“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə1/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN NƏZDİNDƏ 
SUMQAYIT DÖVLƏT TEXNİKİ KOLLECİ 

 
 
 
“Musiqi və onun tədrisi metodikası”
fənnindən mühazirələr 
Orta İxtisas Təhsil müəssisələrində 
fənnin tədrisi üçün nəzərdə tutulub 
Sumqayıt 2020 


Musiqi incəsənətin və estetik tərbiyyənin bir növü kimi
Respublikamızda yeni insanın hərtərəfli inkişafına şərait yaratmışdır. Yetişməkdə olan gənc 
nəslin şəxsiyyət kimi formalaşmasında estetik tərbiyənin çox böyük əhəmiyyəti vardır. 
Estetik fərbiyənin əsas məqsədi uşaqları incəsənətə onun növləri olan ədəbiyyat, təsviri ncəsənət, 
musiqi, teatr və s. bədii yaradıcılıqla tanış etməkdir.
Musiqi incəsənətin bir növü kimi estetik tərbiyənin əsas vasitələrindən biridir.
Hamıya məlumdur ki musiqi insanda müsbət hisslər doğurur. Bu hisslər həm insanın əqlinə, həm 
iradəsinə, həm də davranış rəftarına təsir edir,onun
mənəviyyatını saflaşdırır, eyni zamanda onlarda gözəllik duyğusunu gözəllikdən 
həzz
 
almaq qabiliyyətini inkişaf etdirib formalaşdırır. O, uşağın fiziki, əqli, əxlaqi tərbiyəsi 
sahəsində qarşıda duran vəzifələrin həyata keçirilməsinə kömək göstərir. 
Bizim doğma Vətənə insanlar arasındakı xoş və səmimi münasibətlər, xalqın 
xoşbəxtlik və səadəti üçün göstərilən cəhd bu cəmiyytin möhkəm ideya əsasını təşkil edir.
Respublikmızın Məktəbəqədər müəssisələrində musiqi məşğələlərinin təşkili üzrə aparılan işləri 
aşağıdakı şəkildə qruplaşdırmaq olar:
• Azərbaycan musiqisinin müxtəlif janrlarından olan nümunələri dinlənilərək onların mövzusu, 
emosional məzmunu, tempi, ritmi, dinamik çaları təntənəli, şən, sakit, qəmli, 
qəhrəmani əzmi, cəld, oynaq xarakteri aydınlaşdırılmalıdır.
• Musiqili ritmik hərəkətlərin ifası zamanı Azərbaycan xalq musiqisinin ritminə uyğun 
yerində addımlamağı, əl çalmağı, qaçmağı və müxtəlif rəqs elementlərini yerinə yetirməyi 
öyrətmək lazımdır.
Məktəbəqədər müəssisələrdə uşaqların musiqi tərbiyəsinin təşkilində Azərbaycan musiqisi 
müstəsna imkanlara malikdir. İncəsənətin başqa növləri kimi musiqi də
ətraf aləmi əks etdirir, insanlar və həyat barədə musiqi dili ilə söhbət açır. 
Azərbaycan musiqisi çoxəsrlik tarixə malikdir. Xalqımızın tarixi boyu 
sevdiyi mahnılar, rəqslər, onun həyatı, əməyi və məişəti ilə bağlı olmuşdur. Bu mənada, 
istər xalq musiqisi, istərsə də bəstəkarlar tərəfindən yaradılmış musiqi əsərləri Azərbaycan 
xalqının mənəvi sərvətinin qiymətli tərkib hissəsidir.
Milli musiqi nümunəbrində xalqın yüksək mənəviyyatı, onun arzu və istəkləri, ümidi, 
gələcəyə inamı, əhval-ruhiyyəsi tərnnüm edilir. Belə zəngin 
tərbiyəvi imkanlara malik olan Azərbaycan musiqisi sözsüz ki, məktəbəqədər 
yaşlı uşaqlarda gözəl hisslər yaradır, onlarda nəcib mənəvi keyfiyyətlər 
aşılayır,nəticə etibarı ilə uşaqlarda bədii zövqün təşəkkül tapıb formalaşmasına 
imkan verir. Məktəbəqədər yaşlı uşaqlar gerçəkliyin, bu və digər 
dərəcədə hadisələrin musiqi əsərlərində nеçə əks olunduğunu gördükdə onların gözəllik haqqında 
təsəvvürləri təkmilləşir.


Bu gün respublikamizda yüksək intellekt bacarığı, ünsiyyət və əməkdaşlıq qabiliyyəti 
olan, milli və bəşəri dəyərlərə yiyələnmiş, müstəqil fikir söyləməyi bacaran, hüquqlarını dərk 
edən və vətənpərvər vətəndaşların yetişdirilməsi təhsil sisteminin qarşısında əsas məqsəd 
kimi
 
qoyulmuşdur. Bu gün gənc nəslin hərtərəfli inkişafında və şəxsiyyət 
kimi formalaşmasında məktəbəqədər müəssisələrin üzərinə daha böyük məsuliyyət düşür. 
Gələcək cəmiyyətdə yaşayacaq vətəndaşların bir şəxsiyyət kimi formalaşmasının, hərtərəfli 
inkişafının əsası məktəbəqədər illərdə qoyulur. Bu illərdə uşağın hansı formada 
tərbiyə olunması, onun sonralar bir vətəndaş kimi formalaşmasını müəyyən edir. Məktəbəqədər 
müəssisələrdə təlim-tərbiyə işinin yaxşılaşdınlması, uşağm məktəbə hazırlanması baxımından 
xüsusi əhəmiyyət kəsb edir. Uşağın bir şəxsiyyət kimi hərtərəfli inkişaf etməsi üçün onun bədii-
estetik cəhətdən formalaşması, yüksək 
bədii zövqə və mədəni vərdişlərə yiyələnməsi əsas şərtlərdən biridir. Gənc 
nəslin tərbiyəsinə xidmət edən estetik tərbiyənin
 
qüvvətli təsir gücünə malik vasitələrindən 
biri də musiqidir. Bu mühüm məsələ ilə əlaqədar görülən işin əsas ağırlığı uşaq bağçalarının 
üzərinə düşür. Məktəbəqədər müəssisələrdə aparılan təlim-tərbiyə işlərinin səviyyəsinin 
yüksəldilməsi, xüsusilə musiqi məşğələlərinin keyfıyyətinin hər vasitə ilə təkmilləşdirilməsi bu 
gün qarşıda duran əsas vəzifələrdəndir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin