KADR ADDIMI (frame bar) – Kinofilmin uzunluğuna görə iki bitişik kadrın eyni nöqtələri arasındakı məsafə.
KADRARXASI MUSİQİ (off-screen music) – Filmin, bilavasitə təsvirlə bağlı olmayan musiqi müşayiəti. K.m.-nin səslənməsi kənar səbəblə bağlı deyil, ekranda göstərilənin emosional mahiyyətini parlaq və tam əks etdirmək üçün daxili tələbatdan doğur.
KADRBAKADR ÇƏKİLİŞ (frame by frame shooting) – Multiplikasiyaların, yazıların, hərəkətli (yüyrək) diaqramların və s. çəkilişi zamanı geniş istifadə olunan üsul. Bu cür çəkiliş ekranda hərəkəti tezləşdirməyə imkan verir. K.k.ç.-də hərəkət tempini və hər bir kadrda baş verən dəyişiklikləri müəyyənləşdirmək vacibdir.