İNTELLEKTUAL APARICI (intellectual (highbrow) host) – Fakt və hadisələrə yanaşmasına, ağıl, düşüncə və təfəkkürünün ifadə tərzinə görə fərqlənən, bununla da tamaşaçının rəğbətini qazanan aparıcı.
İNTELLEKTUAL MÜLKİYYƏT (intellectual properties) – Yaradıcı təfəkkürün kitab, məqalə, bədii, elmi-publisistik, kinofilm, mahnı, kompüter proqramları, ssenari və digər formalarda maddi təzahürü olan əsərlər. Xüsusi olaraq müəllif hüququ ilə qorunur.
İNTELLEKTUAL PROQRAM (highbrow program) – Mədəni kütlə, yüksək savadlı adamlar üçün ciddi veriliş. İntellekt (highbrow) sözü «zəka əsilzadəsi», incə zövqlü insan kimi tərcümə oluna bilər. Bu anlayışın antonimi sadə, adi zövqlü adamlar üçün nəzərdə tutulan proqramdır.
İNTENSİV (intensive) – 1) Gərgin, güclü, qızğın. Məs.; İ. iş. 2) Daha böyük səmərə verən, daha məhsuldar. İ. üsul.