I körpələr qrupu (1-2 yaş) II körpələr qrupu (2-3 yaş) Orta qrup (3-4 yaş) Böyük qrup (4-5 yaş) Məktəbəhazırlıq qrupu (5-6 yaş); Hər bir mərhələdə uşaqların böyüklərlə və yaşıdları ilə qarşılıqlı fəaliyyətinin müxtəlif
formaları yaranır. Təlimin digər sahələri ilə birlikdə musiqi birgə fəaliyyətin müxtəlif növlərində
şəxsiyyətlərarası əlaqələr, ünsiyyət, böyüklərə hörmət, yaşıdlarına güzəşt, qarşılıqlı təsir və
qarşılıqlı anlaşmanı təmin edir, uşağın sosial şəxsiyyət kimi formalaşmasında əsas vasitəyə
çevrilir.
1-3 yaş dövrünün inkişaf xüsusiyyətləri –
I körpələr qrupu (1-2 yaş), II körpələr qrupu (2- 3 yaş) Son 20 il ərzində antropologiya, inkişaf psixologiyası, tibb elmi, sosiologiya və təhsil
sahəsində dünyada həyata keçirilmiş tədqiqatlar nəticəsində sübut olunub ki, erkən təlim- uşaq
anadan olandan başlayır. Uşağın intellektual inkişafı, şəxsiyyətinin formallaşması, ictimai
davranışının əsasları birbaşa məhz bu dövrdə inkişafından, aldığı tərbiyyə və təhsildən asılıdır.
Erkən dövr (1-3 yaşadək dövr) uşaq şəxsiyyətinin fiziki, psixi və sosial inkişafının ilkin
mərhələsidir.
Erkən dövrdə uşaqda musiqiyə qulaq asmaq, anlamaq, yadda saxlamaq qabiliyyəti musiqi ilə
sistem halında məşğul olmaq nəticəsində yaranır. Psixoloqların fikrincə uşağın estetik
tərbiyyəsinə ana bətnində olarkən başlamaq lazımdır.Hamilə qadın xoş emosiya yaradan şəraitdə
yaşamalı, xüsusən sakit, lirik əhvallı musiqiyə qulaq asmalıdır. Məlumdur ki, 10-12 günlük
körpə artıq səsə reaksiya verir, diqqətlə qulaq asır.4-5 ayda isə körpə artıq səs gələn istiqaməti
müəyyən edir, səsləri ayırır, səsin intonasiyasına uyğun olaraq hisslərini bildirir.
1 yaşında isə artıq eşitdiyi musiqini – mahnı və ya melodiyanı uğuldayaraq, qığıldayaraq
bacardığı tərzdə təqlid edir, əl çalır, ritmə uyğun sadə rəqs hərəkətləri edir. Musiqi uşağın
əhvalını dəyişdirə bilər. Şux musiqi körpəni sevindirir, lirik musiqi sakitləşdirir, faciəvi və ya
qorxunc musiqi isə ağlada bilər.Bunun nəzərə alaraq körpənin musiqili tərbiyyəsinə ilk
gunlərindən başlamaq lazımdır.