Азярбайъан Енсиклопедийасы


MONTAJ KEÇİDLƏRİ (edit transition)



Yüklə 2,68 Mb.
səhifə458/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   454   455   456   457   458   459   460   461   ...   809
MONTAJ KEÇİDLƏRİ (edit transition) – Hadisənin yeri haqqında informasiya bildirən ünvan planından sonra standart montaj üsuluna uyğun olaraq hər hansı detalın iri planına keçilməsi.

MONTAJ OLUNMUŞ MATERİAL (rrerecorded material) – Montaj edilərək yayım və ya nümayişlər (dinlənmək) üçün hazır vəziyyətə gətirilmiş videofonoqramlar.

MONTAJ OTAĞI (editing room) – Montaj prosesini aparmaq üçün xüsusi montaj avadanlığı ilə təchiz olunmuş yer.

MONTAJ PARÇASI (framesnatch) – Filmin montajı zamanı ayrı-ayrı məqamları əks etdirən bloklar. M.p.-nın vəhdət halında birləşdirilməsi vasitəsilə ekranda baş verən hadisələrin məntiqi ardıcıllığı və fasiləsizliyi təmin olunur.

MONTAJ RİTMİ (editing rhythm) – Ardıcıl montaj zamanı keçidlərin müəyyən ahəngə, ritmə uyğunlaşdırılması. Adətən, bu ritmi göstərilən hadisənin ahəngi (ya iştirakçıların hərəkətləri, ya da dialoqla) müəyyənləşdirir. Dinamik montajda ritm hadisəyə nisbətdə kənar amillərdən daha çox asılıdır. M.r.-ni daha çox yayılmış iki üsul – musiqiyəzamana görə montaj üsulları müəyyən edir: a) Musiqi əsasında montajda musiqi əsərinin ritminə və ya melodiyasına uyğun olaraq əlaqəli və ya əlaqəsiz planların bir-birinə calağı – yapışdırılması əsas tutulur. Belə montaj zamanı plandan-plana keçid musiqisinin ölçüsünə, ahənginə tam uyğun şəkildə, heç bir əyintisiz həyata keçirilir. Daha maraqlı montaj çözülmələrində plan keçidləri melodik biçimə, musiqi tempinin və ya səslənmə intensivliyinin dəyişməsinə uyğun olaraq gerçəkləşdirilir; b) Zamana görə montaj deyəndə isə planın davametmə müddətini məzmuna görə yox, zaman kəsiyinə görə müəyyənləşdirmək üsulu nəzərdə tutulur. Məsələn, ayrılıqda hər planı iki saniyə sürən bir silsilə keçid etmək olar, yaxud həmin planları musiqinin ölçüsünə görə montaj etmək də mümkündür. Bu zaman müxtəlif uzunluqlu planların bir-birini əvəzləyib təkrar etməsi montajın ritmini müəyyənləşdirəcək.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   454   455   456   457   458   459   460   461   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin