Azərbaycan Texnologiya Universiteti "İnzibati idarəetmə" kafedrası



Yüklə 0.93 Mb.
səhifə1/7
tarix17.06.2018
ölçüsü0.93 Mb.
  1   2   3   4   5   6   7

Azərbaycan Texnologiya Universiteti
“İnzibati idarəetmə” kafedrası
“ANTIBÖHRANLI İDARƏETMƏ” fənnindən
Test sualları

1.Hüquqi və fiziki şəxslərin öz borc öhdəliklərini vaxtlı-vaxtında ödəyə bilməməsi nə adlanır?



  1. Müflisləşmə

  2. Satış

  3. Ucuzlaşma

  4. Varlanma

  5. Tarazlıq

2.Sahibkara və biznesmenlər müflisləşmə prosesini necə dəyərləndirməlidirlər?



  1. hər zaman onları izləyən bir kölgə kimi

  2. Yalnızca 1 dəfə baş verən maliyyə yatırımı

  3. İdarəetmənin gücləndirilməsi

  4. Müəssisyə maliyyə vəsaitlərinin kəskin axını

  5. Ucuzlaşdırma siyasəti

3. Müəssisələr müflisləşdirmədən qaçınmaq üçün nə etməlidir?



  1. İdmançı kimi hər zaman formada qalmalıdır

  2. Haqsız rəqabətdən istifadə etməlidir

  3. Qiymətlərin kəskin yüksəltməlidir

  4. Qiymətlərin kəskin ucuzlaşdırmalıdır

  5. Doğru cavab yoxdur

4. Müflisləşmənin həll etdiyi məsələlərdəndir:



  1. İstehlakçılara az və ya tamamilə lazım olmayan məhsul istehsalçıları sıradan çıxarır

  2. Bunların hamısı

  3. Müəssisədə struktur dəyişikliklərinə zəmin yaradır

  4. Əmək resurslarının çevik hərəkətinə şərait yaradır

  5. Müflisləşmə qorxusu biznesmenləri daha çox sahibkar kimi davranmağa sövq edir.

5. Müflisləşmə nələrə şərait yaradır?



  1. Səmərəli marketinq siyasətinin yeridilməsi. Alıclıların tələbatlarının daha dərindən öyrənilməsi . Alıcıq qabiliyyətinin düzgün araşdırılması

  2. Səmərəli marketinq siyasətinin yeridilməsi

  3. Alıclıların tələbatlarının daha dərindən öyrənilməsi

  4. Alıcıq qabiliyyətinin düzgün araşdırılması

  5. Səmərəli marketinq siyasətinin yeridilməsi. Alıclıların tələbatlarının daha dərindən öyrənilməsi

6. Müflisləşmənin təsirin hiss olunduğu sahələrdəndir:



  1. Təsərrüfat subyektləri arasındakı rəqabət mübarizəsini gücləndirir

  2. Ucuzlaşmaya səbəb olur

  3. Şirkətlərin bağlanması inhisarlaşma ilə sıx əlaqədar gedən proseslərdir

  4. Doğru cavab yoxdur

  5. Təsərrüfat subyektləri arasındakı rəqabət mübarizəsini gücləndirir. Ucuzlaşmaya səbəb olur

7. Öz işinə ciddi və peşəkar yanaşan menecer antiböhran tədbirlərini hansı

vaxtlardan həyata keçirir?


  1. Sabitliyin pozulan ilk vaxtlarından

  2. Firmanın gəlirləri aşağı düşəndən sonra

  3. Firmanın debitor borcu, kreditor borcundan çox olduqda

  4. İflasa uğrama baş verəndən sonra

  5. Firmanın kreditor borcu, debitor borcundan çox olduqda

8. Xoşagəlməz halların qarşısının alınması, firmanın potensialından səmərəli

istifadə edilməsi, çətinliklərin aradan qaldırılması, bazar mövqeyinin

möhkəmləndirilməsi üzrə proqram xarakterli tədbirlər sistemi necə adlanır?



  1. Antiböhran idarəetmənin strategiyası

  2. Firmanın (müəssisənin) iflası

  3. Antiböhran idarəetmə

  4. Antiinflyasiya tədbirləri

  5. Böhranlı maliyyə

9. Menecerdə yenilikçilik, dərin elmi-texniki və iqtisadi təfəkkürün formalaşması nəyə imkan yaradır?



  1. Konkret şəraiti nəzərə ala bilməyə və qeyri-standart qərarlar qəbul etməyə

  2. Firmanın (müəssisənin) qeyri-adi qərarlar qəbul edərək idarəetməyə

  3. Firmanın (müəssisənin) beynəlxalq və ölkədaxili tərəfdaşlarının sayının artmasına

  4. Firmanın (müəssisənin) beynəlxalq səviyyədə imicinin artmasına

  5. Konkret şəraiti nəzərə alaraq firmanı (müəssisəni) həmin şəraitə uyğun idarəetməyə

10. Ümumi idarəetmənin metodları, prinsipləri və funksiyaları əsasında firmalarda və yaxud şirkətlərdə hansı idarəetmə formaları formalaşmalıdır?




  1. Maliyyə, marketinq, innovasiya və investisiya idarəetmə formaları

  2. Maliyyə, marketinq və sığorta idarəetmə formaları

  3. Maliyyə, marketinq və innovasiya idarəetmə formaları

  4. Marketinq və innovasiya idarəetmə formaları

  5. Maliyyə, marketinq və investisiya idarəetmə formaları

11. Firmalarda, Şirkətlərdə maliyyə, marketinq, innovasiya və investisiya

idarəetmələri nəyin əsasında formalaşmalıdır?


  1. İdarəetmənin metodları, prinsipləri və funksiyaları əsasında

  2. İdarəetmənin metodları, strukturu, iş prinsipləri və funksiyaları əsasında

  3. İdarəetmənin metodları, rıçaqları və prinsipləri əsasında

  4. İdarəetmənin metodları və funksiyaları əsasında

  5. Ümumi idarəetmənin bütün metodları əsasında

12. Təsərrüfat subyektlərinin maliyyə vəziyyətini öyrənməyə, ehtiyatları və

mənbəələri aşkara çıxarmağa və maliyyə vəziyyətini yaxşılaşdırmağa imkan

vermək üçün hansı təhlilləri aparmaq lazımdır?



  1. Sistemli və kompleks maliyyə təhlilini

  2. Cari və perspektiv maliyyə təhlilini

  3. Son üç ilin və cari maliyyə təhlilini

  4. Son beş ilin və cari maliyyə təhlilini

  5. Son bir ilin və əsaslı maliyyə təhlilini

13. Antiböhran idarəetmə hansı kateqoriya hesab edilir?



  1. Həm mikroiqtisadi, həm də makroiqtisadi kateqoriya

  2. İqtisadi kateqoriya

  3. Mikroiqtisadi kateqoriya

  4. Makroiqtisadi kateqoriya

  5. Tam azad iqtisadi kateqoriya

14. Miqyasına böhranlar neçə yerə ayrılır?

A) 2

B) 4


C) 3

D) 1


E) ayrılmır
15. Antiböhran idarəetməsində ilkin mərhələdə, məqsədli proqram və yaxud

tədbirlərdən əvvəl diqqət yetiriləsi məsələlər nəyə imkan verir?



  1. Firma və şirkətlərin fəaliyyət nəticələrini qiymətləndirməyə və əlavə iqtisadi potensialı aşkara çıxarmağa

  2. Firma və şirkətlərin fəaliyyət nəticələrini qiymətləndirməyə və onların maliyyə vəziyyətini aşkara çıxarmağa

  3. Firma və şirkətlərin fəaliyyət nəticələrini qiymətləndirməyə və onlarda iqtisadi təhlili aparmağa

  4. Firma və şirkətlərin fəaliyyət nəticələrini qiymətləndirməyə və onlardakı iqtisadi təhlili analiz etməyə

  5. Firma və şirkətlərin fəaliyyət nəticələrini qiymətləndirməyə və onların maliyyə vəziyyətini analiz etməyə

16. Normal bazar iqtisadiyyatının formalaşması və inkişafı hansı qaydaların

olmasını zəruri edir?


  1. Iqtisadi tənzimləmə qaydalarının

  2. Böhran qaydalarının

  3. İnflyasiya qaydalarının

  4. Müflisləşmə qaydalarının

  5. Iqtisadi tənəzzül qaydalarının

17. Müflisləşmə, istehlakçılara az və tamamilə lazım olmayan məhsul və xidmət təklif edən kimləri sıradan çıxarır?



  1. İstehsalçıları

  2. Kommersantları

  3. Biznesmenləri

  4. Mağaza sahiblərini

  5. Topdansatış obyektlərini

18. Müflisləşmə qaydasının ayrılmaz tərkib hissəsi kimi nələr çıxış edir?



  1. Firmanın sanasiyası və firmanın yenidən qurulması

  2. Firmanın maliyyə vəziyyəti

  3. Firmanın iqtisadi vəziyyəti

  4. Firmanın təsərrüfat əlaqələri

  5. Firmanın daxili və xarici biznes əlaqələri

19. Borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə, onun mülkiyyətçisi, kreditorları, əmək kollektivləri və başqa şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə onun yenidən təşkil edilməsi necə adlanır?



  1. Firmanın sanasiyası

  2. Firmanın yenidən qurulması

  3. Firmanın struktur dəyişiklikləri

  4. Firmanın müflisləşməsinin qarşısının alınması

  5. Firmanın inflyasiyadan qorunması

20. Kreditorların tələbini ödəmək məqsədilə firmanın mülkiyyətçisi, müdiriyyəti tərəfindən firmanın əmlakını bölmək, hamısını və ya müəyyən hissəsisini digər təsərrüfat subyektlərinə vermək yolu ilə firmanın strukturunun və fəaliyyət istiqamətinin dəyişdirilməsi necə adlanır?



  1. Firmanın yenidən qurulması

  2. Firmanın sanasiyası

  3. Firmanın struktur dəyişiklikləri

  4. Firmanın müflisləşməsinin qarşısının alınması

  5. Firmanın inflyasiyadan qorunması

21. Qeyri-müəyyənliyin mənbəyi və təkrar istehsalın bütün mərhələləri hansı

dövrü əhatə edir?


  1. Xammal, material və komplektləşdirici hissələrin alınmasından tutmuş satışınadək olan dövrü

  2. Xammal, material və komplektləşdirici hissələrin alınmasından tutmuş onların istehsalınadək olan dövrü

  3. Xammal, material və komplektləşdirici hissələrin alınmasından tutmuş hazır məhsul istehsalınadək olan dövrü

  4. Hazır məhsulun istehsalından başlamış, onun satışınadək olan dövrü

  5. Hazır məhsulun istehsalından başlamış, onun pulunun tam ödəniçinədək olan dövrü

22. Daha uğurlu fəaliyyət göstərən firmanın uduşu nəyin hesabına olur?



  1. Uğursuz fəaliyyət göstərən firmanın

  2. İstehsal etdiyi məhsulların qiymətlərinin münasibliyi

  3. İstehsal etdiyi məhsulların keyfiyyəti

  4. İstehsal etdiyi məhsulların qiymətlərinin münasibliyi və keyfiyyəti

  5. İstehsalın avtomatlaşdırılması və işçi qüvvəsinə qənaətin

23. Müflisləşmə sistemində həyata keçirilən tədbirlər sisteminin ardıcıllığını

göstərin?

1- Məqsəd və prinsiplər müəyyən edilir

2- Müəssisənin vəziyyəti təhlil edilir

3- Iflasın qarşısının alınması tədbirləri

4- İflasa qarşı mübarizə tədbirləri

5- Sistemdə göstərilən digər işlər

A) 2, 3, 4, 5

B) 1, 4, 5

C) 3, 4, 5

D) 1, 3, 4, 5

E) 1, 2, 3, 5
24. Müflisləşmə sistemi iqtisadiyyatda çalışan bütün təsərrüfat subyektlərinin

mənfəətli işləməsinə hansı prinsipləri gözləməklə reallaşa bilər?

1- Müflisləşmə zamanı bütün təsəsrrüfat subyektlərinə qarşı eyni prosedura

qaydalarının tətbiqi, onların hüquq və vəzifələrinin eyni olması;

2- Səliqə ilə borc öhdəliklərini yerinə yetirən müəssisələrin sağlamlaşdırılması

sisteminin yaradılması;

3- Maliyyə çətinliyi olan perspektivli müəssisələrin saxlanması;

4- İflas zamanı müsabiqə kütləsinin bölüşdürülməsi qaydası və növbəliyin

gözlənilməsi;

5- Müəssisələrdə maliyyə vəziyyətini yaxşılaşdırmaq.



  1. 1, 2, 4, 5

  2. 1, 2, 3, 4

  3. 3, 4, 5

  4. 1, 3, 4, 5

  5. 2, 3, 4, 5

25. Sosial böhranlar əksər hallarda hansı növ böhranın davamı kimi özünü biruzə verir.

A) iqtisadi

B) siyasi

C) lokal


D) ümumi

E) makro və mikro

26. Müflisləşminin mənfi cəhətlərinə aiddir:


    1. İşsizlər “ordusunun” yaranması

  1. İşsizlərin sayının azalması

  2. İctimai rifah halının yaxşılaşması

  3. Ucuz qiymətlərdən istifadı

  4. İşsizlərin sayının azalması. İctimai rifah halının yaxşılaşması

27. Sanasiya nədir?



  1. Sağlamlaşdırma

  2. Ucuzlaşdırma

  3. Böhran

  4. Qiymət artımı

  5. Dövlət müdaxiləsi

28 Müflisləşmə proseduruna hansı elemetlər daxildir?



    1. Sanasiya.Müəssisələrin yenidən qurulması

  1. Sanasiya

  2. Müəssisələrin yenidən qurulması

  3. Qiymətdən düşmə

  4. Sanasiya. Qiymətdən düşmə

29. Stresin kütləvi xarakter aldığı, insanların panikaya düşdüyü, özünə inamın olmadığı, gələcəyə görə qorxu hissinin böyük olduğu, işindən razı olmadığı, hüquqi baxımdan müdafiə olunmadığı və sosial müdafiə tədbirlərinin olmadığı hallarda hansı böhran özünü daha qabarıq göstərir və dərinləşir.

A) psixoloji

B) siyasi

C) təşkilati

D) iqtisadi

E) maliyyə


30. “Antiböhranlı idarəetməsi” anlayışına daxildir:

    1. Bunların hamısı

  1. Müflisləşmə

  2. Iflas

  3. Sanasiya

  4. Müəssisələrin yenidən qurulması

31 “Antiböhranlı idarəetməsi” anlayışına daxil deyil:



  1. Qiymətdən düşmə

  2. İflas

  3. Sanasiya

  4. Müflisləşmə

  5. Bunların hamısı

32. Börhranlı vəziyyətə düşdükdə müəssisənin balansında hansı dəyişiklik baş verir?



    1. qeyri-qənaətbəxş quruluş yaranır

  1. Heç nə baş vermir

  2. Aktiv və passivlər silinir

  3. Doğru cavab yoxdur

  4. Bunların hamısı

33.Borclu əmlak və öhdəliklərinə böhranlı vəziyyətdə nə baş verir?



  1. Borclu şəxslər borclu olduqları şəxslər qarşısında öz borclarını ödəyə bilmir

  2. Onların həcmi azalır

  3. Borclar bu halda əvəzsiz silinir

  4. Onların həcmi azalır. Borclar bu halda əvəzsiz silinir

  5. Doğru cavab yoxdur

34. Biznes anlayışına daxildir



  1. Hər zaman itirmək riski ilə qarşılaşmaq

  2. Hakimiyyətə daxil olmaq

  3. İnhisarlar yaratmaq

  4. Dövlətin pul gəlirlərini mənimsəmək

  5. Doğru cavab yoxdur

35. Biznes fəaliyyətindəki qeyri-müəyyənlik hansı mərhələləri əhatə edir?



  1. xammalla təminat mərəhələsindən satış mərhələsinədək

  2. Yalnız istehsal

  3. Yalnız satış

  4. İstehsal və satış

  5. Xammalla təminat mərhələsi

36. Optimal nəticələr əldə edilməsi üçün resurslardan istifadənin ən yaxşı kombinasiyanın, variantının toplanmasına şərait yaradan riyazi qaydaların, aparatların tətbiqini nəzərdə tutan dioqnostikanın hansı üsuludur?

A)Xətti proqnozlaşdırma üsulu

B) ekspert üsulu

C) analitik üsul

D) satik üsul

E) Dinamik proqnozlaşdırma üsulu

37 Səhmdar və kreditorların hesablamaları nə vaxt özünü doğruldur?


  1. Onların gəlirləri ödəmələrini həyata keçirməyə imkan verdikdə

  2. Bazar tamamilə ələ keçirildikdə

  3. Fəaliyyətsizlik halında

  4. Gəlirlər çox olduğu şəraitdə

  5. Xərclərin azaldılması şəraitində

38. Faizlə istifadə və ödəmələrin gözlənilən orta çəkisinin səhm və borc kapitalına olan nisbəti nədir?



  1. kapital dəyəri

  2. Maya dəyəri

  3. Amortizasiya dəyəri

  4. Ucuzlaşma dəyəri

  5. Dəyərdən düşmə

39. Əgər firmanın mənfəəti onun kapital dəyərindən aşağı düşürsə, nə halı baş verir?



  1. Firma müflisləşməyə başlayır

  2. Firma varlanmağa başlayır

  3. Xüsusi bir hal yaranmır

  4. Firmanın məhsulları qiymətdən düşür

  5. Firma bazardakı seqmentlərini uduzur

40. Səhm kapitalının dəyərinin aşağı düşməsi hansı nəticələri verə bilər?



  1. Səhmlərin qiyməti aşağı düşür. Vəsaitin geri qaytarılması riski çoxalır və nəğd vəsaitlə bağlı firmada problemlər yaranır

  2. Səhmlərin qiyməti aşağı düşür

  3. Vəsaitin geri qaytarılması riski çoxalır

  4. Nəğv vəsaitlə bağlı firmada problemlər yaranır

  5. Səhmlərin qiyməti aşağı düşür. Vəsaitin geri qaytarılması riski çoxalır

41. Likvidlik nədir?



  1. pula çevrilmə qabiliyyəti

  2. Qiymətdən düşmə

  3. Keyfiyyətdən düşmə

  4. Ucuzlaşmış maya dəyəri

  5. Doğru cavab yoxdur

42. Firmanın qiyməti nədir?



  1. hal-hazırki dövrdə kreditor və səhmdarlara ödəniləcək məbləğ

  2. Firmanın istehsal etdiyi məhsulların maya dəyəri

  3. Ucuzlaşmış maya dəyəri

  4. Qiymətdəndüşmə dəyəri

  5. Doğru cavab yoxdur

43.Kreditorlara olan öhdəliklərin aşağı düşməsi nə deməkdir?



  1. səhm kapitalının aşağı düşməsi

  2. Firmanın varlanması

  3. Səhmlərin bahalaşması

  4. Səhmlərin ucuzlaşması

  5. Keyfiyyətdən düşmə

44. Mənfəətin aşağı düşməsinin nəticələrindəndir:



  1. Bunların hamısı

  2. Qısamüddətli öhdəliklərin yerinə yetirilə bilməməsi

  3. Uzunmüddətli öhdəliklərin yerinə yetirilə bilməməsi

  4. Tədiyyə qabiliyyətinin aşağı düşməsi

  5. Cari öhdəliklərin yerinə yetirilə bilməməsi

45 Dövlət müəssisəsinin məhsuluna bazarda tələbat yoxdursa, onda hansı tədbir

görülməldir?


  1. Müəssisənin mülkiyyətçisi dəyişdirilməlidir

  2. Firma başlanmalıdır

  3. İstehsal istiqaməti dəyişdirilməlidir

  4. Qiymətləri aşağı salmalıdır

  5. Doğru cavab yoxdur

46. Texniki və mənəvi cəhətdən köhnəlmiş istehsalatların özəlləşdirilməsinə necə yanaşılır?



  1. səmərəli olmayan addım kimi

  2. Doğru addım kimi

  3. Lüzumsuz hərəkət

  4. Gələcək üçün dəyərli yatırım

  5. İnvestisiya qoyuluşu

47. İri sənaye müəssisələrinin özəlləşdirilməsi alternativ nə ola bilər?



  1. sahibkar lahiyələri əsasında dövlət müəssisələrinin kommersiyalaşdırılması

  2. Alternativ yoxdur

  3. Özəl firmaların özəlləşdiriləməsi

  4. Firmanın səhmdar cəmiyyətinə çevrilməsi

  5. Səhm kapitalının bazarda ucuzlaşması

48. Kommersiyalaşma müəssisələri üçün menecerlərə hansı tələb qoyulur?



  1. Müsabiqə

  2. Test imtahanı

  3. Təsadüfi seçim

  4. Doğru cavab yoxdur

  5. Müvəqqəti seçim

49. Müflisləşmə sisteminə daxildir:



  1. Bunların hamısı

  2. Metodiki təminat

  3. Təşkilati quruluş

  4. Iştirakçılar

  5. Məqsəd və prinsiplər

50. Müflisləşmə sisteminə daxil deyil:



  1. Pulla yardım

  2. Metodiki təminat

  3. Məqsəd və prinsiplər

  4. Sosial müdafiə

  5. Kadr hazırlığı

51. Müflisləşmə sisteminin prinsiplərinə aiddir:



  1. Bunların hamısı

  2. Müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni mövqe seçilir

  3. Borc öhdəliklərinin ödənilməsində dəqiq firmalar üçün sağlamlaşdırma sistemi yaradılır

  4. Maliyyə çətinliyi olan prespektivli müəssisələrin saxlanılması

  5. Iflas zamanı müsabiqə kütləsi bölüşdürülməsinin qaydası və növbəliyinin gözlənilməsi

52. Müflisləşmə sisteminin prinsiplərinə aid deyil:



  1. Bunların heç biri

  2. Müflisləşmə zamanı bütün təsərrüfat subyektlərinə qarşı eyni mövqe seçilir

  3. Borc öhdəliklərinin ödənilməsində dəqiq firmalar üçün sağlamlaşdırma sistemi yaradılır

  4. Maliyyə çətinliyi olan prespektivli müəssisələrin saxlanılması

  5. Iflas zamanı müsabiqə kütləsi bölüşdürülməsinin qaydası və növbəliyinin gözlənilməsi

53. Müflisləşmə sisteminin prinsipləri hansı yollarla həyata keçirilir?

  1. Bunların hamısı

  2. bazar iqtisadiyyatın tələblərin uyğun olaraq iqtisadiyyatın quruluşu dəyişdirilə bilər

  3. Müəssisələrin mənfəətli işləməsinə xidmət edir

  4. Real şəkildə müflisləşmənin qarşısının alınmasına cəhd edilir

  5. Sanasiya və ləğvetmə ədbirləri həyata keçirilir

54.2016-cı ilin statistikasına əsasən Dünya Aclıq İndeksinə görə, hazırda dünyada nə qədər insan aclıq çəkir.

A)800 milyon

B) 200 milyon

C) 500 min

D) 500 milyon

E) 800 min

55. Xarici amillər şərti olaraq hansı hansı növlərə bölünür?


  1. birbaşa, dolayı

  2. Dolayı, aşağı

  3. Birbaşa və daimi

  4. Daimi və müvəqqəti

  5. Xarici amillər qruplara bölünmür

56.BMT neçənci ilə qədər «Sıfır aclıq» hədəfinə çatması üçün siyasi, iqtisadi çevrələr və vətəndaş cəmiyyəti səylərini artırmalıdır.

A) 2030

B) 2020


C) 2022

D) 2035


E) 2019

57. İlk dəfə “ərzaq təhlükəsizliyi” bir termin kimi neçənci ildə qəbul edilmişdir?

A) 1974

B) 1984


C) 1954

D) 1994


E) 1964

58. Bütün dünyada “Ümumdünya Ərzaq Günü” hansı ayda qeyd edilir.

A) 16 oktyabr

B) 15 oktyabr

C) 16 sentyabr

D) 16 may

E) 16 aprel
59. Biznes fəaliyyətinə təsir göstərən amillər arasında mühüm yeri nə tutur?

A) İstehlakçılar

B) İstehsalçılar

C Təchizatçılar

D) Menecerlər

E) Menecerlər və təchizatçılar


60. Məhsul və xidmətdən istifadəyə görə istehlakçıları neçə hissəyə ayrırlar?

A) İki


B) Beş

C) Dörd


D) Üç

E) Yeddi
61. Məhsul və xidmətdən istifadəyə görə istehlakçıları hansı hissələrə ayrırlar?

A) Şəxsi və institutal

B Firmadaxili və firmaxarici

C) Fərdi və kollektiv

D) Fərdi, kollektiv və təşkilati

E) Fərdi, təşkilati və beynəlxalq
62. Müəssisənin mənfəətililik potensialının yüksəlməsi nədən asılıdır?

A) İstehlakçıların sayının çoxluğundan

B) Müəssisənin istehsal sahəsinin böyüklüyündən

C) Müəssisənin istehsal sahəsinin avtomatlaşdırılmasından

D )Müəssisənin istehsal sahəsinin müasir texnologiyasından

E) Müəssisənin istehsal etdiyi məhsulların qiymətindən


63. Hansı məhsulun istehsal edilməsini və onun hansı qiymətə satılmasını əsasən kimlər müəyyənləşdirir?

A) İstehsal olunan məhsulun istehlakçıları

B) İstehsal olunan məhsulun istehsalçıları

C) İstehsal olunan məhsulun rəqibləri

D) İstehsal olunan məhsulun topdansatış alıcıları

E) Azad bazar özü onu tənzimləyir


64 Biznes fəaliyyətini tənzimləyən amillər qrupu kimi kimlər çıxış edir?

  1. Cəmiyyətdə hökm sürən qanunlar və dövlət orqanları

  2. Biznes sahəsinin fəaliyyət göstərdiyi dövlətin vergi orqanları

  3. Biznes sahəsinin fəaliyyət göstərdiyi dövlətin gömrük orqanları

  4. Biznes sahəsinin fəaliyyət göstərdiyi dövlətin hakimiyyəti

  5. Biznes sahəsinin fəaliyyət göstərdiyi dövlətin vergi və gömrük orqanları

65. Müəssisə öz fəaliyyəti ərzində ..... Boşluğu tamamlayın.



  1. Çoxlu sayda xammal və material təchizatçıları ilə əlaqədə olur.

  2. Yalnız 1 şirkətlə müqavilət bağlamaq hüququna malik olur

  3. Bütün rəqib firmaları ilə sıx əlaqələr qurur.

  4. Doğru cavab yoxdur

  5. Bütün cavablar daxildir.


    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə