NÜSXƏLƏŞDİRMƏ FABRİKİ (copying/dublicating factory) – Kinofilmin əlavə (ehtiyat) nüsxələrini çıxarmaqla məşğul olan müəssisə.
NYUS-FİLM (news film) – TV-də göstərmək üçün nəzərdə tutulan və günün əsas yeniliklərini əks etdirən videosüjetlər toplusu.
NYUSMEYKER (newsmaker)– Jurnalistlərin diqqətinə lyaiq şəxs, yaxud hadisə. Hərfi tərcümədə: yenilik yaratmağa qadir. Mənaca "newsbreak" bu terminə yaxındır.
NYUSRAYTER (news writers) – Böyük telestansiyalarda xəbər mətnlərini tərtib edən şəxs. İnformasiya toplayan N. tez-tez informasiya agentliklərinin materiallarından, yaxud telefonla verilən söhbətlərdən bəhrələnir. Videomaterialları isə peyk vasitəsilə alır. N.-lər süjetin savadlı ssenari planının tərtibinə cavabdeh olur, eyni zamanda mətni tamamlayan bəzi vizual elementlər təklif edirlər.