“Musiqi və onun tədrisi metodikası”



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə6/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

fəaliyyət növləri
müxtəlifdir.Erkən dövrdə (1-3 yaş) estetik tərbiyyənin yaranmasında fəal rol 
oynayan nağılın, şerin, şəkillərin qavranılmasında musiqi fəaliyyətinin rolu mühümdür.Hərəkəti 
fəallıqdan rəqsə, kollektiv yürüşə və s. üstünlük verilməsi məsləhətdir.
Məktəbəqədər təhsil dövründə (3 – 6 yaş) oyuna, kollektivdə ünsiyyətə üstünlük verilir. 3-6 
yaşlı uşaqlar uşaq şənliklərində fəal iştirak edirlər.
Məktəbəqədər təhsil müəssisələrində musiqi təlimində müxtəlif 
iş formalarından
istifadə 
olunur: Kollektiv, fərdi, qruplarla 
Məktəbə qədər tədris müəssələrində musiqi məşğələsini aparan məşğələ müəllimləri işləyir. 
Lakin hər bir tərbiyəçi müəllim musiqi təlimi həqqında anlayışı olmalıdır. 


Musiqi səsləri və onların fiziki xüsusiyyətləri
Səs fiziki hadisə olaraq elastik cisimlərin rəqsi hərəkəti nəticəsində əmələ gəlir. Səslər musiqi və 
qeyri-musiqi səslərinə bölünür.
Çalına və oxuna bilən səslərə musiqi səsləri deyilir – tarın, tütəyin səsi və s. 
Səslə oxunması, hər hansı bir alətdə çalınması mümkün olmayan səslərə qeyri-musiqi səsləri 
deyilir – küləyin səsi, addım səsləri
Musiqi səsləri qeyri-musiqi səslərindən 4 xüsusiyyətinə görə fərqlənir. 
1) 
Səsin yüksəkliyi
– elastik cismin yəni simin qalın və ya nazik , qısa və ya uzun olmasından, 
dartılma dərəcəsindən asılıdır. Sim nə qədər nazik, nə qədər qısa olsa, nə qədər cox dartılarsa,
səs bir o qədər yüksək olar.Əksinə qalın və uzun olsa, az dartılarsa, bir o qədər bəm olar. 
2) 
Səsin qüvvəsi – 
səs verən cismin amplitudasının nə qədər geniş olmasından asılıdır.Simə 
zərbə nə qədər güclü olarsa, amplituda genış olar, səs bir o qədər bərk çıxar. Əksinə, simə zərbə 
zəif olarsa, amplituda az olar, səs bir o qədər zəif olar. 
3) 
Səsin uzunluğu
– Simin titrəmə müddəti səsin uzunluğunu müəyyən edir. Səsin uzunluğu
bütöv, yarım, çərək və s. kimi müəyyən edilir. 
4) 
Tembr
– insan səsi və alətə xas olan səs boyasıdır. 
Səslərin yüksəslik baxımından ələqə sistemi musiqi quruluşu adlanır.7 əsas səs var – do, re, mi, 
fa, sol, lya, 
si (klaviaturada ağ pillə). Bu səslərin yarım və ya bir ton yüksəlməsi və ya bəmləşməsi 
nəticəsində törəmə pillə alınır ( klaviaturada qara pillələr)


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin