SAZLAMA (tuning) – Çəkiliş, montaj, videoyazılış sistemində prosesin daha böyük səmərəliliyinə nail olmaq üçün parametrlərin nizamlanması. Bu iş elektron-informasiya texnikasını sazlayan qurğu (tuner) vasitəsilə aparılır. Kommunikologiyada S. dedikdə TV kanalları və proqramları üçün vasitə nəzərdə tutula bilər. Onlarla yaxşı münasibətdə olmaq, onların "tonuna" ahəngdar şəkildə uyğunlaşmaq və KİV-dən asılı yaşamaq – bəzən bu, S. ətaləti, yaxud "sazlama davranışı" adlanır.
SEANS (seance/show/performance) – Bir işin icrasının (filmin, tamaşanın nümayişi) arasıkəsilmədən davam etdiyi müddət, vaxt; film nümayişinin davam etdiyi konkret müddət.
SEKAM (SECAM – System En Couleur a Memoire) – Fransada yaradılmış, əsasən Şərqi Avropa və keçmiş SSRİ məkanında tətbiq edilən müasir rəngli TV sistemlərindən biri. Bu sistemdə 819 sətir, 50 Hs standartı istifadə edilir. Sətirlər qırmızı, sarı və mavi, sarı rəng siqnalları ilə işlənir.