Azərbaycan əlifbası
-
A
|
B
|
C
|
Ç
|
D
|
E
|
Ə
|
F
|
G
|
Ğ
|
H
|
X
|
I
|
İ
|
J
|
K
|
Q
|
L
|
M
|
N
|
O
|
Ö
|
P
|
R
|
S
|
Ş
|
T
|
U
|
Ü
|
V
|
Y
|
Z
|
|
|
|
|
Ən çox işlənən ixtisarların siyahısı
AM – amplitud modulyasiyası
APB – aparat-proqram bloku
ASK – aparat-studiya kompleksi
AV – audiovizual
AVD – audiovizual dil
AVL – audiovizual landşaft
AVN – audiovizual nitq
AVTS – avtomatik telesistem
DT – dinləyici-tamaşaçı
EE – ekran-efir
İA – informasiya azadlığı
İSM – informasiya supermagistralı
İYX – ictimai yayım xidməti
KİV – kütləvi informasiya vasitələri
KK – kütləvi kommunikasiya
KKV – kütləvi kommunikasiya vasitələri
KTV – kabel televiziyası
KVM – kaset videomaqnitofonu
MAİ – məlumatın avtomatik işlənməsi
MAO – mərkəzi aparat otağı
MİP – mərkəzi idarəetmə pultu
MMX – multimedia xidməti
PYS – peyk yayım sistemi
RD – radio tezlik
RTV – rəqəmli televiziya
RYT – rəngli yayım televiziyası
TM – tezlik modulyasiyası
TTV – tədris televiziyası
TV – televiziya
TVJ – televiziya jurnalistikası
TVR – televiziya-radio
TVS – televiziya studiyası
TVV – televiziya verilişi
TJK – telejurnalist komplekti
Vİ – vizual informasiya
A
|
ABAKSİAL (abaxial) – Linzanın optik oxundan müəyyən uzaqlıqda yerləşən paralel işıq şüası.
|
ABBREVİASİYA (abbreviation) – Çoxtərkibli termin, qısaltma və ad yaratmaq üçün istifadə edilən söz ixtisarı. Jurnalistlərin və kommunikasiya işçilərinin müasir terminoloji sözlüyündə həm yeni terminlər yaradılmasının çox məhsuldar qaydası, həm də qısaldılmış sözlərin toplanmasıdır. Məsələn, infoteynment A.-sı iki qısadılmış sözün birləşməsindən ibarətdir.
|
ABBREVİATURA (abbreviation/acronym) – Yazıda və danışıqda ixtisar, bir neçə sözün baş hərflərindən, yaxud iki və daha çox sözün müvafiq hissələrindən düzəldilən mürəkkəb qısaltma.
|
ABERRASİYA (aberration) – Optik sistemin və real obyektivlərin yaratdığı təsvir (görüntü) təhrifləri. Sistemin əsas əyilmə bucağına düşən geniş şüa dalğalarından istifadə zamanı optik sistemlərdə (kamera, mikroskop, fotoaparat və s.) təsvirlərin təhrif olunması. Əsas A.-lar iki yerə bölünür: monoxromatik və xromatik. Monoxromatik A. geniş, eləcə də dar oxdankənar monoxromatik işıq selindən istifadə zamanı üzə çıxır; xromatik A. isə təsvirin geniş spektrli dalğa uzunluqlu işıq seli vasitəsilə formalaşdırılması zamanı əmələ gəlir. İstənilən toplayıcı linza dürüst təsvir verdiyinə görə obyektivə çevrilsə də, adi linzadan obyektiv kimi istifadə etmək cəhdi keyfiyyətsiz təsvir alınmasına gətirib çıxarır: sahənin mərkəzi kifayət qədər aydın görünmür, kənarlarda isə tam tutqunluq yaranır, parlaq sahələrin sərhədlərində rəngli zolaqlar əmələ gəlir, təsvir sahəsinin kənarındakı düz xətlər əyilir. Ümumiyyətlə, təsvirin qurulması zamanı üç mühüm qayda gözlənilməlidir: a) işıq sistemə paraksial dəstələr şəklində daxil olur; b) dəstələr sistemin optik oxu ilə kiçik bucaqlar əmələ gətirir; v) dalğanın uzunluğundan asılı olmayaraq optik elementlərin sınma göstəricisi bütün şüalar üçün sabitdir.
Bu şərtlərin yerinə yetirilməməsi A.-nın yaranmasına səbəb olur, yəni bir nöqtədən çıxan şüalar linzadan keçdikdən sonra təhrifə, itkiyə məruz qalır və nəticədə yenidən bir nöqtədə cəmləşə bilmir.
|
|
Dostları ilə paylaş: |