahədə H.Z.Tağıyev daha geniş fəaliyyət göstərirdi. O, neft sənayesindən əldə etdiyi kapitalın bir hissəsini qeyri-neft sənayesi bölməsinə qoymuş­du.H.Z.Tağıyev 1897-ci ildə lifli maddələr emal edən Qafqaz səhmdar cəmiyyətini təsis etdi. Bu Rusiyada ən böyük toxuculuq müəssisəsi idi.H.Z.Tagıyev toxuculuq fabrikini xammalla təmin etmək uçun pambıqçılıq təsərrüffatını inkişaf etdirməyə çalışırdı. Çar hökuməti yerli kapitalistin xam pambıq isteh­salını Muğan düzündə inkişaf etdirməsinin əleyhinə idi.
1890 - cı ildə H.Z.Tagıyev Kaspi gəmiçilik cəmiyyətini alıb 10 gəmi­dən ibarət şirkət yaratmışdı. H.Z.Tagıyev Azərbaycan iqtisadiy­yatının müstəmləkə xarakterinə zərbə vuran ilk milli sənayeçi idi.
Bakı neft mədənləri çarizmin yüksək gəlirlər götürməyə böyük ümid bəslədiyi qazanc mənbələrindən biri olsa da, yuxarıda sadalanan səbəblər üzündən çarizmin ümidləri uzun müddət özünü doğrultma­mışdır. İqtisadi gəlir qaynaqlarının, o cümlədən neftli torpaqların müs­təm­ləkəçilər tərəfindən mə­nim­sə­nil­məsi yolunda çətinliklər həm də müstəmləkə rejimi­nin məqsədləri, xa­rak­teri, fəaliyyət üsul və vasitələri arasında mövcud olan barışmaz zid­diy­yətlərlə üzvi surətdə bağlı idi. Çarizm Bakı neft mədənlərindən mümkün qədər çox qazanc götürməyi başlıca məqsəd saysa da, bu qazancı ələ keçirmək üçün ən müxtəlif vasitə və üsullara əl atsa da neftli torpaqlar üzərində xəzi­nənin mülkiyyət hüququnu qısqanclıqla müdafiə edərək bu hüququ heç cür əldən vermək istəmirdi. Bakıda Rusiya ağalığının ilk 65-66 ili ərzində neft mədən­lərindən istifadənin iltizam və xəzinə təsərrüfatçılığı üsullarının dəfə­lər­lə bir-birini əvəz etməsi bu dediyimizə əyani sübutdur.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin