LABORATORİYA İŞİ №1
İşin adı: Cryptool proqramında Sezar şifrələmə üsulunun tətbiqi.
İşin məqsədi “Cryptool” proqramından istifadə etməklə məlumatları Sezar şifrəsi ilə şifrələməkdən və şifrələnmiş məlumatları tezlik analizi üsulu vasitəsilə deşifrələməkdən ibarətdir.
İşə hazırlıq
Təqdim olunan vəsaitdən, verilmiş ədəbiyyatlardan istifadə etməklə nəzəri hissəni öyrənməli və verilən tapşırıqları ardıcıllıqla icra etməli.
Tapşırıq
“Cryptool” proqramını kompüterə quraşdırmalı;
Şifrələnəcək məlumatı daxil etməli və şifrələmə əməliyyatını icra etməli;
Şifrələnmiş məlumatın kriptoanalizi üçün tezlik analizi üsulunu seçməli və məlumatı deşifrələməli.
Tələb olunan vasitələr
Nəzəri hissə
Sezar şifrələmə üsulu ən sadə və ən məşhur şifrələmə üsullarından biridir. Bu üsul Roma imperatoru Yuli Sezarın (Şəkil 1) adı ilə bağlıdır və o, eramızdan əvvəl 50-ci illərdə öz yazışmalarında tez-tez bu üsuldan istifadə etmişdir.
Şəkil 1. Yuli Sezar
Sezar şifrəsi keçid şifrəsi, sürüşdürmə şifrəsi, Sezar kodu, Sezar keçidi və digər adlarla da tanınır. Sezar şifrələmə üsulunda şifrələmə prosesi şifrələnəcək mətndəki hər bir simvolun açar qədər sürüşdürülməsi ilə həyata keçirilir. Şifrələnmiş mətnin açılması (deşifrələnməsi) hər bir simvolun açar qədər geriyə sürüşdürülməsi ilə baş verir.
Sezar şifrəsi üçün şifrələmə və deşifrələmə prosesləri aşağıdakı riyazi ifadələrlə təyin olunur:
(1)
(2)
ifadəsi şifrələmə, (2) ifadəsi isə deşifrələmə əməliyyatlarını ifadə edir. Burada c – açardır və c≤n şərtini ödəyir, n - əlifbadakı simvolların sayı, yəni əlifbanın gücü, a – şifrələnmiş mətnin simvolu, b – açıq mətnin simvolu, mod – qalıqdır.
Şifrələmə prosesinin həyata keçirilməsi üçün müxtəlif əlifbalardan istifadə olunur. Cədvəl 1-də ingilis əlifbası və onun simvollarının nömrələnməsi (cədvəldə nömrələmə 0-dan başlamışdır, lakin istifadəçinin seçimi ilə 1-dən də başlamaq olar) verilmişdir.
Cədvəl 1. İngilis əlifbası və simvolların nömrələnməsi
Dostları ilə paylaş: |