MƏSUL REDAKTOR (editor-in-chief) – Mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına (efirə getməsinə) icazə verən şəxs.
MƏŞQ (repetition)– Hazırlıq, eləcə də kinoçəkiliş üçün ayrıca bir səhnənin, tamaşanın, konsertin, canlı efirə çıxacaq verilişin sınaq ifası.
MƏTBUAT AGENTLİYİ (press agency) – Məlumatları toplayan, işləyən, qəzet, jurnal, radio, TV, nəşriyyat və s. idarələri müqavilə əsasında bu məlumatlarla təmin edən təşkilat. M.a.-nin yaranması dövri mətbuatın inkişafı ilə bağlıdır.