Azərbaycan tibb universiteti stomatologiya fakultəSİNİn təDRİs proqrami (I – V kurs)


Stomatologiya fakültəsinin I kurs tələbələri üçün



Yüklə 2,23 Mb.
səhifə2/121
tarix03.01.2022
ölçüsü2,23 Mb.
#51485
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   121
Stomatologiya fakültəsinin I kurs tələbələri üçün

Anatomiya - 1” fənnindən payız semestri üzrə təcrübi məşğələlərin



MÖVZU PLANI


N

Mövzular

Saat

1

İnsan anatomiyası kafedrasında tədris prosesinin təşkili. Anatomik nomenkletura. Bədəndən keçirilən ox və səthlər. Adi fəqərənin quruluşu. Boyun, döş, bel fəqərələri. Oma və büzdüm sümükləri

2

2

Fəqərənin birləşmələri. Atlas-ənsə oynağı. Tam onurğa

2

3

Qabırğa və döş sümüyü. Qabırğaların fəqərələrlə və döş sümüyü ilə birləşmələri. Tam döş qəfəsi

2

4

Yuxarı ətraf sümükləri

2

5

Yuxarı ətraf qurşağı sümüklərinin birləşmələri. Bazu və dirsək oynaqları. Said və əl sümüklərinin birləşmələri

2

6

Aşağı ətraf sümükləri

2

7

Yuxarı ətraf qurşağı sümüklərinin birləşmələri. Bud-çanaq oynağı. Diz oynağı, baldır və ayaq sümüklərinin birləşmələri

2

8

Kəllənin ümumi icmalı. Alın, əsas, ənsə və təpə sümükləri

2

9

Gicgah sümüyü, quruluşu, kanalları

2

10

Xəlbir sümüyü. Əng və çənə sümüklərinin cinsi, fərdi və yaş xüsusiyyətləri

2

11

Kəllənin topoqrafiyası. Xarici və daxili kəllə əsasının topoqrafiyası

2

12

Göz yuvaları. Burun boşluğu. Qanad-damar çuxurları

2

13

Kəllə sümüklərinin birləşmələri. Gicgah-çənə oynağı, xüsusiyyətləri və hərəkətləri

2

14

Osteosindesmologiyadan preparatların qəbulu

2

15

Əzələ bəhsinin icmalı. Baş əzələləri: mimiki əzələlər, xüsusiyyətləri. Çeynəmə əzələləri və fassiyaları. Çeynəmə əzələlərinin funksional anatomiyası

2

16

Boyun əzələləri, boyunun topoqrafiyası. Döşün əzələ və fassiyaları. Topoqrafiyası

2

17

Qarnın əzələ və fassiyaları. Düz əzələ yatağı. Qasıq kanalı. Arxa əzələləri və fassiyaları

2

18

Yuxarı ətraf əzələləri və topoqrafiyası. Qoltuq çuxuru

2

19

Aşağı ətrafın əzələləri və topoqrafiyası

2

20

Əzələ sistemindən preparat qəbulu

2

21

Daxili orqanlar haqqında məlumat. Ağız boşluğu orqanları

2

22

Süd və daimi dişlər, onların quruluşu, formulu və çıxma müddəti. Dişlərin fərqləndirici xüsusiyyətləri. Dişləm və onun anomaliyaları

2

23

Udlaq və qida borusu. Mədə, nazik və yoğun bağırsaqlar

2

24

Qaraciyər, mədəaltı vəzi və dalaq. Periton və onun topoqrafiyası

4

25

Tənəffüs sistemi orqanları. Qırtlaq, nəfəs borusu və bronxlar

2

26

Ağciyərlər və plevra. Orta divar. Ağciyərlər və plevranın topoqrafiyası

2

27

Sidik orqanları. Böyrəklərin quruluşu və topoqrafiyası. Sidik axarları. Sidik kisəsi, sidik kanalı

2

28

Kişi və qadın cinsiyyət orqanları

2

29

Daxili sekresiya vəziləri

2

30

Daxili orqanlardan məqbul qəbulu

4

31

Onurğa beyni, qişaları, onurğa beyni sinirlərinin əmələ gəlməsi

2

32

Baş beyni, hissələri, qişaları. Beyin əsasında kəllə sinirlərinin topoqrafiyası

2

33

Uc beyin, törəmələri. Beyin yarımkürələrinin quruluşu. Qoxu beyni, yan mədəciklər, döyənək cisim. Qabıqaltı nüvələr

2

34

Ara beyin və III mədəcik

2

35

Orta beyin və orta beyin su kəməri. Rombabənzər beyin boğazı

2

36

Arxa beyin. Beyincik. Uzunsov beyin, IV mədəcik, rombabənzər çuxur

2

37

Mərkəzi sinir sistemindən preparat qəbulu

4

38

Duyğu orqanları haqqında məlumat. Görmə orqanı. II cüt kəllə siniri. Görmə analizatorunun aparıcı yolu

2

39

Gözün əlavə aparatı. III, IV, VI cüt kəllə sinirləri

2

40

Dəhliz – ilbiz orqanı. VIII cüt kəllə siniri. Eşitmə və müvazinət analizatorlarının aparıcı yolları

2

41

Qoxu və dad orqanları. I, VII və IX cüt kəllə sinirləri. Qoxu və dad analizatorlarının aparıcı yolları

2

42

Dəri və onun törəmələri. V cüt kəllə siniri

2

43

X, XI, XII cüt sinirlər

2

44

Ürəyin quruluşu və topoqrafiyası, damarları, sinirləri

2

45

Duyğu orqanları, 12 cüt kəllə sinirləri və ürək preparatlarının qəbulu

2

46

Qan dövranları. Böyük qan dövranı, aortanın hissələri. Qalxan aorta, aorta qövsü və onun şaxələri

4

47

Ümumi xarici və daxili yuxu arteriyaları. Beyinin qanla təchizi. Dişlərin qanla təchizi xüsusiyyətləri

2

48

Başın və boyunun venoz damarları. Daxili, xarici və ön vidaci venalar

4

49

Yuxarı ətrafın arteriya və venaları

2

50

Boyun və bazu kələfləri, onların innervasiya zonaları

2

51

Enən aortanın döş hissəsi. Döş sinirləri

2

52

Yuxarı boş vena sistemi və onun əmələ gəlməsi

2

53

Qarın aortasının parietal və visseral şaxələri

2

54

Çanağın arteriya və venaları

2

55

Aşağı ətrafın arteriya və venaları

3

56

Aşağı boş vena və qapı venası. Əmələ gəlməsi və şaxələri

4

57

Bel kələfi

4

58

Oma kələfi

2

59

Limfa sistemi

4

60

Vegetativ sinir sistemi

5




Cəmi

140



Stomotologiya fakültəsinin I kurs tələbələri üçün

Histologiya, embriologiya və sitologiya” fənnindən mühazirələrin



MÖVZU PLANI





Mövzular

Saat

1

Sitologiya-ümumibiologiya və tibbi təlim kimi. Hüceyrə nəzəriyyəsi: formalaşma mərhələləri, əsas müddəaları, biologiya və təbabətdə əhəmiyyəti. Əsas hüceyrə kompartmentləri. Hüceyrə zarının quruluşu və vəzifələri. Kortikal sitoplazma və sitosklet elementləri. Hüceyrənin hərəkət mexanizmi. Hüceyrə mərkəzi. Mitoxondri.

2

2

Endoplazmatik şəbəkə. Holci kompleksi. Endosomlar. Lizosomlar və Lizosom “toplanma” xəstəlikləri. Hüceyrə nüvəsi. Xromatinin quruluşu. Nüvəcik. Hüceyrə və mitoxondiral genomlar və genlərin ekspressiyası haqqında qısa məlumat. Hüceyrə tsikli və hüceyrənin bölünmə tipləri. Hüceyrənin qocalması və ölümü. Klinik sitologiya haqqında anlayış.

2

3

Embriologiya “bioloji inkişafın” bir hissəsi kimi. Progenez, insanın cinsi hüceyrələri. İnsanın prenatal ontogenizinin əsas mərhələləri. Mayalanma. Ziqota. Potentlik. İnduksiya. Morulyasiya, insanda morula. Blastulyasiya, insanda blastula. Qastrulyasiya. Rüşyemin implantasiyası. Ox orqanları. Rüşyem vərəqlərinin və ox orqanlarının sonrakı differensiasiyası. 2-4 həftəlik insan rüşyemi.

2

4

Embrional orqanogenezin səciyyəsi. 5, 6, 7, 8, həftəlik insan rüşyemləri. Kritik dövrlər və embriotrop faktorlar haqqında anlayış. Histologiya ümumibioloji və tibbi təlim kimi. Toxumalar-tərif, təsnifatı. Epitel toxumaları: histogenez, təsnifatı, morfo-funksionalsəciyyəsi. Örtük epiteli. Sekretor epitel. Sekresiyanın mexanizmi və mərhələləri.

2

5

Mezenxim, onun differensiasiyası. Qan. Birləşdirici toxumanın hüceyrəvi və qeyri-hüceyrəvi elementlərinin quruluş xüsusiyyətləri, təsnifatı və histogenezi. Əsil birləşdirici toxuma, xüsusi xassəli birləşdirici toxumalar, skelet toxumaları.

2

6

Yığılma xüsusiyyətli hüceyrə və toxumalar: təsnifatı. Neyromuskulyar toxuma. Saya əzələ toxuması: histogenez, innervasiyası, vaskulyarizasiyası. Eninəzolaqlı əzələ toxuması: genezi, morfo-səciyyəsi, innervasiyası və vaskulyarizasiyası. Ürək-əzələ toxuması haqqında qısa məlumat. Əzələ toxumalarının böyüməsi və regenerasiyası.

2

7

Sinir toxuması: histogenizi, quruluş-funksiya xüsusiyyətləri Neyrositlər. Qilositlər. Sinir lifləri. Sinir impulusunun yaranma və saltator tipli ötürmələr. Sinir toxuması haqqında müasir təsəvvürlər. Sinir sistemi: inkişaf, ümumi quruluş-funksiya səciyyəsi. Onurğa beyni. Beyin kötüyü. Beyincik. Böyük beyin yarımkürələri. Modul haqqında müasir təsəvvürlər. Vegetativ sinir sistemi. Hemato-ensefalik baryer.

2

8.

Duyğu üzvləri. Analizatorlar haqqında anlayış. Əsas analizatorlar. Qoxu üzvü və analizatoru. Görmə üzvü və analizatoru. Tor qişanın histofiziologiyası. Görmə resepsiyası. Sensoepitelial duyğu üzvləri: eşitmə, müvazinət. Dad üzvü və analizatoru. Təmas hissiyyatının histofiziologiyası. Reseptor hüceyrələrin yeniləşməsi və bərpası xüsusiyyətləri. Yaş dəyişiklikləri

2

9.

Humoral tənzim haqqında anlayış. Sekresiya prosesinin histofiziologiyası. Endokriniya, parakriniya, autokriniya. Endokrin vəzilər sistemi: ümumi quruluş-funksiya səciyyəsi, inkişafı. Epifiz. Hipotalamus. Hipofiz. Periferik endokrin vəzilər. Diffuz endokrin sistem. Yaş xüsusiyyətləri.

2

10

Ürək-damar sistemi: inkişafı, ümumi quruluş-funksiya planı. Hemodinamik şərait və damar divarı quruluşu arasında qarşılıqlı əlaqələr. Ürək. Arteriyalar. Mikrosirkulyasiya şəbəkəsi. Kapillyarlar. Venoz şəbəkə. Anastomozlar. Ürək-damar sistemi fəaliyyətinin sinir-humoral tənzimi. Yaş dəyişiklikləri. Regenerasiya xüsusiyyətləri

2

11

Qanyaranma: embrional və postembrional, qısa səciyyəsi. Qanyaradıcı üzvlər. İmmunitet, immun müdafiə reaksiyaları. İmmunositlər: təsnifatı, morfo-funksional səciyyəsi. İmmunoqlobulinlər və plazmatik hüceyrələr. Makrofaqlar sistemi. Qanyaranma və immun müdafiə sistemi üzvləri arasındakı funksional əlaqələr, T- və B-zonalar. Yaş dəyişiklikləri. Regenerasiya və involyusiya xüsusiyyətləri. Timiko-limfatik status haqqında anlayış

2

12

Dəri örtükləri sistemi: inkişafı, tərkib hissələri, funksiyaları. Dəri. Dəri törəmələri: tüklər, dırnaqlar, piy və tər vəziləri. İnnervasiya, vaskulyarizasiya, yaş xüsusiyyətləri. Tənəffüs sistemi: inkişafı, tərkib hissələri, quruluş-funksiya səciyyəsi. Respirator şöbə. Hava-qan səddi (aero-hematik baryer). İnnervasiya, vaskulyarizasiya, yaş xüsusiyyətləri.

2

13

Həzm sistemi: inkişaf məmbələri, ümumi quruluş planı. Həzm borususnun ümumi quruluş funksiya səciyyəsi. Ağız boşluğu üzvləri. Limfo-epitelial halqa. Qida borusu. Mədə. Bağırsaqlar. Bağırsaqlarda həzm prosesinin histofiziologiyası. Qaraciyər: inkişafı, quruluşu haqqında müasir təsəvvürlər, funksiyaları, qanla təchizatı. Mədəaltı vəzi. «Qastro-pankreatik sistem» haqqında anlayış.

2

14

İfrazat sistemi (böyrəklər, sidik cixarıcı yollar): morfo-funksionla səciyyəsi. embrional inkişafının mənbələri və gedişatı, quruluşu, hormonal tənzimlənməsi, regenerasiya xüsusiyyətləri, yaş dəyişiklikləri. Sidik əmələ gəlmə prosesinin morfo-funksional əsasları.

2

15

Cinsiyyət sistemi: morfo-funksional səciyyəsi, inkişafı. cinsi differensasiya amilləri. Kişi və qadın cinsiyyət orqanlarının quruluşu, generativ və endokrin funksiyaları. Yaş dəyişiklikləri, vaskulyarsiya, innervasiya.

2




Cəmi

30



Stomatologiya fakültəsinin I kurs tələbələri üçün

Histologiya, embriologiya və sitologiya” fənnindən təcrübi məşğələlərin



MÖVZU PLANI



Mövzular

Saat

1.

Histoloji texnika. Mikroskoplar, tədqiqat üsulları. Eukariot hüceyrələrin ümumi morfologiyası, formaları, ölçüləri. Hüceyrə kompartmentləri.

2

2.

Hüceyrə zarı haqqında ümumi məlumat. Hüceyrə zarının kimyəvi tərkibi və ultrastrukturu. Seçici keçiricilik.

2

3.

Endositoz. Ekzositoz. Hüceyrə zarının reseptor funksiyası.

2

4.

Hüceyrə mərkəzi. Mitoxondri. Ribosom. Endoplazmatik şəbəkə.

2

5.

Holci aparatı. Endosom. Lizosom. Proteasom. Peroksisom. Əlavələr.

2

6.

Nüvə. Nüvə örtüyü. Nukleoplazma. Xromatin. Nüvəcik. Metafaza xromosomunun quruluşu.

2

7.

Hüceyrə tsikli. Mitoz. Amitoz.




8.

I diaqnostikum (sitologiya üzrə).

2

9.

Progenez. Cinsi hüceyrələr. Meyoz.

2

10.

Mayalanma. İmplantasiya. Ziqotanın bölünməsi.

2

11.

Blastula. Qastrula.

2

12.

Rüşyemin ox orqanlarının formalaşması. Rüşyemxarici orqanlar.

2

13.

II diaqnostikum (embriologiya üzrə).

2

14.

Birqatlı epitel. Çoxqatlı epitel. Vəzi epiteli.

2

15.

Mezenxim. Qan. Limfa.

2

16.

Kövşək lifli formalaşmamış birləşdirici toxuma. Sıx lifli birləşdirici toxuma.

2

17.

Spesifik xassəli birləşdirici toxuma.

2

18.

Qığırdaq toxuması. Xondrogenez.

2

19.

Sümük toxuması. Osteohistogenez.

2

20.

Əzələ toxumaları.

2

21.

Sinit toxuması. Neyrositlər. Qliositlər.

2

22.

Sinir lifləri. Sinir ucları. Sinapslar.

2

23.

III diaqnostikum (ümimi histologiya üzrə).

2

24

Onurğa beyni. Onurğa beyni düyünü. Beyincik. Baş beyin yarımkürələri qabığı.

2

25

Duyğu üzvləri. Görmə üzvü. Qoxu üzvü. Eşitmə və müvazinət üzvləri. Dad üzvü.

2

26

Endokrin sistem üzvləri.

2

27

Arteriyalar. Mikrosirkulyator yataq damarları. Venalar. Ürək.

2

28

Qırmızı sümük iliyi. Timus. Limfa düyünü. Dalaq.

2

29

IV diaqnostikum

2

30

Dəri. Dəri törəmələri. Traxeya. Ağciyərlər.

2

31

Dodaqlar. Dil. Böyuk ağız suyu vəziləri. Dişlərin inkişafı və quruluşu.

2

32

Qida borusu. Mədə. Nazik bağırsaq. Yoğun bağırsaq. Appendiks.




33

Qaraciyər. Mədəaltı vəzi.

2

34

V diaqnostikum

2

35.

Böyrəklər. Sidik axarları. Sidik kisəsi.

2

36.

Toxumluq. Toxumluq artımı. Prostat vəzi.

2

37

Yumurtalıqlar. Uşaqlıq. Süd vəziləri. Cift.

2

38

VI diaqnostikum

2




Cəmi

76



Stomatologiya fakültəsinin I kurs tələbələri üçün

Latın dili” fənni üzrə təcrübi məşğələlərin



MÖVZU PLANI





Mövzular

Saat

1.

Kursa giriş. Latın əlifbası. Fоnеtika.

Fоnеtika. Hеcanın uzunluğu. Vurğu



2

2


2.

Fеl. Ümumi məlumat.

Fеlin indiki zamanı. Məlum və məchul növü. Fеlin əmr və lazım fоrması. «еssе» və «fiеri» fеli.



4
2

3.

Isim haqqında ümumi məlumat.

Isimin I hallanması. «е» ilə bitən yunan mənşəli isimlər.

I hallanmaya aid qadın cinsli tеrminеlеmеntlər.


4

2


4.

Isimin II hallanması.Kişi cinsi.Lеksika.Çalışma

Isimin II hallanması.Оrta cins.Lеksika. Çalışma



2

2


5.

Sifət haqqında ümumi məlumat.Çalışma.

Sifətin I və II hallanması. Çalışma.

Kеçmiş zaman fеli sifətlər.


2
4

6.

İsmin III hallanması. Ümumi məlumat

Kişi cinsli isimlər. Çalışma. Lеksika.



2

4


7.

Qadın cinsli isimlər. Çalışma. Lеksika.

Оrta cinsli isimlər. Çalışma. Lеksika.



2

2


8.

2 qrup sifətlər.

Indiki zaman fеli sifətlər.



2

4


9,

Sifətin dərəcələri. Çalışma.

Söz önləri. Bağlayıçılar.



2

2


10.

Zərflər.Əvəzliklər.Saylar.

Ismin IV-V hallanması.



2

4


11.

Isimlə sifətin uzlaşmasına aid çalışma.

Kimya nоmеnklaturası.



2

2


12.

Rеsеpt. Rеsеptin quruluşu.

Rеsеptdə işlənən qısa ifadələr.



2

2


13.

Rеsеptin yazılması. Çalışmalar.

Rеsеptin yazılması. Çalışmalar.



2

2


14.

Rеsеptin yazılması. Çalışmalar.

Klinik tеrminоlоgiya.



2

2


15.

Klinik tеrminоlоgiyaya aid çalışma.

15 həftəlik yеkun məşgələ.



2

2





Cəmi

74

Stomotologiya fakültəsinin I kurs tələbələri üçün

Normal fiziologiya-I” fənnindən yaz semestri üzrə mühazirələrin



MÖVZU PLANI


N

Mövzular

Saat

1.

Fiziologiyanın inkişaf tarixi və tədqiqat üsulları haqqında qısa məlumat. Canlı orqanizmin xüsusiyyətləri. Oyanıcılıq, oyanıcılığın meyarları. Sükunət və fəaliyyət potensialı. Bioelektrik hadisələri. Qıcıqlanma və oyanma qanunları. Orqanizmin quruluşunun ümumi fizioloji prinsipləri: korrelyasiya, tənzim, reflektor reaksiya, özünütəşkil, özünütənzim, funksional sistem.

4

2.

Əzələlərin morfofizioloji xüsusiyyətləri. Təqəllüsün mexanizmi. Əzələ təqəllüsünün tipləri, əzələnin tək təqəllüsü, əzələ tetanusu. Əzələnin işi, gücü, yorulması. Saya əzələlərin morfofizioloji xüsusiyyətləri.

4

3.

Mielinli və mielinsiz sinir liflərində oyanmanın nəqlolunma xüsusiyyətləri. Fəaliyyət potensialının tərkib hissələri və sinir liflərinin təsnifatı. Oyanmanın nəql olunma qanunları. Parabioz. Sinapsların fiziologiyası, ümumi xüsusiyyətləri. Saya əzələlərdə oyanmanın sinirdən əzələyə ötürülmə xüsusiyyətləri. Pessimal ləngimə.

4

4.

Neyron fiziologiyası. MSS-də oyanmanın yayılma xüsusiyyətləri. MSS-də tormozlanma prosesləri (Seçenov ləngiməsi, presinaptik, postsinaptik, resiprok, lateral). MSS funksiyalarının tədqiqat üsulları. EEQ-nin krosskorrelyasiya üsulu ilə təhlili. Onurğa beyninin fiziologiyası. Spinal şok. Uzunsov və orta beyin. Deserebrasion qıclıq.

4

5.

Retikulyar formasiyanın fiziologiyası. Beyinciyin fiziologiyası. Hipotalamusun və talamusun funksiyuaları. Baş beyin limbik və striar törəmələrinin fiziologiyası. Böyük yarımkürələr qabığının funksiyaları. Baş beyinin funksiyasının kimyəvi inteqrasiyası. Baş beyin limbik və striar törəmələrinin fiziologiyası. Böyük yarımkürələr qabığının funksiyaları. Vegetativ sinir sisteminin morfo-fizioloji xüsusiyyətləri. Simpatik və parasimpatik şöbələrin funksional antoqonizmi.

4

6.

Ürək əzələsinin fizioloji xüsusiyyətləri. Urək tsikli. Ürəyiin avtomatiyası. Peysmeker potensialının ion mexanizmi. Işlək miokard hüceyrələrində elektrik potensialı. Ürək fəaliyyətinin neyro-humoral, reflektor tənzimi.Ürəyə toniki təsirlər. Elektrokardioqrafiya. Ürəyin yığılma fəaliyyətinin tədqiqat üsulları. Ürəyin səs təzahürləri-fonokardioqrafiya.

4

7.

Hemodinamikanın əsas qanunları. Qan təzyiqinin ölçülməsi, qan təzyiqinə təsir edən amillər. Orqanizmdə arterial təzyiqin normal metobolizm üçün optimal səviyyədə saxlayan funksional sistem. Arterial təzyiqin özünütənzim mexanizmi.Funksional sistemdə qan təzyiqini artıran və azaldan effektor sistemlərin inkişaf dinamikası. Regionar qan dövranı. Limfa dövranı. Məhəlli, kiçik və beyin qan dövranının xüsusiyyətləri. Koronar qan dövranı. “Kardiovizor-0,6c” cihazı vasitəsilə miokardın dispersiya indikatorunun qeydə alınması. Qan dövranının tənzimi. Arterial və venoz nəbz.

4




Cəmi

28



Stomotologiya fakültəsinin II kurs tələbələri üçün

Normal fiziologiya-II” fənnindən payız semestri üzrə mühazirələrin



MÖVZU PLANI


N

Mövzular

Saat

1

Tənəffüs. Nəfəsalma və nəfəsvermənin mexanizmi, plevra boşluğunda mənfi təzyiq. Tənəffüsün həcmləri. Orqanizmdə metabolizm üçün lazım olan qazların miqdarını optimal səviyyədə saxlayan funksional sistem. Qaz göstəricilərinin xemoreseptorları. Qazların qanla daşınması, qanın oksigen tutumu. Tənəffüs mərkəzi, tənəffüsün sinir-humoral tənzimi, tənəffüsün tənzimində beyin yarımkürələri qabığının rolu. Hipoksiya, müxtəlif atmosfer təzyiqində tənəffüs. Tənəffüsün funksional sisteminin timsalında funksiyaların kompensasiyası

4

2

Həzm. Qidalanmanın funksional sistemi. Aclıq və toxluğun sistem mexanizmləri. Endogen və ekzogen qidalanma . Sensor və metabolik toxluq. Mədə - bağırsaq traktının funksiyalarının öyrənilmə üsulları. Ağız boşluğunda həzm. Udma aktı. Mədədə həzm. Mədə sekresiyasının tədqiqat üsulları. Mədə şirəsinin tərkibi və ifrazı fazaları, mədə sekresiyasının ləngimə mexanizmi. Qidanın mədədən 12 barmaq bağırsağa keçmə mexanizmi. 12 barmaq bağırsaqda həzm. Mədəaltı vəz şirəsi, tərkibi və tənzimi. Qaraciyərin funksiyaları. Öd , tərkibi, tənzimi. Nazik və yoğun bağırsaqlarda həzm. Sorulmanın mexanizmi. Defekasiya aktını tənzim edən funksional sistem.

Maddələr və enerji mübadiləsi orqanizmin həyati proseslərinin əsası kimi, biokalorimetriya, energetik balans, tənəffüs əmsalı və əsas mübadilə

4

3

İfrağat. İfrağat funksional sisteminin subsistemləri. Sidik yaranmanın funksional sistemi. Sidiyin əmələgəlmə mexanizmi: filtrasiya, reabsorbsiya, sekresiya. Sidiyin əmələgəlməsinin funksional sistemi. Böyrək fəaliyyətinin funksional qiymətləndirmə üsulları. Böyrək qan axınının özünütənzimi. Böyrəklərin müxtəlif funksional sistemlərdə iştirakı. Sidik ixracının mexanizmi. Sidiyin tərkibi, miqdarı. Süni böyrək.

Temperaturun fiziki –kimyəvi tənzimi. Hipo və hipertermiyanın fizioloji əsasları. Bədən temperaturunu sabit saxlayan sistem

4

4

Hormonlar. Ümumi funksiyaları. Hormonların yaranması və təsir dinamkası. Hormonların hədəf hüceyrələrlə qarşılıqlı təsiri . Hipofizin hormonal funksiaları. Qalxanabənzər və qalxanabənzər ətraf vəzlərin funksiyaları. Böyrəküstü vəzin beyin və qabıq maddələrinin hormonları. Mədəaltı vəzin, cinsiyyət vəzlərinn, timus və epifizin hormonal funksiyaları. Toxuma mənşəli bioloji fəal maddələr. Orqanizmin funksional sistemlərində daxili sekresiya vəzlərinin rolu

4

5

Analizatorlar. Davranışın sistemli təşkilində analizatorların rolu.Taktil, vestibulyar (müvazinət), qoxu və dad analizatorları. Görmə resepsiyası, gözün optik sistemi, torlu qişanın quruluşu və funksiyası, yaxından və uzaqdan görmə. Elektroetinoqrafiya. Eşitmə analizatoru. Ağrı resepsiyası. Ağrının neyro-kimyəvi mexanizmi. Endogen antinosiseptiv sistem

4

6

Hərəkət. Hərəkətin tənzimində əks afferentasiya. Davranış aktlarının vegetativ və endokrin təminatı. Davranış aktlarının sistem arxitektonikası. Anadan gəlmə və qazanılmış davranışlar.

Ali sinir fəaliyyəti. Şərti və şərtsiz reflekslər. Beyin qabığında ləngimə. Afferent sintez, qərarın qəbulu, fəaliyyətin nəticəsinin akseptoru, nəticənin qiymətləndirilməsi. Davranışın sistem təşkilinin tibbi akseptləri. Ali sinir fəaliyyətinin tipləri, eksperimental nevrozlar



4

7

Motivasiya. Motivasiyanın təsnifatı, nəzəriyyələr ,patoloji motivasiya.

Emosiya. Emosiyanın sistem mexanizmləri, fizioloji əsasları, emosiyalar haqqında nəzəriyyələr, emosional stress. Psixi fəaliyyətin arxitektonikası. Əqli fəaliyyətin dinamikası.

Yaddaş, növləri (qısa və uzun müddətli yaddaş) . Yaddaş enqramının formalaşması.

Yuxu. Yuxunun bioloji əhəmiyyəti, obyektiv əlamətləri, yuxunun neyrofizioloji əsasları, yuxunun mexanizmində bioloji fəal maddələrin rolu, yuxunun pozulması, yuxuya bənzər vəziyyətlər.

Tənasül funksiyaları: Ümumi xüsusiyyətləri. Cinsi hormonlar, qadın və kişi orqanizminin hormonal funksiyaları, yumurta hüceyrənin mayalanması.

4




Cəmi

28



Stomotologiya fakültəsinin I kurs tələbələri üçün

Normal fiziologiya-I” fənnindən yaz semestri üzrə təcrübi məşğələlərin



MÖVZU PLANI


N

Mövzular

Saat

1.

Giriş. Fizioloji tədqiqatların aparılmasına dair ümumi göstərişlər tədqiqat üsulları.

Fizioloji eksperimentlərdə istifadə olunan cihazlar və fizioloji məhlullar.



Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin