Азярбайъан Енсиклопедийасы


VERNİSAJ (varnishing day)



Yüklə 2,68 Mb.
səhifə761/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   757   758   759   760   761   762   763   764   ...   809
VERNİSAJ (varnishing day) – Xüsusi dəvət olunmuş rəssamların, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bədii sərginin rəsmi açılışı. Televernisaj – hər hansı bir rəssamın əsərlərindən ibarət toplunun TV-də təqdimatı. Adətən, televernisajlar verilişlər arasında fasilə zamanı musiqinin müşayiəti ilə verilir.

VERSİYA (version) – Müəllifin məqsədindən asılı olaraq hər hansı faktın bir-birindən fərqli bir və ya bir neçə mənada izahı, şərhi; hər hansı hadisənin müxtəlif variantlarda (çalarlarda) təqdim edilməsi.

VESTERN (western) – Amerika ədəbiyyatının, kinosunun və TV-sinin ABŞ-ın Qərbi fəthetmə mövzusuna əsaslanan populyar janrı. Bəzi kommunikoloqlar V.-i tamaşaçıları ekranda zorakılıq aktlarının təsviri yolu ilə təcavüzkar meyllərdən təmizləyən katarsis forması kimi nəzərdən keçirirlər.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   757   758   759   760   761   762   763   764   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin