SƏS QAPANIB SAXLANMASI (mute) – Səsin ani kəsilməsi. Ümumiyyətlə, uzaqdan idarə edilən cihazlarda rast gəlinir və bu hadisəyə müvafiq düymə təkrar basıldıqda səs qayıdır.
SƏSLƏNDİRMƏ (voice over recording) – 1) Təsvirlə səsin birləşdirilməsi; səsin təsvirin üstünə yazılması; 2) Filmin təsvir hissəsi üçün mürəkkəb fonoqramın alınması üsulu. Səsin kinoçəkilişlə eyni zamanda yazıldığı sinxron səsyazmadan fərqli olaraq, S. dedikdə, filmin artıq çəkilmiş (sonradan səsləndirmə), yaxud əksinə, hələ çəkilməmiş (ilkin səsləndirmə) fraqmentinə səsin yazılışı başa düşülür. S. dedikdə, daha geniş mənada, həmçinin diktor mətninin yazılışı, üzərinə əlavə edilmək üsulu ilə yazılış, işçi, fonoqram kimi yazılış, musiqi yazılışı və s. anlaşılır.