DİAFRAQMA (iris/diaphragm) – Kamerada, eləcə də başqa cihaz, maşın, mexanizm və qurğularda, adətən, lövhə, yaxud arakəsmə şəklində olan hissə (gözlüklü və ya bütöv hissə). Ö l ç ü D.-sı, adətən, gözlüyü olan diskdir. Bəzi cihazlarda analoji detala membran deyilir. D. vasitəsilə işığa həssaslığı müəyyən etmək olur.
DİAFRAQMA SÜZGƏCİ (diafragm/light filter) – Videokamera və fotoaparatın obyektivinin içində yer alan işıq səviyyəsinə nəzarət edən kiçik qurğu. D.s. öndən düşən işığın lent üzərinə istənilən səviyyədə yazılmasını təmin edən sistemin tərkib hissəsidir.