MÜSTƏQİL MONTAJ SƏNƏTÇİSİ (independent editor) – Montaj texnikasını və montaj texnologiyasını dərindən bilməklə yanaşı, teleproqramın yekun variantını seçmək prosesində məsul qərar çıxarmaq səlahiyyəti olan şəxs. M.m.s.-nə qısa məzmun yazılmış kağız, çəkilmiş materialla dolu onlarca kaset verilir, o, bunların hamısından təyin edildiyi verilişin xarakteri və tipinə uyğun gələn süjet hazırlamalıdır. M.m.s. hansı musiqi və səs effektlərini seçmək, yekun varianta hansı fonoqram fraqmentləri və çəkiliş planları artırmaq və hətta süjeti bütövlükdə necə qurmaq haqqında müstəqil qərar çıxara bilər. Ancaq bir qayda olaraq, proqramın quruluşçusu və ya rejissoru bu zaman son söz demək hüququnu özündə saxlayır.