İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə5/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   2   3   4   5   6   7   8   9   ...   35
İstifadə olunmuş ədəbiyyat

  1. Məktəbəqədər müəssisələrdə təlim və tərbiyə proqramı, Bakı, 1998.

  2. Həmidov S.S., Uşaqlarla sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası, Bakı, APİ, 1987.

  3. N.Rüstəmova, Z.Zeynalova, Uşaqlarda sadə riyazi təsəvvürlərin öyrədilməsi metodikası, Bakı, 1993.

  4. İ.Rüstəmov., A. Novruzov “Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası”, Naxçıvan. 2013

  5. Метлина Л.С. Математика в детском саду, М., «Прсвешение», 1984.


Mövzu 3. Məktəbəqədər müəssisələrdə riyaziyyat elementlərinin əhəmiyyəti

Yeni məktəb islahatı ibtidai siniflərin strukturu və məzmununda xeyli dəyişiklik etmişdir. Təbiidir ki, uşaq bağçalarında da sadə riyazi təsəvvürlərin formalaşdırılmasına dair bir sıra dəyişikliklər olmuşdur və bunlar uşaq bağçası ilə ibtidai məktəb arasındakı əlaqəni, varisliyi heç də inkar etmir, əksinə, daha da möhkəmləndirir.

Məktəbdə öyrənilən riyazi anlayışlar: natural ədəd, həndəsi fiqur, kəmiyyət və s. mücərrəd olsalar da, onlar real aləmdəki əşyalara xas olan əlaqə və münasibətləri, miqdar və fəza formalarını əks etdirir.

İstər bağçada, istərsə də məktəbdə və ümumiyyətlə təlim – “canlı müşahidədən- mücərrəd təfəkkürə - ondan da praktikaya” – sxemi üzrə həyata keçirilir. Çünki dərketmənin ilk mənbəyi hissi təxəyyüldür ki, təcrübə və müşahidə nəticəsində yaranır. Riyazi anlayışın məntiqi tərifi – bilavasitə dərketmənin hissi mərhələsi ilə əlaqədardır.

Əşyaların fəza formaları, miqdari münasibətləri haqqında təsəvvürlər zəngin olduqca, ümumiləşdirmə və mücərrədləşdirmə yolu ilə riyazi təsəvvürlərdən anlayışlara keçmək o qədər asan olur. Riyazi anlayışların müvəffəqiyyətlə öyrənilməsi uşaqların sensor inkişafı ilə və ya təxəyyülün inkişafı ilə sıx əlaqədardır.

Ümumiləşdirmə və mücərrədləşdirmə əməliyyatları aparmaq bacarığı bilavasitə praktika əsasında, yəni əşya və əşya qruplarının oxşar və fərqli əlamətlərinin, xassələrinin ayırd edilməsi prosesində inkişaf edir. Ona görə də uşaqlarda riyazi təsəvvürlərin formalaşdırılması – bağçada təlim-tərbiyə işinin ayrılmaz bir hissəsi olub, bütün qruplarda sistematik surətdə həyata keçirilir.

Uşaqlar çoxluq, ədəd, kəmiyyətlər, sadə həndəsi fiqurlar, fəzada istiqamətlər, əşyaların bir-birinə nəzərən vəziyyətlərinin müəyyən edilməsi, vaxt və müəyyən müddət (sutka, həftə, ay) haqqında sadə təsəvvürlər qazanırlar. Praktik olaraq, fəza formaları və miqdari münasibətləri ayırd edirlər (məsələn, sonlu çoxluqların elementlərini bilavasitə saymaqla, kəmiyyətləri bilavasitə ölçməklə konkret nəticələr əldə edilir).

Kəmiyyətlərin ölçülməsinin təlimi - ədəd anlayışını genişləndirməyə və dərinləşdirməyə imkan verir. Bu zaman ədəd ölçmənin nəticəsi və ya kəmiyyətin qiyməti kimi ortaya çıxır.

Uşaq bağçasında aşağıdakı riyazi terminlər verilir: bir sıra həndəsi fiqurların adları (dairə, kvadrat, kub, kürə), fiqurların elementləri (bucaq, tərəf), hesab əməlləri və münasibət (üstə gəlmə, çıxma, bərabərdir). “Miqdar”, “ədəd”, “fiqur” kimi sözlər orta yaş qruplarında işlədilir, lakin onların mənası tədricən uşaqlara aydınlaşdırılır.

Uşaqlarda toplama və çıxma əməlləri, “azdır”, “çoxdur”, “o qədərdir”, münasibətləri haqqında təsəvvrülər yaradıldıqdan sonra məsələ həll etməyə həvəs yaratmaq olar. Özü də məsələ əvvəlcə praktik zəmində, səhnələşdirilmiş şəkildə verilməlidir. İnduktiv və deduktiv təfəkkürlərin, ilkin vərdişlərinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Riyazi biliklər xırda hissələrə bölünür və müəyyən sistemlə, ardıcıl surətdə uşaqlara öyrədilir. Materialın uşağın yaşına və biliyinə müvafiqliyinə xüsusi diqqət verilir. Məsələn, proqramın hər bir yeni materialı 2-5 məşğələ ərzində ardıcıl öyrədilir. 2-3 həftədən sonra həmin materiallar təkrar edilir. Materialın təhrifsiz və müvəffəqiyyətlə təlimi tərbiyəçidən çox asılıdr. O, hər yaş qrupu proqramının məzmunu və quruluşunu bilməlidir.

Məşğələlərdə müşahidələrə xüsusi yer verilir. Uşaqlar qazandıqları bilik və vərdişləri öz fəaliyyətlərində tətbiq edirlər.

Bağçada sadə riyazi təsəvvürlərin verilməsi prosesində didaktik oyunlar və oyun – çalışmalardan geniş istifadə olunur. İstər məşğələ zamanı və istərsə də məşğələdənkənar didaktik və əyləncəli oyunlar şagirdlərin riyazi təsəvvürlərinin möhkəmləndirilməsinə və genişləndirilməsinə xidmət edir.

Uşaq bağçasında riyaziyyat təlimi prosesində fərdi yanaşma və təlimin diferensiyasından geniş istifadə olunur.

Riyaziyyatdan məşğələnin strukturuna, yeni material üzərində iş, keçmiş materialın təkrarı və işin bu qayda ilə növbələşməsi daxildir. Məşğələnin strukturu – proqram materialının həcmi, məzmunu və onların bir-birini nə dərəcədə tamamlaması, müvafiq bilik və vərdişlərin mənimsənilməsi və uşaqların yaş xüsusiyyətləri ilə müəyyən olunur.

Yeni materialın təlimi prosesində üç iş növü tətbiq olunur:

tərbiyəçi – müəllim materialı müvafiq şəkil və illüstrasiyalar vasitəsilə izah edir, əşyaların riyazi əlaqə və xassələrini aşkar edir, uşaqlar müəllimin hərəkətlərini müşahidə edir, onu dinləyir və suallara cavab verirlər;

bəzi uşaqlar müəllimin rəhbərliyi altında fərdi tapşırığı yerinə yetirirlər, qalanlar isə müşahidə edir, düzəlişlər aparır və suallara cavab verirlər;

uşaqlar müəllimdən aldıqları tapşırığı müstəqil yerinə yetirirlər.

Birinci məşğələdə hər üç iş növü tətbiq edilə bilər. Çünki, yeni materialın öyrənilməsinə çox vaxt sərf olunur.

İkinci məşğələdə yeni materiala əvvəlkindən az vaxt sərf olunur, qalan vaxt keçmiş materialın təkrarına sərf olunur. Uşaqların müstəqil işi (onlara paylanmış tapşırıqlar üzrə) sonrakı məşğələyə keçirilir və ona əvvəlki müstəqil işin yarısı qədər vaxt sərf edilir.

Kiçik və orta yaş qruplarında 1-2 mövzu üzərində iş aparılır, odur ki, məşğələlər 2-3 hissədən ibarət olur. Böyük yaş və məktəbə hazırlıq qruplarında 2-3 mövzu üzərində iş aparılır, ona görə məşğələlər 3-4 hissədən ibarət olunur.

Məşğələnin təşkili və keçirilməsi uşaqların fəallaşdırılması, əyani və didaktik materiallardan istifadə edilməsi pedaqoji-psixoloji tələblərə cavab verməlidir.

Müəllim məşğələyə hazırlaşarkən qrupdakı uşaqların yaş və bilik səviyyəsini, fərdi xüsusiyyətlərini nəzərə alır, qabaqcadan zəruri olan əyani vasitələri, didaktik və paylama materiallarını hazırlayır.

Müəllim elə təlim metodu və priyomlarını tətbiq etməlidir ki, onlar uşaqlarda təkcə sadə riyazi təsəvvürlərin formalaşdırılmasını deyil, həm də onların psixi funksiyalarının (qavrayış, yaddaş, təfəkkür, təxəyyül) inkişafını təmin etsin.
Bağça yaşlı uşaqların ilk riyazi hazırlığı, onların məktəbə hazırlanması işinin bir hissəsi olub, sadə riyazi təsəvvürlərin formalaşdırılması məqsədini daşıyır. Bu hazırlıq prosesi uşaq bağçasında aparılan təlim-tərbiyə işinin bütün istiqamətləri ilə əlaqədardır.

Bağça yaşlı uşaqların riyazi hazırlığı vəzifəsini həyata keçirmək üçün:



  • uşağın fərdi inkişaf xüsusiyyətləri, zehni inkişafı və bacarığı;

  • biliklərin mənimsənilməsində uşağın yaş xüsusiyyətləri və bununla əlaqədar bacarıq və vərdişlər;

uşaq bağçası ilə ibtidai məktəbin I sinfi arasında varislik nəzərə alınmalıdır.

Bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərinin formalaşdırılması prosesində təlim-tərbiyə və inkişafetdirici vəzifələr sıx və qarşılıqlı əlaqəli şəklində həyata keçirilir.

Bağça yaşlı uşaqların riyazi hazırlığını təmin etmək üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

Bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlər sisteminin formalaşdırılması.

Uşağın gələcək riyazi hazırlığı və inkişafı üçün onun riyazi təfəkkürünün tədricən formalaşdırılması.

Uşaqda sensor proseslərin və qabiliyyətin formalaşdırılması.

Uşağın riyazi söz ehtiyyatının artırılması və əlaqəli nitqinin təkmilləşdirilməsi.

Uşağın tədris fəaliyyətinin ilk ibtidai formalarının formalaşdırılması.

Bu vəzifələri müxtəsər surətdə nəzərdən keçirək.

Bağça yaşlı uşaqlarda formalaşdırılan ilk riyazi təsəvvürlərin məzmununa “çoxluq”, “münasibət”, “ədəd”, “kəmiyyət” kimi anlayışlar daxildir. Bu anlayışlar haqqında təsəvvürlər ilk növbədə əyani obrazlar əsasında yaradılır. Təlim prossesi sırf əyani induktiv yolla aparılmaqla, miqdar, fəza və vaxt haqqında təsəvvürlər tədricən genişləndirilir və dərinləşdirilir. Riyazi təsəvvürlərin formalaşdırılması uşaqların müəyyən ardıcıllıqla müvafiq hərəkətləri ilə (məsələn, qoymaq, götürmək, düzmək və s.) əlaqələndirilir.

Sadə riyazi təsəvvürlər və onlara müvafiq olan hərəkətlər bağça yaşlı uşaqların riyazi hazırlığının əsas tərkib hissəsinin təşkil edir. Çünki hissi təcrübə və həyati təsəvvürlər uşaqların biliklərə yiyələnmələrində mühüm rol oynayır.

Məlumdur ki, uşaqda hər hansı anlayışın formalaşması üçün müşahidə - təsəvvür-anlayış mərhələlərindən istifadə edilir.

Təsəvvürlə anlayışın fərqi ondan ibarətdir ki, anlayış obyektin mühüm olmayan əlamətlərini əks edir. Təsəvvürdə isə qavrayışla əlaqədar olaraq, obyektin həm mühüm və həm də mühüm olmayan əlamətləri əks olunur.

P.Y.Qalperin, L.F.Obuxovanın və başqalarının tədqiqatlarında müəyyənləşdirilmişdir ki, bağça yaşlı uşaqlarda riyazi təsəvvürlərin formalaşdırılması üçün xüsusi şərait lazımdır.

Sadə riyazi təsəvvürlərin formalaşdırılması prosesi əyani – obrazlı və əyani – hərəki təfəkkürünün inkişaf səviyyəsinə əsasən qurulur və başlıca məqsədi tədricən mücərrədləşməyə doğru getməkdən ibarətdir. Yəni konkret və empirik yolla əldə edilən biliklərdən ümumiləşməyə doğru getmək lazımdır. Sensor təcrübə nəticəsində formalaşan empirik biliklər bağça uşaqlarının əqli və riyazi inkişafı üçün zəruri şərtdir. Bununla da onun riyazi nitqi, söz ehtiyatı tədricən inkişaf edir. Belə ki, uşaq miqdari münasibətləri “çoxdur”, “azdır”, “o qədərdir”, “nə qədərdir”, “bərabərdir”, “böyükdür”, “kiçikdir” və s. sözləri ilə ifadə edir və bilavasitə əşyaları müqayisə etməklə, saymaqla bu sözlərin mənasını dərk edir.

Sözlər vasitəsilə miqdar, fəza və vaxt haqqında təsəvvürlər həm də ümumiləşdirilir.

Ayrı-ayrı riyazi terminlərin öyrənilməsi nəticəsində uşağın söz ehtiyatı artır və əlaqəli nitqi inkişaf edir. Beləliklə, riyazi təsəvvürlərin formalaşdırılması zamanı uşağın nitqi sensor və təfəkkür prosesləri ilə əlaqəli surətdə inkişaf edir. Təfəkkür isə- Aristotelin dediyi kimi, heyrətdən, təəccübdən başlanır.

Uşaq bağçasında sadə riyazi təsəvvürlərin formalaşdırılması uşaqları gələcək tədris fəaliyyətinə hazırlayır. O, tərbiyəçini dinləməyi, onun göstərişlərini yerinə yetirməyi, didaktik materiallardan istifadə etməyi və s. öyrənir. Bütün bunlar sinifdə, məşğələdə baş verdiyi üçün, uşaqda kollektivin üzvü kimi müsbət keyfiyyətlər əmələ gəlir.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin