AVTOMATİK YADDAŞ FUNKSİYASI (auto memory) – Hər hansı montaj əməliyyatı prosesində növbəti komandanı avtomatik yadda saxlayan və məqamı çatan kimi onu hərəkətə gətirən sistem.
AVTOMATLAŞDIRILMIŞ İDARƏETMƏ SİSTEMİ (auto control) – Zəruri informasiyanı avtomatik toplayan və tapşırıqdan asılı olaraq bu informasiya üzərində müvafiq əməliyyat aparan «insan-maşın» tipli sistem.
AVTOMATLAŞDIRILMIŞ KAMERA (auto television camera (ATC)) – Avtomatik tənzimləyicisi olan videokamera.
AVTOMENYU (auto menu) – Dialoq rejimində işləmək üçün TV ekranına, yaxud monitora çıxarılan menyu.
AVTOPLEY (auto play)– Təsvir yazılmış kasetin maqnitofonda əvvələ fırlanmasından sonra lentin avtomatik olaraq play vəziyyətinə qayıdıb təsviri göstərməsi.