Dastani -Əhməd Hərami təhlili Bəğayət xub idi ol şahi-şəngül



Yüklə 12,72 Kb.
tarix01.01.2022
ölçüsü12,72 Kb.
#107247
Dastani Əhməd Hərami-1


Dastani –Əhməd Hərami təhlili

Bəğayət xub idi ol şahi-şəngül,

Yüzi gül, sözü bülbül, saçı sünbül.

Güləndam idi ol nigarın adı,

Şəkərdən şirin idi sözü dadı.

Utanır inci dişi danəsindən,

Sədəf ağzındakı dür danəsindən.

Gümüşdür, boyun büllurə bənzər,

İki cadu gözü səhharə bənzər.

Anın kimi kimsənə görməmişdi,

Anı görən nişanın verməmişdi.

Yanar idi şəmidanı ilində,

Yazardı xətt rəqəm tutmuş əlində

Divani xətt içində sehr edərdi,

O xətt içində “ya”nı “mehr” edərdi.

Çıraq şövqi qamu pəncərələrdən

Saçardı şöləsin hər arələrdən…

Leksik Təhlil



Bəğayət – Çoх

Xub-xoş gözəl

Şahi- şaha aid olan

Şəngül- gül sevincli şad olan çiçək

Danə-dənə

Nigar-gözəl sevgili

Sədəf-Bəzi balıqqulağıların iç qatını təşkil edən və müxtəlif bəzək şeyləri hazırlamaq üçün istifadə edilən, müxtəlif rənglərə çalan parlaq bərk maddə.

Büllur-şəffaf,parıltılı daş

Səhharə- cadugər, sehrlik; gözəlliyi ilə əfsunlayan.

Anı-xatirə,anı

Şəmdan-şam qoyulan xüsusi qab

Mehr-sevgi,məhəbbət

Qamu-hamı

Şövqi-arzulu istəkli

Şölə-alov parıltı işıltı,şəfəq

Dür- inci,mirvari

Ol-o

Alınma sözlər



Xub- (Fars sözü)

Şahi- (fars sözü)

Şölə- (ərəb sözü)

Sədəf(ərəb sözü)

Nigar(fars sözü)

Milli sözlər

Gül,Bülbül,Sünbül,saçı,şəkər, şirin

Misranın mənası

Çox gözəl idi o gül sevincli şad olan çiçək

Üzü gül sözü bülbül saçı sünbül

Güləndam idi o gözəlin adı

Şəkərdən şirin idi sözü dadı

Gümüşdür boynu şəffaf parıtılı daşa bənzər

İki gözü sehirli caduya bənzər

Fonetik Təhlil

Divani-divanı (i-ı əvəzlənməsi)

Şövqi-şövqü(i-ü əvəzlənməsi)

Şöləsin-şöləsini səs artımı {i} səsi

Yüzi-yüzü (i-ü) əvəzlənməsi



Bənzətmə

Yüzü gül, sözü bülbül, saçı sünbül, şəkərdən şirin idi sözü dadı, gümüşdür, boyun büllurə bənzər, iki cadu gözü səhharə bənzər və s. ümumi şəkildə qəhrəmanın gözəlliyi deyilir (bəğayət xub idi, anın kimi kimsənə görməmişdi, anı görən nişanın verməmişdi və s.)“Dastan”da müəyyən təsvirlərə də təsadüf olunur; məsələn, Bağdad sultanının qızı Güləndamın təsvirinə yer verilir.
Yüklə 12,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin