“Musiqi və onun tədrisi metodikası”


-6 yaş dövrünün inkişaf xüsusiyyətləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix16.10.2023
ölçüsü1,52 Mb.
#130376
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   66
Musiqi-və-onun-tədrisi-metodikası-fənnindən-mühazirələr

3-6 yaş dövrünün inkişaf xüsusiyyətləri
– Orta qrup (3-4 yaş), böyük qrup (4-5 yaş), 
məktəbəhazırlıq qrupu (5-6 yaş) 


3-6 yaş dövrü uşaqların inkişafında çox mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin 
hüceyrələrinin artması və onlar arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da
nəticəsində uşağın düşünmə, qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir 
istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri dəyişikliklər baş verir. Beyinin 
düzgün inkişafı şəraitində potensial dərketmə qabiliyyətlər artır. Əslində beyin o vaxt düzgün 
inkişaf edir ki, uşaq müsbət (özünü sevilən hiss edir) psixoloji və stimullaşdırıcı (uşağın ətrafında 
olan böyüklər: ana, Tərbiyəçi-müəllim-müəllim və b.) mühitdə böyüyür. 
3-4 yaşlı uşaqlar isə artıq sadə melodiyası olan mahnını oxuya bilir. Asanlıqla mahnıya 
uyğun rəqs edir. Ritmika üzərində iş bu yaşda ciddi aparılmalıdır. Mahnının, rəqsin ifasında 
müstəqilləyə, fantaziyaya nəzarət altında imkan verilməsi məsləhətdir. 
4 yaşında uşaqda bədii nümunələri praktik şəkildə mənimsəmə qabiliyyəti artır, şeirləri, 
nağılları dinləməyi xoşlayır, yaşıdlarının nitqini təqlid etməyə çalışır. Bu dövrdə uşaqda musiqini 
dinləməyə və qavramağa emosional həssaslıq artır. Musiqi əsərlərindəki ziddiyəti (şən, sakit) 
fərqləndirir, tanış nəğmələri adlandırır. Ucadan səslənən musiqi alətlərini tembrinə görə 
fərqləndirir. Səsini tərbiyəçi-müəllimin səsinə uyğunlaşdıraraq ucadan oxuyur. Onun psixi 
inkişafındakı nailiyyətlər, məqsədəuyğun hərəkətlərin mənumsənilməsi, təlimin xarakterində 
əsaslı dəyişikliklər üçün özəl şərait yaradır. Onda müstəqillik inkişaf edir. Buna baxmayaraq, 
onların həyatında böyüklərın rolu böyükdür 
5 yaş uşarlar üçün dünyanı fəht etmək, anlamaq dövrüdür.Niyə, nə üçün suallarına aldıqları 
cavablar vasitəsi ilə müşahidə etdikləri ətraf mühiti – dünyanı öyrənirlər.Məhz bu yaşda uşaqda 
vokalla bağlı eşitmə və yadda saxlama qabiliyyətini möhkəmlətmək lazımdır.Musiqi alətlərində 
çalmaq marağını da bu yaşda yaratmaq məsləhətdir. Gələcəkdə ifaçı kimi fəaliyyətin özülü 
artıq bu yaşda qoyulmalıdır.Beşyaşlıların həyatında qaydalı oyunlar tədricən daha çox yer 
tutmağa başlayır. Psixoloji baxımdan bunun xüsusi əhəmiyyəti var. Rollu oyunlarda uşağı nəticə 
deyil, proses maraqlandırır. Qaydalı oyunlarda isə nəticə başlıca məqsədə çevrilir. Bu 
xüsusiyyətlərinə görə, qaydalı oyunlar təlim fəalliyyətinin formalaşması üçün əlverişli şərait 
yaradır. Sujetli-rollu oyunlar beşyaşlının əsl fəalliyyət növü olmaqla onun həyatında əsaslı 
dəyişikliklər yaradır. Ətraf mühitdən alınmış təəssüratlar əsasında yaranan bu oyunların 
məzmunu tərbiyəvi işlərin təsiri ilə rəngarəng olur. Bir çox hallarda oyunların məzmununu 
uşaqların özləri müəyyənləşdirir və rolları bölüşdürürlər. Mütəhərrik oyunlar uşaqda özünü 
aparma, qaydaları, gözləmə bacarığını təkmilləşdirir. Belə oyunlar mahnı, rəqs, musiqi ilə 
müşaiyyət olunur. Bu yaşda mahnını təhrif etmədən oxumaq, ədəbi əsərin qəhramanına düzgün 
münasibət bəsləmək bacarığı yaranır. Melodiyanın ritmini, musiqi alətlərinin müxtəlif 
tembrlərini dərk etmək, mahnıları, şeiri yadda saxlamaq, ifadəli oxumaq bacarığını bu yaşda 
əldə edilir. 
6 yaş uşaq üçün məktəbə hazırlıq dövrüdür.Uşaqda tək musiqiyə, mahnıya qulaq asmaq deyil, 
bu musiqi ilə bağlı yaranan fikir və hissləri ifadə etmək bacarığını yaratmaq vacibdir – mahnının 
ifası rəqs və ya kiçik səhnəcik ilə müşaiyyət oluna bilər. Uşaqda ilk dəfə “mən”, “mən özüm” 
kimi şüurlu təzahürlər meydana çıxır. Uşaq daha hərəkətli və müstəqil olur. 


Məktəbəqədər təhsil müəssisələrində uşaq inkişafının yaş mərhələsinə uyğun təşkil edilən 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin