ƏDƏBİ SSENARİ (literary script) – Gələcək ekran məhsulunun səs və görüntü həllini plastik dramaturji keçidlər, dialoqlar, montaj üsulları və digər ifadə vasitələrinin köməyi ilə verən xüsusi ədəbi əsər. Çəkiləcək ekran əsərinin tam dolğun təsəvvür edilməsi ssenaristin məharətindən və Ə.s.-nin mükəmməlliyindən çox asılıdır. Ekranda nələrin olacağı barədə sözlə aydın təsəvvür yaratmaq, dramaturji qanunlara və əyaniliyə əməl edərək əsas elementlərin, kadrların uyğunluğunu dəqiq göstərmək Ə.s. üçün əsas şərtdir.