Азярбайъан Енсиклопедийасы


KADRDA ÇIXIŞ (telescreen speech)



Yüklə 2,68 Mb.
səhifə304/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   300   301   302   303   304   305   306   307   ...   809
KADRDA ÇIXIŞ (telescreen speech) – İnsanın teleekran vasitəsilə kütləvi auditoriyaya üz tutması. K.ç. zamanı həmin insan əsas (çox vaxt yeganə) görüntü obyekti olur.

KADRDAXİLİ MONTAJ (interframe editing) – Hərəkətli kamera ilə çəkiliş K.m. effekti yaradır. Kadrın məzmununu tədricən dəyişməklə bir kadr çərçivəsində məkan-zaman fasiləsizliyini saxlamaq mümkündür. K.m. birbaşa TV verilişləri üçün səciyyəvidir.

KADRDAXİLİ MUSİQİ (musical illustration) – Filmin süjeti və süjetdə açıqlanan olaya qatılan şəxslərlə bağlı musiqi müşayiəti. Bu zaman iştirakçılar mahnı oxuya və ya hər hansı musiqini ifa edə bilərlər. K.m. hər hansı ekran əsərinin səs sırasını təcəssüm etdirir.

KADRIN ENİ (frame width) – Kinokadrın sol və sağ tərəfləri arasındakı məsafə.

KADRIN HÜNDÜRLÜYÜ (frame height) – Kinokadrın yuxarı və aşağı tərəfləri arasındakı məsafə.

KADRIN KOMPOZİSİYASI (picture composition) – Kadrın xətti quruluşunun xüsusiyyətlərinin, məkan, tonal və rəng koloriti cəhətdən həllinin, işıqlandırmanın, görünüş nöqtələrinin və rakurslarının rejissor həlli.

KADRLAR (personnel/staff) – Fəaliyyətin bu və ya digər sahəsində müəssisənin, şirkətin, yaradıcı qrupun əsas (ştat) işçi tərkibi.

KADRLARARASI KOMPRESSİYA (interframe compression) – Videosiqnal kompressiyası qaydası; bu üsulun tətbiqi zamanı təsvirin böyük bir hissəsi kadrdan-kadra dəyişməz qalır, kadr ardıcıllığının müqayisəli təhlili aparılır və kadrların özü barədə deyil, yalnız həmin kadrlardakı dəyişikliklər barədə informasiya göndərilir.

KADRLARIN «HANNİBALİZMİ» (film "hannibalism") – Çox ifadəli, parlaq, emosional, təsirli və cazibədar təsvirlərin tamaşaçını süjetin (xəbərin) əsas məzmunundan yayındırması; kadrdakı görüntünün mətnin məzmununu qavramaqdan yayındırması. Məs., küçədə dayanıb mitinqdən reportaj verən reportyorun fonunda döyülən mitinqçi daha çox yadda qalır, nəinki jurnalistin danışığı. Yaxud Əfqanıstan səmasında ABŞ-ın qırıcı təyyarələrinin uçuşunu göstərən kadrda hərbi texnikanın cazibəsi ölkədə müvəqqəti hökumətin təşkili barədə mətndən daha güclü təsir bağışlayır. Belə hallarda videosıra mətni üstələyir.

KADRLARIN VƏ ZOLAQLARIN TEZLİYİ (frame frequency/field frequency) – Kinoda və TV-də müəlliflərin (jurnalistlərin) lentdə təsvir edilən hadisələrin çəkiliş standartlarını müəyyənləşdirmək üçün işlətdiyi termin.

Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin