ÇƏRÇİVƏ VİDEOSU (live video in a window) – Videosüjetləri, yaxud ilkin materialları operativ nəzərdən keçirmək üçün mövcud siqnallara mərkəzi prosecsorun iştirakı olmadan videosiqnallar əlavə edilməsi. Bu halda overley kartı qrafik kartı "slave" (aparıcı) rejiminə keçirir və videonu çıxış siqnalı ilə tezliyə görə sinxronlaşdırır.
ÇIXIŞ SƏSAYIRICISI (AUDİOSELEKTORU) (audio out selector) – Seçilən səs kanallarından (mənbələrindən) birinin çıxışa verilməsinə imkan yaradan ayırıcı (selektor).
ÇOXKANALLI AMPLİTUD ANALİZATORU (multichannel amplitude analyser) – Analoq-rəqəm çeviricisi, ünvan və hesab qurğusu, yaddaş bloku və idarətemə qurğusu olan impulsları amplituda görə analiz etmək üçün qurğu.
ÇOXKAMERALI ÇOXNÖQTƏLİ PAYLAŞDIRICI SİSTEM (Multichannel Multipoint Distribution System – MMDS) – Efir-kabel TV sistemi növü. İlk dəfə 1983-cü ildə ABŞ-da yaradılan proqramların paylaşdırılması sistemi. Buraya mərkəzi stansiya və qəbuledici stansiyalar şəbəkəsi daxildir. Bütün şəbəkə üçün proqram məhsulu mərkəzi stansiyada formalaşdırılır.