VEKTOR QRAFİKASI (vector graphics) – Rastr qrafikasında olduğu kimi, təsvirin ayrı-ayrı elementlərini nöqtələr məcmusu şəklində yox, vektorlarla, yəni yönəlmiş parçalar şəklində verən sistem. V.q.-nda bir parçanın verilməsi üçün onun başlanğıc və son nöqtələrini, eləcə də xəttin qalınlığını göstərmək tələb olunur. Rastr qrafikasından fərqli olaraq, V.q.-da təsviri keyfiyyəti itirmədən böyüdüb-kiçiltmək mümkündür.
VELOTAYP (velotype) – Sürətlə yazan maşın. Bu maşının klavişləri (dilləri) ayrı-ayrı hərf və işarələrə deyil, bütöv hərflər qrupuna (hərf birləşmələrinə, hecalara) uyğun olur. V.-dan zəif eşidənlər üçün veriliş proqramlarında subtitrlərin verilməsi üçün istifadə olunur.
VERBAL (verbal) – Hər hansı mətləbin sözlə şifahi deyilişi. TV və radioda şifahi söz, vizual sistem dedikdə isə görüntü ilə bağlı olan materiallar nəzərdə tutulur.