Azərbaycan iqtisadiyyatı - 2009
26
İlin birinci yarısında MB diskont dərəcəsini 2008-
ci ilin dekabrı üçün olan 8%-dən 2009-cu ilin may
ayında 2%-ə və bununla yanaşı
faiz koridorunun
yuxarı həddini 13%-dən 7%-ə edirməklə bank sektoru-
nun likvidlik ehtiyaclarını ödəməyi hədəfləmişdi. Re-
zerv norması da 6%-dən may ayında 0.5%-ə endirildi.
Bundan başqa, MB müvəqqəti likvidlik problemi
yaşayan bəzi banklara kredit də ayırmışdı. Noyabrda
MB «UniBanka» 50 mln.
manat həcmində kredit,
digər kommersiya banklarına isə qısamüddətli güzəşt
kimi 250 mln. dollar borc vermişdi.
Bütövlükdə birbaşa kreditlər və istifadə olunan
dolayı alətlər hesabına (rezerv norması, MB notları,
və s.) 2009-cu il ərzində MB iqtisadiyyata 1627 mln.
manat injeksiya edib ki, bu da ÜDM-in 5%-ni
təşkil
edir. Dövr ərzində verilən kreditlərin 22%-i bank sek-
torunun, digər böyük hissəsi isə strateji dövlət təşki-
latlarının (ARDNŞ, «Azəralüminium» və s.) payına
düşüb. İl ərzində bank sektorunun qısamüddətli likvid-
lik məhdudiyyətlərini yumşaltmaq üçün MB 2020.4
mln. manat REPO əməliyyatı
icra edib və heç bir əks-
REPO əməliyyatı həyata keçirməyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun
2009-cu il fərmanı ilə “Azərbaycan Respublikası Milli
Bankı haqqında” qanununa edilən dəyişikliklər
qüvvəyə minib. Bu dəyişikliklərlə Mərkəzi Bank
xarici valyuta ilə uzunmüddətli və subordinasiya kred-
itlərini bank sektoruna vermək hüququ əldə edib. MB
həm də ictimai-iqtisadi əhəmiyyətli
layihələri banklar
vasitəsi ilə maliyyələşdirmək və ya real sektora likvid-
lik vermək imkanı qazanıb. Dəyişikliklərdən sonra
MB-nin dövlət qiymətli kağızalarının birinci bazarında
iştirakına icazə verilib.
2010-cu il üçün pul siyasətinin əsas istiqamətlərini
əks etdirən bəyanatında MB 3%-lik
rəsmi illik inflya -
siya hədəfini dəstəkləyəcəyini açıqlayıb. MB-nin elan
olunmuş sabit məzənnə rejimi ilə bağlı öhdəçiliyi hər
vəchlə yerinə yetirəcəyinə heç bir şübhə yoxdur.
Lakin monetar siyasətə verilmiş rol məzənnənin
sabitliyini qoruyub
saxlamaq olduğu müddətdə və
maliyyə siyasətini dominantlığı şəraitində müstəqil
monetar siyasətin aparılması sabit məzənnə siyasəti ilə
ziddiyət təşkil edəcək.
Diaqram 20. M2 və M3 pul aqreqatlarının dəyişməsi
sen.
okt.
noy
.
dek.
yan.
fev
.
mart
apr
.
may
iyun
iyul
avq.
sen.
okt.
noy
.
dek.