JURNALİST TƏHQİQATI (journalist investigation) – İctimai əhəmiyyət kəsb edən aktual mövzunun, hadisənin, yaxud vacib bir problemin əsas mahiyyətinin jurnalistikada soyuqqanlılıqla, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılması; şəraitin hərtərəfli təhqiq edilərək üzə çıxarılması; materialın ətraflı öyrənilməsi; «nəyə görə» və «niyə» suallarına cavab verən J.t. hadisələrin baş verdiyi situasiyanın soyuqqanlılıqla və dərindən araşdırılmasını, hər hansı qənaətə gəlmək üçün fakt və sənədlərin zərgər dəqiqliyi ilə öyrənilməsini tələb edir. Hər cür tələskənlik, impulsivlik və emosionallıqdan uzaq olan jurnalist araşdırma zamanı efirə dəvət etdiyi ekspertlərin müstəqil, qərəzsiz və nüfuz sahibi olmasına xüsusi diqqət yetirməlidir
JÜRİ (jury) – Teleoyunlarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə və s. qalibləri müəyyən etmək, mükafatlar və təltiflər vermək üçün təyin olunmuş, yaxud seçilmiş nüfuzlu mütəxəssislər qrupu.