ABONEMENT (subscription) – Peyk rabitəsi və kabellə yayımlanan telekanalların verilişlərinə müəyyən müddətə qədər və müəyyən məbləğin ödənişi müqabilində baxmaq hüququ verən sənəd.
ABONENT (subscriber) – Teleradio yayım xidmətlərindən istifadə edən, eləcə də xüsusi kanallarda yayımlanan verilişlərə baxmaq üçün abonementi olan hüquqi və ya fiziki şəxs.
ABONENT MƏNTƏQƏSİ (site)– Radiotexnika sahəsində – siqnalları idarəetmə mövqeyi, kompüter əməliyyatlarında – hesablama qurğusu, şəbəkədə – rabitə qovşağı, İnternetdə – hər hansı mövzuda fayllar toplusu.