LEYTMOTİV (leit-motif) – 1) Aparıcı motiv; filmdə, verilişdə dəfələrlə təkrar olunan əsas motiv (mövzu); 2) Bədii əsərin əsas mövzusu, kiminsə fəaliyyətində, hadisələrin axarında və s. əsas mövqe.
LEYTMOTİV MÜSAHİBƏ (burden interview/ leit-motif interview)– Konkret mövzu ətrafında aparılan müsahibə; həmsöhbətin (müsahibin) öz həyat tarixçəsini sərbəst formada, amma hadisələrin xronoloji ardıcıllığı ilə danışması. L.m. söhbətin təbii axarda inkişafına və jurnalistin səmimi mühit yaratmasına imkan verir. L.m. müsahibə alınan adamın ünsiyyətcilliyindən, danışmağa meylli olmasından daha səmərəli istifadə etmək üçün respondentə müəyyən mövzuya dərhal yanaşmaq üçün çox kömək edir.