Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●


Azərbaycançılıq ideyası – milli şüur və milli ziyalı təfəkkürü



Yüklə 1,4 Mb.
səhifə3/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   2   3   4   5   6   7   8   9   ...   91
Azərbaycançılıq ideyası – milli şüur və milli ziyalı təfəkkürü. Milli şüur bir fəlsəfi kateqoriya kimi öz ilkin qaynağını milli «mən»dən alır. Milli «mən»lərin ayıq və oyaq düşüncəsi milli şüuru da təkmilləş­dirir. Milli şüur oyandıqca milli-mənəvi dəyərlərə münasibət də dəyişir. Şübhəsiz ki, türkçülüyünü, islami dəyərlərini, sivilizasiyaya meylliliyini biruzə verməyi bacarmayan millət ikinci dəfə öz müstəqilliyini elan edə bilməzdi. Bu hər şeydən əvvəl oyanan milli şüurun çalxalanan, laxlayan hər iki (çar və sovet) imperiya üzərindəki qələbəsi idi.

Millət və ya xalq milli dəyərlərdən və adət-ənənələrdən məhrum ediləndə kütləyə, hətta köləyə, bəlkə də belə demək daha doğru olar ki, şəcə­rənin, zatın, milli yaddaşın fərarisinə çevrilir. Kütlə və kölə üçün genetik yaddaş öldüyündən o öz bütövlüyünü, eyni zamanda müstəqilli­yini, ən başlıcası isə dövlətçilik ruhunu itirir və özü-özünü deyil, özgəsi onu idarə edir. Çünki onun itirdiyi suverenlikdə itən yalnız torpaq deyil, həm də fikir, əxlaq, adət-ənənə və mənəviyyatdır. Ümummilli liderimiz haqlı olaraq deyirdi: «Əgər mənəviyyat pozulmuşdursa, hər şey pozula­caq­dır». Mərhum professor Yaşar Qarayev müsahibələrinin birində göstə­rirdi ki, dəniz infarkt keçirəndə suyunu sahilə çırpır, torpaq infarkt keçirəndə zəlzələ olur, yer titrəyir, insan infarkt keçirəndə ən böyük zərbə ürəyə dəyir. Görkəmli professorun bu fikirlərinin davamı kimi demək olar ki, infarktın episentiri mənəviyyat və əxlaq olanda isə ən böyük fəlakət qarşısında təbiət və cəmiyyətin özü dayanır. Təbiətlə cəmiyyət arasında harmoniya pozulanda Səmumlar, Sunamilər təbii fəlakət nəticəsində yox, növbəti dəfə insanların törətdiyi cinayət nəticəsində baş qaldırır və miq­yas­sız faciələr törədir. Daha doğrusu, mənəviyyat və əxlaq pozulanda təbiətə və cəmiyyətə eyni anda dəyən zərbənin adı fəlakət yox, cinayət olur. Həmin cinayətin icraçısı isə bütövlükdə təbiət deyil, onun şah əsəri olan insanın özü olur. Deməli, ümummilli liderimizin dediyi kimi mənəvi pozğunluq olan yerdə hər şeyin pozulması labuddur.

İngilis romantik şairi Bayronun məşhur bir fikri var: «Mənim üçün çağa qığıltısından böyük himn yoxdur». Lakin çağa qığıltısı səsə, danışıq, ünsiyyət vasitəsinə çevrilməmiş onu milli ruhla, milli-mənəvi əxlaqi də­yər­lərlə tərbiyə etməsən o himnə çevrilməyəcək, qığıltı olaraq qalacaqdır.

Milli-mənəvi əxlaqi dəyərdən kənarda nə dövlət, nə də dövlətçilik mövcuddur. Çünki dövlətin elmi-nəzəri və ideoloji əsasları dövlətçilikdə yaşayır. Dövlətçiliyi isə daha çox milli ideologiya, yaddaş, ədəbi-mədəni irs və tarixi şəxsiyyətlər formalaşdırır.

Milli şüur və milli yaddaş itəndə ən böyük faciə baş verir, bu zaman millətin də, xalqın da, torpağın da, milli-mənəvi əxlaqi dəyər və sərvətlə­rin də varlığı şübhə altında qalır. Bu mənada ədəbi-mədəni irs də, tarixi şəxsiyyət də hər şeydən əvvəl milli şüurda, milli yaddaşda qorunur. Hər hansı bir milləti məhv etmək üçün onun yaddaşına nüfuz etmək kifayətdir. Yaddaşa nüfuz milləti öz genindən uzaq salmaqdır. Millət gendən, şəcərə­dən uzaq düşəndə tarix də, şəxsiyyət də, ədəbi-mədəni irs də unudulur. Çünki yaddaş itəndə ədəbi-mədəni sərvətlər uğrunda mübarizə də dayanır.

Bu zaman yaddaşın bərpası istiqamətində aparılan işlər də olduqca cətinləşir. Sovet imperiyası dövründə bu işlərin nə qədər ağır olduğunu xatırlayan Heydər Əliyev yazırdı: «DTK-da işləyərkən çox şey görmüş­düm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işlə­yər­kən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Moskva bütöv bir imperiya siyasətini tətbiq edərdi. Əgər onların əleyhinə çıxsa idim həm bunun bir əhəmiyyəti olmayacaqdı, həm də Əliyev ölkədəki digər katiblər kimi məhv ediləcəkdi.

Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini oyat­mağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkinməyini reallaşdırmaq arzusunda idim.

Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən görmək istəyirdim. Moskvada Sovet ideologiyasına daha yaxından bələd oldum. Fikirlərim get-gedə daha da duruldu, aydınlaşdı. Moskvada xarici dünyanı həm daha açıq, həm də yaxından öyrənmək imkanı əldə etmişdim» (3).

Bütün bunlar bir daha göstərir ki, ədəbi-mədəni irsi, milli təfəkkürü və milli ruhu müdafiə, eyni zamanda mühafizə etməyin ən yaxşı forması müstəqil milli dövlətdir. Bu isə mənəvi sərvətlərlə yanaşı, dövlətçiliyin də, Azərbaycançılıq məfkurəsinin də qorunmasını bir zərurət kimi ortaya çıxarır. «Dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və mentalitetlə bağlıdır. Dövlətçilik düşüncənin alt qatında, təhtəlşüurda, psixologiyada təzahür edir. Dövlətçilik siyasi müstəvidə milli özünütəsdiq prosesinin mahiyyəti, dövlət isə onun hansı isə konkret formada reallaş­dırılması vasitəsidir.

Məsələ burasındadır ki, konkret bir hadisə kimi dövlət olmadıqda belə, dövlətçilik yaşaya bilər. Dövlətçilik ənənəsinin saxlanması isə nə vaxtsa dövlət qurulacağına təminat verir. Ən pisi odur ki, dövlətçilik ənənəsi və dövlətçilik hissiyatı olmasın. Bu halda hətta dövlət aparatı qurulsa da, o, milli dövlət olmayacaq, milli iradənin ictimai-siyasi özünü­təsdiqi olmayacaq, xalqın, millətin mənafeyinə xidmət etməyəcəkdir» (4, 230-231).

Elə Heydər Əliyev də xidmətlərinin zirvə məqamına xalqın, millətin mənafeyinə xidmət edən dövlət quruculuğunda, dövlətçilikdə, Azərbay­can­çılıq məfkurəsinin möhkəmləndirilməsində çatır.

Dövlətçiliyin və Azərbaycançılıq ideyasının formalaşmasında Azər­bay­canın hər bir vətəndaşı, xüsusilə milli ziyalıları daha fəal rol oyn­ma­lıdır. Dövlət atributlarının və Azərbaycançılıq məfkurəsinin tədqiqi və təb­liği birbaşa ziyalıların vətəndaşlıq borcudur. Dövlət idarəçiliyində ziyalını (və ya hər hansı bir vətəndaşı) qane etməyən məqamlar çox ola bi­lər, lakin bu ona haqq qızandırmır ki, o öz mübarizəsini dövlət atri­but­larına və milli ideologiyaya qarşı yönəltsin. Hər bir Azərbaycanlı harada yaşamasından və işləməsindən asılı olmayaraq bu atributlar onlar üçün mü­qəddəs olmalıdır. Ümummilli liderimiz «kim müxalifətdə durursa dur­sun, ancaq Vətəninə, xalqına, mənəviyyatına müxalifətdə durmasın» (1, 8) fikrlərini söyləyəndə də dövlətçiliyi və Azərbaycançılığı nəzərdə tuturdu.

Heydər Əliyev cəmiyyətdə alimin və ziyalının yerini də müəyyənləş­dirir və onlara münasibətini də açıq ifadə edirdi: «Cəmiyyət böyükdür, indi bizdə yeddi milyon əhali var. Bunlar hamısı bizim cəmiyyətdir. Amma xalqın içəriçindən çıxan ziyalılar tək-tükdür. Bunlar kütləvi deyil. Ziyalı kütləvi ola bilməz. Alimdir, şairdir, bəstəkardır, rəssamdır, yazı­çı­dır – bunlar fitri istedada malik olan nadir adamlardır və öz mədəniyyəti, yaradıjılığı, fəaliyyətilə bizim cəmiyyətin mədəni səviyyəsini qaldırırlar. Biz öz hərəkətlərimizlə, öz münasibətimizlə, öz tədbirlərimizlə gərək ziyalının cəmiyyətdə rolunu qaldıraq. Bu adamları təhqir etmək, onlara hörmət etməmək son illərdə cəmiyyətimizdə olan əjaiblikdir. Biz bunlara son qoymalıyıq»… «Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlə­rinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var. Ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir» (1, 60).


Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin