Азярбайъан Енсиклопедийасы


PERSONİFİKASİYA (personification)



Yüklə 2,68 Mb.
səhifə514/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   510   511   512   513   514   515   516   517   ...   809
PERSONİFİKASİYA (personification) – 1) Hər hansı verilişin mənəvi keyfiyyətləri ilə cəmiyyətdə nüfuz qazanmış parlaq şəxsiyyət üzərində qurulması; xalq arasında nüfuz qazanmış adamların teleaaparıcılığa cəlb olunması; 2) Əşyalara, heyvanlara, təbiət hadisələrinə insan xüsusiyyətləri vermək, canlandırmaq; mücərrəd anlayışın insan obrazı şəklində təqdim olunması.

PERSPEKTİV (view/perspective) – 1) Təsviri sənət əsərlərində məsafədən görünüş; əşyaların müəyyən məkan münasibətlərində gözə təbii şəkildə görünməsinin təsviri. Predmetlərin müşahidəçinin gözlərinə təbii halda görünə biləcək məkan nisbətlərində təsviri, yəni, uzaqlaşdıqca əşyaların rənginin, həcminin, gözə gəlimliyinin nəzərə alınıb təsvir olunmasıdır; 2) Nəyi isə tam müşahidə etmək, onun iç üzünü görmək, diqqətlə nəzərdən keçirmək; ekranda obyekti ifadəli əks etməyin üsullarından biri. Həcmli cisimlərin fəza quruluşunu və onların ayrı-ayrı hissələrinin müşahidə nöqtəsindən uzaqlığını nəzərə almaqla müstəvi, yaxud hər hansı səth üzərində təsviri sistemi. Müşahidəçi ilə əşya arasındakı məsafədən asılı olaraq əşyanın görünən ümumi şəkli, forması və rəngi olduğu kimi deyil, dəyişilmiş şəkildə qavranılır. Rəssam insanın görmə qavrayışına əsaslanan bu keyfiyyətdən P. qanunların köməyi ilə istifadə edir. Müəyyən məsafədən əşyanın rənginin və görünüşünün dəyişilməsi hava P.-i ilə əlaqədardır. Müşahidəçi ilə əşya arasında qatı hava təbəqəsi onun əsl rənginə təsir göstərir və uzaqdakı əşya yüngül, mavi tüstü ilə örtülmüş kimi görünür. Buna görə də eyni rəngli əşyalar onların yaxında, yaxud uzaqda yerləşməsindən asılı olaraq müxtəlif rəng çalarlarında təsvir edilir.

Kinokamera və telekamera real üçölçülü aləmi ikiölçülü müstəvidə aşkarladığına görə, müstəvi üzərində istənilən məkan quruluşunun əsasında duran P. qanunları qüvvəyə minir. Alimlərin sübut etdiyi kimi, müstəvi üzərində real aləmin nəzərdən keçirilməsi ikili şəkildə – birbaşaəks perspektiv nəzər bucağı altında ola bilər. Birbaşa P.-in güzgüdən və «güzgü» inikasının birbaşa P.-dən asılılığı şübhəsizdir. Müstəvi üzərində birbaşa P. şeylərə güzgü kimi onların özlərindən uzaqda relyeflik verməyə qabildir. Birbaşa P. hansı dərəcədəsə güzgü effektinə bənzərdir, fiziki gerçəkliyin üçölçülükdəki və relyeflikdəki eyni inikas illüziyası oyadır. Perseptiv perspektivdə – vahid bölünməz məkanın təbii əlaqələri pozulur. Bu təzahür belə bir vəziyyətlə asanlıqla izah olunur: yaxın predmetə təmas onu sanki ətraf mühitdən qoparıb ayırır, o bütün mümkün əlaqələri ilə birlikdə vahid nəzər dairəsindən kənarda qalır, bir növ baxımsız, özbaşına vəziyyətə düşür. Predmeti yaxından nəzərdən keçirmək, ona lap yaxınlaşmaq bir baxışla bütün ətrafı əhatə etməyə imkan yaratmır.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   510   511   512   513   514   515   516   517   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin