SEMİOTİK MÜHARİBƏ (semiotic warfare) – Semiotik cərəyan ideyalarına görə, daim informasiya kommunikasiyalarının gedişində baş verən sözlərin, mətnlərin və diskursların məna dəyişmələrinin mübarizəsi. Bu, kütləvi mətbuatın və auditoriyanın informasiya fəaliyyətində təkcə mənalara deyil, həm də onların izahına nisbi xarakter verir.
SEMİOZİS (semioasis) – Ekran müstəvisinin əlamətlərinin nəzərdən keçirilməsi, qavrayışda bu və ya digər müstəvinin seçilməsi ilə əvvəlcədən müəyyənləşən məkan obrazı. Hələ canlandırılmazdan əvvəl formalar texnologiyaya aid olur. Amma buna baxmayaraq, artıq bu səviyyədə də məkanın müəyyən «obrazı» üçün xarakterik olan S. aydın nəzərə çarpır. Teleekranda canlandırılan «gerçəklik obrazı» hamı üçün ümumi əhəmiyyət daşıyır.