ÇÖKÜK LİNZA (concave lens) – Ox qalınlığı nisbətən az olan linza. Ç.l.-ya: ikili çökük, yastı-çökük və qabarıq-çökük linza növləri aiddir.
D
DAB (Digital Audio Broadcasting) – Rəqəmli səsli radio yayımı. Ən yeni informasiya texnologiyalarından biri. DAB-ın mahiyyəti səsli proqramlarda müvafiq çıxış siqnallarını rəqəmli formaya keçirməsindədir.
DAĞILMA TRAYEKTORİYASI (dispersion trajectory)– Təsvir elementlərinin ardıcıllıqla birləşdirilib əlaqələndirilməsi (kommutasiyası). D.t. özünü müxtəlif formalarda göstərir. TV-də ən çox yayılan D.t. dağıdıcı elementin üfüqi və şaquli istiqamətlərdə sürətli sətri hərəkətidir.
DAXİLİ NİTQ (interior monologue) – Ekrandakı obrazın bəlli bir nəsnə, olay və s. barədə düşüncələrinin kadr arxasından səslənişi.