Азярбайъан Енсиклопедийасы


SƏSLİ EKSPLİKASİYA (sound/audio explication)



Yüklə 2,68 Mb.
səhifə619/809
tarix03.01.2022
ölçüsü2,68 Mb.
#51078
1   ...   615   616   617   618   619   620   621   622   ...   809
SƏSLİ EKSPLİKASİYA (sound/audio explication) – Filmin səsləndirilməsi ilə bağlı bütün işləri müəyyənləşdirən quruluş ssenarisinin tərkib hissəsi; S.e. musiqinin ilkin və sonrakı yazılışı, fonoteka materialının və təbii səslərin hazırlığı, səsin montajı və yenidən yazılışı üçün bir növ təlimatdır.

SƏSLİ KİNO (talkie/talking pictures) – Təsvirləri səslə (nitq, musiqi və s.) müşayiət olunan kinofilmlərin istehsalı və nümayişi. Hələ kinematoqrafın yarandığı ilk dövrlərdə təsvirin səslə birləşdirilməsi (sinxronlaşdırılması) cəhdləri olmuşdur. Bu məqsədlə musiqi müşayiətindən istifadə olunur, film personajlarının nitqini və mahnıları sinxron səsləndirmək üçün aktyorlar cəlb edilirdi. Geniş tamaşaçı kütləsi üçün buraxılan səsli kinofilmlərdə səs müşayiəti təkcə 35 mm-lik deyil, həm də 16 mm-lik ensiz lentə çəkilən kinofilmlər üçün zəruridir. XX əsrin 70-ci illərinədək kinematoqrafiyada səsin təkkanallı yazılışından istifadə olunurdu. Kinematoqrafın yeni növlərinin meydana çıxması ilə əlaqədar səsin yazılışı və səsləndirilməsi üçün 4, 8 və 12 kanallı səs sistemlərindən istifadə etməklə stereofonik səs də geniş yayılıb.


Yüklə 2,68 Mb.

Dostları ilə paylaş:
1   ...   615   616   617   618   619   620   621   622   ...   809




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin