Азярбайъан Енсиклопедийасы



Yüklə 2,68 Mb.
səhifə272/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   268   269   270   271   272   273   274   275   ...   809
İNTERVÜYER (interviewer) – TV və radioda müstəqil jurnalist ixtisaslarından biri. Adətən, aktual mövzularda müsahibələr aparmaq üçün ixtisaslaşmış TV jurnalistindən, konkret mövzu ilə bağlı qısa informativ müsahibələr aparan reportyordan fərqli olaraq İ. psixoloji məqamlara xüsusi diqqət yetirməyi və mövzunun dərinliklərinə nüfuz etməyi bacarır. Müsahibəyə hazırlaşmaq səviyyəsinə və onu gerçəkləşdirmək metodikasına görə İ. işinin xüsusiyyətləri reportyor işindən prinsipial şəkildə fərqlənir. İ.-in intellekti, erudisiyası və aparıcılıq qabiliyyəti portret-müsahibələrdə daha çox üzə çıxır. Bu mənada Urma Ott (Estoniya), Barbara Uolters (ABŞ – En-Bi-Si), Məmmədəli Bürənd (Türkiyə), Lari Kinq (ABŞ – Si-En-En) və b. klassik İ.-lər sayılırlar.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin