İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent


Mövzu 5.Bağçanın hazırlıq qrupu və I sinfin riyaziyyat



Yüklə 89,5 Kb.
səhifə9/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   5   6   7   8   9   10   11   12   ...   35
Mövzu 5.Bağçanın hazırlıq qrupu və I sinfin riyaziyyat

proqramları arasında varisliyin təmin edilməsi

Birinci sinfin riyaziyyat proqramı elə qurulmuşdur ki, uşaqların bağçada qazandıqları sadə riyazi təsvvürlər, bacarıq və vərdişlər nəzərə alınır. Əsas məsələ bağçanın hazırlıq qrupu ilə ibtidai məktəbin I sinfi proqramları arasında ardıcıl keçidi (varislik) elə təmin etməkdən ibarətdir ki, yersiz təkrara, artıq vaxt itkisinə yol verilməsin. Təlim prosesində konsentrizmə əməl edilməlidir. Uşağın bağçada qazandığı bilik, bacarıq və vərdişlər genişləndirilir, dərinləşdirilir və inkişaf etdirilir.

I sinfin riyaziyyat proqramı şagirdlərə riyazi təfəkkürün əsaslarını formalaşmağa xidmət edir. Lakin həmin proqram əsasında duran vəzifə: təlim və tərbiyənin üzvü vəhdəti, biliklərin mənimsənilməsi, təhsilin nəzəri səviyyəsinin yüksəldilməsi və biliyin praktikada tətbiqi bacarığının formalaşması və bunun üçün zəruri vərdişlərin yaradılmasından ibarətdir.

Göründüyü kimi uşaq, bağçasının proqramı uşağın riyaziyyatı dərk etməsi üçün ilk pilləni təşkil edir.

Səksəninci və doxsanıncı illərdə aparılan məktəb islahatı ilə əlaqədar olaraq ibtidai siniflərin riyaziyyat kursunda təlimində özünü doğrultmayan cəbr elementlərinin azaldılması, mürəkkəb tənlik və bərabərsizliklərin proqramdan çıxarılması, ən sadə tənliklərin II-IV siniflərdə nəzərdən keçirilməsi, məsələ həllində hesab üsuluna üstünlük verilməsi, təlim əhəmiyyəti az olan çətin həndəsi çalışmaların ixtisar edilməsindən ibarət idi. Təcrübə göstərir ki, bu tədbir vaxtında götürülmüşdür və şagirdlərin yersiz yüklənməsi halı aradan qaldırılmışdır.

Hazırda I sinfin riyaziyyat proqramında əsas material hesab materialıdır. Həndəsi fiqurla tanışlıq, onların sadə xassələri və cüzi miqdarda cəbr elementlərinə də yer verilmişdir.

“Hazırlıq” mərhələsindən sonra “Onluq” I sinifdə öyrənilən birinci mövzudur. Bağçada uşaqlar on dairəsində ədədlərlə, onların yazılışı ilə, tərkibi ilə tanış olurlar. Lakin buna baxmayaraq I sinfin nömrələmə mərhələsində həmin məsələlər təkrar edilir və tədricən dərinləşdirilir. Ədədləri müqayisə etmək üçün “˃”, “˂”, “=” işarələrindən istifadə edirlər.

Burada 1-dən 10-a qədər natural ədədlərin xassələri, tərkibi öyrənilir. Bütün bu işlər təlimin toplama və çıxmaya hazırlıq məqsədini daşıyır.

Nömrələmə ilə toplama və çıxma arasındakı ardıcıl keçidin bu cür həyata keçirilməsi ilk hesab əməllərinin (toplama və çıxma) şüurlu mənimsənilməsini təmin edir.

Toplama əməlinin yerdəyişmə xassəsinin doğruluğu həm əyani vasitələrlə, həm də əşyaları müxtəlif şəkillərdə saymaqla göstərilir.

Hesab materialının təlimi prosesində bağçada qazanılmış biliklərin yada salınması və onlara istinad edilməsi şagirdlərin fəallığını və dərsin səmərəsini artırır.

Həndəsi elementlər hesabla qarşılıqlı əlaqədə öyrədilir. Xətkeşlə və santimetrlə tanış olduqdan sonra, müxtəlif əşyaların (dəftərin eni və uzunluğunu, qələmin uzunluğunu və s.) uzunluğunu xətkeşlə ölçməyi öyrənirlər. Bu işdə onların əvvəlki vərdişləri köməyə çatır. Çünki uşaqlar bağçada şərti ölçü vasitəsilə uzunluğu ölçməyi öyrənmişlər.

Hələ on dairəsində şagirdlər sadə hesab məsələsi ilə tanış olur, toplama və çıxmaya aid sadə məsələ tərtib etməyi öyrənirlər. Burada da bağça ilə məktəb arasındakı ardıcıl varislik təmin olunur. Müəllim şagirdlərin bağçada qazandıqları biliklərə istinad etməlidir.

Şagirdlər düzünə və dolayı sadə məsələlərin həllərini fərqləndirməyi bacarırlar.

I sinifdə şagirdlər düz xətt, düz xətt parçası, əyri xətt, düzbucaq, düzbucaqlı, kvadrat və onların xassələri ilə tanış olurlar. Hələ bağçada uşaqlar sadə həndəsi fiqurları fərqləndirməyi, adlandırmağı bacarırlar. Odur ki, I sinifdə verilən yeni biliklər yaxşı mənimsənilir.

Şagirdlərin kəmiyyətlərdən kütlə və onun vahidi (kq-la), tərəzi və tərəzidə çəkmə ilə tutum və onun vahidləri (litrlə, yarımlitrlə) tanış olurlar.

Tanışlıq əyani-praktik şəkildə və şagirdlərin bilavasitə iştirakı ilə aparılır.

“Yüzlük” mövzusu daxilində şagirdlər santimetr, desimetr və metrlə tanış olur və həmin ölçü vahidləri ilə ölçmə işi aparırlar.

Düz bucaq və düz olmayan bucaq anlayışları formalaşdırılır.

Yüz dairəsində nömrələmə, şifahi və yazılı toplama və çıxma öyrənilir. Şagirdlər 100 dairəsində hesab əməlləri xassələrinə əsaslanaraq, hesablama üsulları ilə tanış olurlar.

İndi bağça ilə I sinif arasında riyaziyyatdan varisliyin təmin edilməsi yolları və bu işdə müəllimin rolu üzərində bir qədər ətraflı dayanaq.

I sinifdə riyaziyyat təliminin hazırlıq mərhələsində müəllim şagirdlərin bağçada qazandıqları hesab biliklərinin səviyyəsini, ümumi konturunu, çatışmamazlıqları müəyyən edir. Kəmiyyətlərə və fəza təsəvvürlərinə aid qazandıqları bilik, bacarıq və vərdişləri yoxlayır, ümumi səviyyəsini müəyyənləşdirir.

Uşağın bağçadan aldığı riyazi hazırlığından I sinifdə səmərəli istifadə olunmalıdır.

I sinifdə hesab məsələsinin strukturu öyrənilərkən, bağçada buna aid qazanılmış biliklər xeyli kömək edir. Bağçada sadə məsələlər şifahi və səhnələşdirilmiş şəkildə həll edilir. I sinifdə həmin baza üzərində məsələ həlli genişləndirilir və dərinləşdirilir.

Beləliklə, bağçada uşaqların riyaziyyatdan qazandıqları bilik, bacarıq və vərdişlər ibtidai siniflərin riyaziyyat kursunun ilk pilləsi olub, onun müvəffəqiyyətlə mənimsənilməsində mühüm rol oynayır.

İndi birinci təlim ilinin sonunda şagirdlərin riyaziyyatdan malik olduqları bacarıq və vərdişlərin qısa məzmununu nəzərdən keçirək: sıfırdan 20-yə qədər ədədlərin yazılması və oxunması, toplama cədvəlinə aid biliklərin möhkəmləndirilməsində, cəmin və fərqin tapılmasında ondan istifadə edilməsi. Şagirdlərin öyrəndikləri hesablama üsullarından istifadə və tanış olduqları əməl xassələrini tətbiq etməklə 20 dairəsində toplama və çıxmanı düzgün yerinə yetirmək bacarığı. Toplama və çıxmaya aid sadə məsələlərin həlli. Dördbucaqlı, üçbucaq, düz xətt parçası və onun hissələrinin damalı kağızda çəkilməsi və onun uzunluğunun tam sayda santimetrlərlə ifadə edilməsi.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin