KİV-in MALİYYƏLƏŞDİRİLMƏSİ SİSTEMİ (media support system) – Müxtəlif ölkələrdə və müxtəlif şirkətlərdə tətbiq olunan maliyyələşdirmə sistemi. Məsələn, ABŞ-da KİV-in maliyyələşdirilməsinin 4 sistemi mövcuddur: auditoriya (məs., ödənişli KİV); reklam sifarişçiləri; reklam sifarişçiləri ilə auditoriyanın müştərək maliyyələşdirməsi; ictimai fondların və ayrı-ayrı şəxslərin maliyyələşdirməsi.
KLASSİK (classic) – 1) Elm, ədəbiyyat və incəsənət sahəsində ən məşhur və görkəmli şəxsiyyət; 2) İncəsənətdə klassizm tərəfdarı; 3) Klassik sənətkarın yaratdığı nümunəvi, birinci dərəcəli əsər.