İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə1/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
  1   2   3   4   5   6   7   8   9   ...   35


Naxçıvan Müəllimlər İnstitutu

Riyaziyyat və tədrisi metodikası kafedrası

İXTİSAS: Məktəbəqədər təlim və tərbiyə

KURS: I

FƏNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası

MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov - dosent


MÜHAZİRƏ MƏTNLƏRİ

Mövzu 1. Məktəbəqədər yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası pedaqoji bir elm kim

Azərbaycanın ümumtəhsil məktəblərində hərtərəfli inkişaf etmiş şəxsiyyətlərin yetişdirilməsində riyaziyyat fənni olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə hələ bağça şəraitində uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılmasına xüsusi diqqət yetirilir. Deməli, sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası pedaqoji elmlər sisteminə daxildir. Bu fənnin özünün müstəqil elmi və tədris sahəsi olmaqla, tədqiqat predmeti – ictimai tərbiyə şəraitində bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması prosesinin əsas qanunauyğunluqlarını öyrənməkdən ibarətdir.

Bir tədris fənni kimi, sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının qarşısında aşağıdakı vəzifələr durur:

Bağçayaşlı uşaqların təliminə müvafiq olan faktik riyaziyyat materialının müəyyən edilməsi.

Seçilmiş materiala uyğun tədris proqramının tərtib edilməsi

Uşaqlarda miqdar, fəza, vaxt və digər riyazi təsəvvürlərin formalaşdırılmasına aid proqram tələblərinin müəyyən edilməsi və elmi surətdə əsaslandırılması.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması üçün effektiv didaktik vasitələr, metodlar və priyomların müəyyən edilməsi və praktikaya tətbiqi.

Məktəbəqədər müəssisələr üçün yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması işinin məzmununun müəyyən edilməsi.

Ailə şəraitində bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılmasına aid valideynlər üçün elmi əsaslar üzərində olan metodik göstərişlərin hazırlanması.

Bir pedaqoji elm kimi sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının metodoloji əsasını fəlsəfənin idrak nəzəriyyəsi və mühüm nəzəri müddəalar təşkil edir.

Uşaqlarda riyazi təsəvvürlərin formalaşması prossesi məşhur “canlı müşahidədən mücərrəd təfəkkürə - oradan da praktikaya – obyektiv varlığı dərk etmənin dialektik yolu belədir” – müddəasına əsaslanır.

Hazırda alim-pedaqoqlar tərəfindən bağça uşaqlarında sadə riyazi təsəvvürlərin formalaşdırılmasına dair elmi və praktik cəhətdən əsaslandırılmış metodiki sistem yaradılmışdır. Bu sistemin əsas elementlərini işin məqsədi, məzmunu, vasitələri və formaları təşkil edir. Bu elementlər bir-biri ilə sıx əlaqədardır. Çünki, təlim və inkişaf dialektik surətdə bir-biri ilə əlaqədardır.

Tarixi zərurət kimi, təlim mövcud inkişaf səviyyəsindən həmişə irəlidə olmalı, onu qabaqlamalıdır. Yəni təlim prossesində uşağın təkcə nəyi bacarmasına, nəyə qadir olmasına deyil onun valideynlərinin köməyilə daha nələri bacarması prespektivini də nəzərə almaq lazımdır.

Beləliklə, təlim inkişafın mənbəyi olmaqla, onu təmin edir və onun yolunu müəyyən edir.

“Bağça yaşlı uşaqların riyazi inkişafı dedikdə - sadə riyazi təsəvvürlərin formalaşdırılması prossesində və onlarla bağlı olan məntiqi əməliyyatlar nəticəsində uşaqların idrak fəaliyyətindəki irəliləyiş və dəyişikliklər başa düşülür”.

Sadə riyazi təsəvvürlərin formalaşdırılması dedikdə - proqram tələbləri əsasda biliklərin verilməsi və mənimsənilməsinin, əqli fəaliyyətin priyom və üsullarının məqsədyönlü və mütəşəkkil prossesi başa düşülür. Əsas məqsəd bağça uşaqlarını gələcək sistematik ümumtəhsilə hazırlamaqla yanaşı, onların hərtərəfli inkişafını təmin etməkdən ibarətdir.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin