Tələbə:Aydan Əhmədli Fakultə:Sosial-Pedoqoji İxtisas:Psixologiya Qrup:P-19 Fənn:Ekologiya Müəllim:İlahə Quliyeva Sərbəst iş No1
Bəşəriyyət yarandığı gündən hal-hazıradək onu əhatə edən mühitdən öz mənafeyi üçün istifadə etmək məqsədilə ona hər cür təsir etməkdən çəkinməmişdir. Bu vəziyyət elmi-tərəqqi əsri olan müasir dövrdə daha kəskin xarakter almışdır. İnsanlar və təbiət üçün təhlükə yaradan müxtəlif təhlükəli maddələrin ətraf mühitə daxil olaraq orada toplanması davam etməkdədir. Ətraf mühitin çirkləndirilməsinin günü-gündən artması yeni texnologiyaların yaranması, yeni kimyəvi elementlərin istehsalı, istehsal sahələrində ekoloji nəzarətin zəif olması, kimyəvi maddələrin beynəlxalq miqyasda satışınm aparılması və s. ilə sıx əlaqədardır. Müasir insan bu halların onun yaşayış tərzinə mənfi təsirini geniş mənada hiss edərək özünün məsuliyyətini etiraf edir, hər hansı bir problemin təbii qanunauyğunluq çərçivəsində həyata keçirilməsini əsas götürür. Hər hansı bir yeni təklif tətbiq edilməzdən əvvəl o ekoloji-sosial-iqtisadi baxıımdan kompleks şəkildə yoxlanılıb qiymətləndirilməlidir. Bunlarla əlaqədar olaraq müxtəlif elmi fənlərin ekologiyalaşması kimi yeni elmi istiqamət formalaşmaqdadır. Dünya miqyasında, keçən əsrin 90-cı illərindən başlayaraq görkəmli alimlərin əsərlərində mövcud ekoloji vəziyyət, ekoloji krizis, ekoloji təhlükəsizlik və s. mövzuları ətraflı tədqiq olunmaqdadır. Ekoloji amillər nəzərə alınmaqla yeni texnikanın kompleks qiymətləndirilməsi texniki tərəqqi qarşısında qoyulan tələbləri qabaqcadan müəyyən edir.
Qeyd etmək lazımdır ki, çoxpilləli texnoloji prosesə malik olan istehsalat sahələrində külli miqdarda məhsul itkisi baş verir. Tullantı adlanan həmin məhsul bu və ya digər mühəndisi-texniki tədbirin tətbiqi ilə täm istifadə olunmalıdır. Bu məqsədlə istehsalatın müxtəlif sahələrində qapalı texnoloji dövrənin yaradılması günün ən aktual tələblərindən biridir. Tədris edəcəyimiz bu fənn də göstərilən məsələlərlə əlaqədar olan ekoloji anlayış, respublikada ekoloji vəziyyət, ətraf mühiti çirkləndirənmənbələr, onlara qarşı mübarizə üsulları, onların zərərsizləşdirilməsi, bu tədbirlərin həyata keçirilməsi üçün müəssisəyə dəyən ziyanın hesablama metodları və ekoloji vəziyyətin dövlət tənzimlənməsi məsələlərini əhatə edir.
Ekologiyanın predmeti və vəzifələri
Ekologiya canlı orqanizmlərin mövcudluq şəraitini, onları ohatə edən mühitlə qarşılıqlı əlaqə və münasibətlərini öyrənən elmdir. Yunan dilindən ekologiya elminin tərcüməsi «oy-kos» - ev, daxma, «loqos» - elm deməkdir. Bu səbəbdəndə bəzən ekologiyanı canlıların məskun sahələri ilə əlaqələrini öyrənən elm kimi təqdim edirlər. Bunlar hər ikisi birgə - tam fəaliyyətin ayrılmaz elementləridir. Ekologiyanı təkcə mühitin orqanizmə təsirini öyrənən elm kimi vermək səhv fikirdir. Ekologiya təbiət fənləri olan kimya, fizika, riyaziyyat, geologiya, coğrafiya, torpaqşünaslıq elmləri ilə sıx əlaqədə biologiya elminin bir hissəsi kimi öz inkişafını tapmışdır.
Ekologiyanm predmeti orqanizmlər ilə mühit arasında əlaqənin birliyi və ya strukturundan ibarətdir. Ekologiyanm əsas tədqiqat obyekti ekoloji sistemdir. Bundan başqa ekologiya ayrı-ayrı orqanizmlərin növlərinin, onların populyasiyalarının və ümumilikdə biosferin öyrənilməsi ilə də məşğul olur.
Biologiya elminə daxil olan ekologiyanın əsas bölməsi Ümumi ekologiyadır. Ümumi ekologiyanm struktur sxemi aşağıdakı kimi təqdim edilə bilər:
Ümumi ekologiya — ekosistemin biotik və abiotik komponentlərinin qarşılıqlı təsirlərinin qanunauyğunluqlarını və prinsiplərini öyrənən elmdir. Burada əsasən strukturların formalaşma qanunları, ekosistemin funksiyaları və inkişafı öyrənilir. Bu qlobal və tətbiqi ekologiyanın nəzəri əsası hesab olunur. Ümumi ekologiyanın nəzəri əsasları biotik birliklər, qida zənciri, maddələrin dövranı və ekosistemdə enerji, populyasiya ekologiyası konsepsiyasını təşkil edir.
Ümumi ekologiyanm struktur sxemi belədir:
Qlobal ekologiya
Tətbiqi ekologiya
Xüsusi ekologiya
Təbiətin mühafizəsi
Ətraf təbii mühit
Qlobal ekologiya
bioloji növ olan insanın, onu əhatə edən mühitlə qarşılıqlı münasibətlərinin tənzimlənməsinə, eyni zamanda dövlətlərarası əməkdaşlığın yaradılmasına yönəldilmişdir. Bu əməkdaşlıq təkcə ətraf mühitin mühafizəsini yox, eyni zamanda sosial-iqtisadi sahələridə əhatə edir.
Tətbiqi ekologiya
dövlət səviyyəsində təsərrüfat fəaliyyətinin əsas elementi sayılır və təsərrüfat sahələrinin ekoloji təhlükəsizliyinin təminatını tələb edir.
Xüsusi ekologiya
ayrı-ayrı növlərə, taksonlara, biogeosenozlara ümumi ekologiya qanunlarının tətbiqini öyrənən elmdir.
Təbiətin mühafizəsi
canlı orqanizmlərin məskun olduğu mühitin və təbii sərvətlərin texnogen, aqrogen və digər antropogen təsirdən mühafızəsi üçün fəaliyyət nəzərdə tutulur.
Ətraf təbii mühit
bu litosfer, hidrosfer, atmosfer, biosfer və yerətrafı kosmik fəza da daxil olmaqla insanların və digər canlı orqanizmlərin məskun və fəaliyyət sahəsidir. Təbiət dedikdə insanların təsirinə məruz qalmayan və ya cüzi
ıniqdarda məruz qalan təbii bir kompleks başa düşülür. Ətraf təbii mühiti xarakterizə edən göstəricilərin məcmuu ümumi keyliyyətini göstərir. Ətraf mühitin keyfiyyəti canlı aləmin mövcudluğu və yaşayışına təsir edən əsas amildir.
'l'ətbiqi ekologiyada ətraf mühit dedikdə insanı əhatə edən atmosfer havası, su və torpaq başa düşülür. Təbii mühitin vəziyyətinə nəzarət əsasən insanların və bütün canlıların səmərəli yaşayışının təmin olunması üçün aparılan analiz və tədqiqatlar nəticəsində standartlar hazırlamaq və onların göstəricilərinə əməl etməkdən ibarətdir. Beləliklə ətraf təbii mühitin mühafızəsi dedikdə təbii sərvətlərdən səmərəli istifadəyə, təbii mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən dövlət və ictimaiyyət tərəfindən təşkil olunmuş bir sistem başa düşülür.
«Təbiətin mühafizəsi» daima öz aktuallığını saxlayır. Bütün dünya bu termini işlədir. Beynəlxalq Təbiəti və Təbii Sərvətlərin Mühafizəsi İttifaqının (BTSMİ) təlimatında qeyd olunur ki, "Təbiətin və təbii sərvətlərin mühafızəsi dedikdə insanların yaşadığı və təbii sərvətlərin yarandığı üzvü aləmin (təbii mühitin) mühafızəsi nəzərdə tutulur». Bundan başqa vaxt faktoru baxımından ekologiyanın tarixi və evalyusiya hissələrinə ayırırlar.
Son zamanlar ekologiyada insanlar və onlarm ətraf mühitlə qarşılıqlı əlaqəsi problemi geniş müzakirə olunur. Bu elmi-texniki tərəqqinin ətraf mühitdə yaratdığı neqativ hallarla əlaqədardır. Beləliklə müasir ekologiya biologiya fənni daxilində məhdudlaşmayaraq insan və ətraf mühit arasında yaranmış mürəkkəb problemlərin həllinə yönəlmiş fənlər arası bir elmə çevrilmişdir. Bu problemlərin aktuallığı və çoxşaxəliliyi bir çox təbiət, texniki və humanitar elmlərin «ekologiyalaşmasına» gətirib çıxarmışdır.
Bunlara missal «mühəndisi ekologiya», «geo-ekologiya», «riyazi ekologiya», «kənd təsərrüfatı ekologiyası», «kosmos ekologiyası» və s. göstənnək olar. Müasir ekologiya siyasət, iqtisadiyyat, hüquq, psixologiya və pedaqogika ilə sıx əlaqədə olaraq insanlarda yeni məzmunda ekoloji təfəkkürün yaranmasına və onlarda təbiətə qarşı olan münasibətin dəyişməsinə səbəb olmuşdur.
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri və tətbiqi məsələləri göstərmək olar:
ekoloji sistemlərin dayanaqlığı üzrə ümumi nəzəriyyənin işlənməsi;
mühitə alışmanm mexanizminin öyrənilməsi
bioloji müxtəlifiiyin və onun mühafızə mexanizminin öyrənilməsi
biosferdə gedən proseslərin tədqiqi
insanların təsiri ilə ətraf mühitdə yaranan neqativ dəyişiklərin proqnozlaşdırılması və qiymətləndirilməsi
ətraf mühitin keyfıyyətinin yaxşılaşdırılması
təbii resurslardan səmərəli istifadə
ekoloji qeyrisəmərəli mühitlərdə təhlükəsizliyin təmini üçün mühəndisi, iqtisadi, təşkilati-hüquqi və sosial məsələlərin həllinin optimallaşdırılması
Ekologiyanın strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsindən ibarətdir. Bu zaman insan və cəmiyyət biosferin birgə ayrılmaz hissəsi hesab edilməlidir.
Ekologiyamn inkişaf tarixi
Canlı orqanizmlərin ətraf mühitlə münasibəti və onların qarşılıqlı fəaliyyətinin öyrənilməsi tarixi uzaq keçmişə gedib çıxır. Hələ bizim eradan əvvəl Aristotel (384-322) və onun tələbəsi Teofast (371-280), Böyük Pliniya (23-79) məskun yerinin orqanizmlərin həyatına olan təsiri məsələsi ilə məşğul olmuşlar. Ümumiyyətlə ekologiya elminin inkişaf tarixini üç mərhələyə bölmək olar.
Teofast
Birinci mərhələ ekologiyanın bir elm kimi yaranması və təşəkkül tapması (XIX əsrin 60-cı illərinə qədər) adlandırılır. Bu dövrə qədər canlı orqanizmlərin məskun mühiti ilə qarşılıqlı əlaqələri üzrə mövcud olan göstəricilər toplanmış və elmi cəhətdən ümumiləşdirilmişdir. XVII-XVIII əsrlərdə A.Remyar (1734), A.Tamble (1744) və s. bioloqların əsərlərində ekoloji məlumatlar verilmişdir. Rus alimlərindən İ.İ.Lepexina, A.F.Middendorf, S.P.Kraşennikov, Fransız alimi İ.Büffon, Alman alimi Q.Yeger öz tədqiqatlarında ekoloji problemlərə toxunmuşlar. Bu dövrdə İ.B.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə olaraq insanların təbiətə neqativ təsiri üzrə bəşəriyyəti xəbərdar etmişlər.
İ.B.Lamark
İkinci mərhələ ekologiyanın sərbəst elm kimi formalaşması adlandırılır (XIX əsrin 60-cı illərindən sonrakı dövr). Bu dövrün başlanğıcında rus alimləri K.F.Rulye (1814-1858), N.A.Seversov (1827- 1885), V.V.Dokuçayev (1846-1903) öz əsərlərində bir neçə ekoloji prinsip və anlayışlar vermişlər. Bu prinsip və anlayışlar öz məna və qiymətini halhazırda da itirməmişlər. Bu heç də təsadüfi deyil ki, Amerika ekoloqu Y.Odum (1975), V.V.Dokucayevi ekologiya elminin yaradıcılarından biri hesab etmişdir.
V.V.Dokuçayev
Canlı və bitki aləminin sistemli qeydiyyatı ilə müxtəlif naturalist alimlər məşğul olmuşdur. Bu baxımdan Ç.Darvinin «Növlərin mənşəyi» (1859) əsərini xüsusi qeyd etmək lazımdır. Ç.Darvin bu əsərində orqanizmlərin qarşılıqlı münasibətlərinə xüsusi yer vermiş və bunu «yaşayış uğrunda mübarizə» adlandırmışdır. Alman bioloqu E.Hekkel (1834-1919) ilk dəfə olaraq biologiyanın çox vacib və sərbəst bir sahəsi olmasmı və onun ekologiya adlandırılmasını göstərmişdir (1866). Ekologiya sərbəst bir elm kimi öz təşəkkürünü XX yüzilliyin əvvəlində tapmışdır.
Darvin
Bu dövrdə amerikalı alim Ç.Adams (1913) ilk dəfə olaraq ekologiya üzrə məlumatları nəşr etdirmişdir. Məşhur Rus alimi V.İ.Vernadski (1843-1945) geoloji hadisələrdə və onların inkişafında canlı orqanizmlərin və onların həyat fəaliyyətinin məhsullarının böyük rolunu qeyd etmiş və biosfer anlayışının, onun mövcudluğunun, qanunauyğunluğunun möhkəmliyi və inkişafı haqqında elmin banisi olmuşdur. İngilis alimi A.Tensli (1935) elmə «Ekosistem» terminini gətirmişdir. Hal-hazırda bu anlayış ekologiyanın müəyyənedici anlayışıdır. XX əsrin ikinci yarısında ətraf mühitin kəskin çirkləndirilməsi və insanların təbiətə neqativ təsirinin yüksəlməsi ilə əlaqədar ekologiyaya xüsusi bir tələbat yaranmışdır.
A.Tensli
Üçüncü mərhələ ekologiyanın kompleks bir elmə çevrilməsi dövrü adlandırıhr. Müasir dövrdə dünya miqyasında ekologiyanın inkişafı böyük alimlərdən Y.Odum, C.M.Andersen, E.Pianka, R.Riklefs, M.Biqon, A.Şveyser, C.Xarper, R.Uitteker, N.Borlauq, T.Miller, B.Nebel, Y.İzrael, N.N.Moiseev, N.R.Naumov, S.S.Şvars və s. adları ilə bağlıdır. Təbiətin mühafizəsinin elmi əsasları V.V.Dokuçayev, K.M.Ber, Q.A.Kojevnikov, D.N.Anucin və başqa görkəmli alimlər tərəfındən qoyulmuşdur.
Keçmiş Sovet dövlətində 26 oktyabr 1917-ci ildə qəbul olunmuş «Torpaq haqqında Dekretdə» təbiətdən istifadənin əsası qoyulmuşdur. Məhz bu andan təbiətin mühafızəsi məsələsi öz təşəkkülünü tapmışdır. Keçmiş əsrin 50-ci illərindən başlayaraq istehsal qüvvələrinin inkişafı insanların təbiətə olan neqativ təsirinin artmasına səbəb olmuşdur. Bu andan başlayaraq cəmiyyət və təbiətin qarşılıqlı münasibətini tənzimləyən «insanların məskun sahələrinin mühafızəsi» termini meydana gəlmişdir. Azərbaycan Respublikasında təbiətin mühafızəsi üzrə bir neçə qanunvericilik aktları qəbul edilmişdir. Lakin qəbul olunmuş bu qanunvericilik aktları təbiətə olan antropogen təsirin qarşısının alınmasında hələlik lazımi rol oynaya bilmir.
Dostları ilə paylaş: |