KİNOÇƏKİLİŞ OBYEKTİVİNİN GÖRÜNTÜ SAHƏSİ (objective visional field) – Obyektivin təsvir sahəsi çərçivəsində göstərdiyi məkanın və predmetin bir hissəsi. Görüntü sahəsi, adətən, bucaq ölçüsündə ölçülür və ensiz lenit (8 və 16 mm) aparatlarının obyektivləri üçün 10-dən 30-dək (üfüqi) və 8-dən 20-dək (şaquli) təşkil edir.
KİNOÇƏKİLİŞ PROSESİ (shooting process) – Son nəticədə kinematoqrafik təsvirin alındığı yaradıcılıq prosesi. K.p.-ndə bütün texniki imkanlar təsviri düşüncənin yerinə yetirilməsinə xidmət etməlidir.