BÖLMƏ 5. ƏDƏBİYYAT
ТЕМА 37. İMADƏDDİN NƏSİMİ
Böyük Azərbaycan şairi İmadəddin Nəsimi ana dilində gözəl, incə mənalı şerlər qoşurdu. O, həyatı, insanları tərənnüm edirdi. İnsanın yaradıcılıq qüdrətinə inanırdı, onu müqəddəs sayırdı.
Nəsiminin çoxlu şagirdləri (müridləri) vardı. Onlar müəllimlərinin əqidəsinə sadiq qalır, müxtəlif məclislərdə bu barədə fərxlə danışır, onun şeirlərini əzbər deyərdilər...
Bir gün şagirdlərindən biri Hələbdə gözəl səslə ucadan Nəsiminin qəzəlini oxuyurdu. Qəzəlin hər sözü, sətri dinləyənləri heyrətləndirirdi. Ona görə də gəncdən soruşurlar:
Vəziyyətin təhlükəli olduğunu görən gənc deyir:
Onu tuturlar. Dar ağacından asılması üçün hökm verirlər. Ruhanilərin başçısı ölüm ərəfəsində gəncdən son dəfə soruşur:
Cavan oğlan, özünə yazığın gəlsin. Şeiri kim yazıb? De, canını qurtar. Səni azad edərik...
Gənc heç bir şey düşünmədən cavab verir:
Dedim ki, şeiri mən yazmışam. Şeir mənimdir.
Cəlladlar onun boğazını ipə keçirir. Bu zaman camaatı yara-yara bir adam yaxınlaşır.
Dayanın! Onun günahı yoxdur. Məni asın. Şeiri mən yazmışam. O, mənim xatirim üçün elə deyir.
Hamı bir-birinə dəyir, heyrətlə onu süzür. Gənci buraxıb onu tutur və dar ağacının altına gətirirlər. Ruhanilərin başçısı soruşur:
Kimsən, haradan gəlmisən?
Seyid İmadəddin Nəsimiyəm! Uzaq Şirvan şəhərindənəm. Şairəm...
Nəsimi?! Nəsimi?! Kafir, şeytan! Din düşməni! Axır ki əlimizə keçdin! Aparın onun dərisini dabanından soyun. Qoy bütün hürufilərə göz dağı çəkilsin.
Nəsiminin dərisi soyulur. O, çoxlu qan itirdiyindən rəngi saralır. Düşmənləri ona istehza edir.
Sən dünyada heç bir şeydən qorxmursan. Bəs rəngin niyə saralır?
Nəsimi cavab verir:
Mən əbədiyyət ütüqlərində doğulmuş eşq günəşiyəm. Günəş qürub edəndə saralır. ???
Nəsiminin ölümünə hökm verən ruhani deyir:
Bu elə məlundur ki, onun qanınndan bir damcı onun barmağına düşür. Ruhani bəhanə edərək sözündən dönür.
Nəsimi deyir:
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
(Əfqan Əsgərovdan)
Lüğət
dar ağacı – виселица
əqidə - убеждение
şeytan – сатана
müqəddəs – священный
istehza (etmək) – иронизировать
heyrətlə - с удивлением, с изумлением
əbədiyyət – вечность
ruhani – духовное лицо
qürub etmək – здесь: заход солнца
cəllad – палач
günah – вина, грех, проступок
daban – пятка
hürudi – хуруфит
təhlükəli – опасный
ərəfə - накануне
üfüq – горизонт
gerçək – настоящий
damcı – капля
sərpa- целиком
Tapşırıq 189. Mətni oxuyun , tərcümə edin və suallara cavab verin
- Qəzəli ucadan əzbər deyən kim idi?
- Nəsimi camaatı yara-yara irəliləyərək nə dəyir?
- Nəsiminin dedikləri necə qarşılanır?
- Nəsimi ölüm ayağında nə deyir?
Tapşırıq 190 Aşağıda verilən sinonimləri cumlələrdə işlədin.
təhlükəli – qorxulu
ərəfə - vaxt
eşq – məhəbbət
gözəl – qəşəng
dünya – cahan
gənc – cavan
görkəmli – məşhur
iri – böyük
uca – hündür
Tapşırıq 191. Mətnin birinci abzasından sifətləri seçib yazın.
Tapşırıq 192. Aşağıdakı ifadələri cümlələrdə işlədin.
Tərənnüm etmək, fəxrlə danışmaq, əzbər demək, son dəfə soruşmaq, boğazını ipə keçirmək, heyrətlə onu süzmək, hökm vermək, sözündən dönmək, kəsib atmaq, rəngi saralmaq, yaradıcılıq qüdrəti, müəllimlərinin əqidəsi, onun şeirləri, Nəsiminin qəzəli, ruhanilərin başçısı, onun günahı, dar ağacı, Nəsiminin dərisi, əbədiyyət üfüqləri, eşq günəşi.
Tapşırıq 193. Sözlərdən cümlələr qurun və yazın.
1. Böyük, Azərbaycan, şair, Nəsimi, şeir, yazmaq; 2. Hələb, Nəsimi, şagird, bir, qəzəl, oxumaq; 3. Ruhanilər, başçı, ölüm, ərəfəsi, gənc, soruşmaq; 4. Cəllad, ip, o, boğaz, keçirmək;.5. Ruhani, bəhanə edərək, sözündən dönmək.
Dostları ilə paylaş: |